İQTİSADİYYAT
Oktyabrda “Bir Pəncərə” mərkəzi ilə 18,1 milyon dollarlıq qeyri-neft ixracı həyata keçirilib


Bakı, 30 oktyabr, AZƏRTAC
Bu ilin oktyabrında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə həyata keçirilən qeyri-neft ixracının dəyəri 18,1 milyon ABŞ dolları olub.
AZƏRTAC xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac icmalı”nın oktyabr sayında deyilir.
Bildirilir ki, yanvar- oktyabr ayları ərzində “Bir Pəncərə” mərkəzi tərəfindən yüzlərlə sahibkara ixracla bağlı müvafiq sertifikatlar verilib və bunun nəticəsində 118 milyon dollarlıq qeyri-neft ixracı həyata keçirilib.