Ödəmə terminallarından oğurluq edənlər saxlanılıb VİDEO

Bakı, 21 aprel, AZƏRTAC
Abşeron rayonu ərazisində yerləşən marketlərin birindən və orada olan ödəmə terminalından 3 min 567 manat oğurlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən 31 yaşlı Yusif Hüseynov, 27 yaşlı Elvin Əhmədov və 34 yaşlı Emin Yusifov müəyyən olunaraq saxlanılıblar.
Aparılan araşdırmalarla məlum olub ki, saxlanılan şəxslər paytaxtın müxtəlif rayonlarında, həmçinin Abşeron rayonunda yerləşən 11 mağazadan ödəmə terminallarını sındırmaqla ümumilikdə 38 min 943 manat pul vəsaitini oğurlayıblar.
Onların törətdikləri oğurluqlar təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb.
Araşdırmalar davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.05.2025 [19:17]
"YAŞAT" Fondunun dəstək tədbirləri davam edir
- 22.05.2025 [18:36]
Erkən nikah: vaxtsız qərarlar, yarımçıq həyatlar VİDEO
- 22.05.2025 [18:34]
GLOBE Şəbəkəsinin Bakıda keçirilən 6-cı Plenar iclası uğurla başa çatıb
- 22.05.2025 [18:13]
GLOBE Şəbəkəsinin 7-ci Plenar iclası Rumıniyada keçiriləcək
- 22.05.2025 [16:56]