NYU-YORKDAKI BRUKLİN KÖRPÜSÜ 125 İLLİK YUBİLEYİNİ QEYD EDİR
ABŞ-ın ən iri şəhəri olan Nyu-York bütün insanların şüuruna ən müxtəlif görməli yerləri ilə həkk olunur: Azadlıq Abidəsi, Empayr-steyt bildinq göydələni, məşhur Tayms-skver meydanı bu qəbildəndir. Lakin meqapolisin ən romantik və ən yaddaqalan yerlərindən biri, şübhəsiz, Bruklin körpüsüdür.
AZƏRTAC xəbər verir ki, mayın 24-də körpünün 125 illi tamam olur. Mayın 22-dən şəhər sakinləri və qonaqlar mühəndis fikrinin bu məşhur möcuzəsinin yubileyini qeyd etməyə başlamışlar. Həmin münasibətlə təntənəli çıxışlar səslənmiş, Nyu-Yorkun meri Maykl Blumberq nitq söyləmişdir. Sonra yubilyar körpünün şərəfinə Bruklin filarmoniyası orkestrinin və başqa musiqiçilərin iştirakı ilə 45 dəqiqəlik konsert verilmişdir. 1883-cü il mayın 24-də açılmış Bruklin körpüsünün şərəfinə şənliklərin birinci günü mərasim məşhur “Doğum günün mübarək!” mahnısının sədaları altında nəhəng tortun kəsilməsi ilə başa çatmışdır.
Tədbirlər mayın 26-dək davam etdiriləcəkdir. Nyu-yorklular və şəhərin qonaqları Bruklin körpüsü haqqında filmə baxa biləcək, körpünün yubileyinə həsr edilmiş konsertlərdə, mühazirələrdə olmaq, Manhetten və Bruklin kitabxanalarında keçiriləcək uşaq qiraətlərini dinləmək imkanı qazanacaqlar. Şəhərdə “Bruklin körpüsü - 125 il” şüarı altında velosiped yürüşü keçiriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [16:33]
Nigeriyada vəbadan ölənlərin sayı 74-ə çatıb
- 09.06.2026 [16:21]
Macyar və Orbanın gəlir bəyannamələri: yeni Baş nazir daha varlıdır
- 09.06.2026 [15:45]
Rusiyaya qarşı 21-ci sanksiyalar paketi: banklar və tankerlər hədəfdədir
- 09.06.2026 [15:44]
Yaponiyada H3 raketinin növbəti buraxılışı təxirə salınıb
- 09.06.2026 [15:30]
Filippindəki zəlzələ 145 mindən çox insana təsir göstərib
- 09.06.2026 [15:20]