İQTİSADİYYAT
Ölkədaxili təbii qaz istehlakı 8,7 faiz artıb
Bakı, 16 yanvar, AZƏRTAC
Azərbaycanda təbii qazın ümumi daxili istehlakı 2019-cu ildə texniki sərfiyyat və itkilər çıxıldıqdan sonra 11,5 milyard kubmetr təşkil edib.
AZƏRTAC SOCAR-a istinadla xəbər verir ki, 2018-ci ilin göstəricisi ilə müqayisədə ölkədaxili təbii qaz istehlakı təxminən 918 milyon kubmetr və ya 8,7 faiz artıb. Artımın böyük hissəsi qaz-kimya sənayesində istehsalat səviyyəsinin yüksəlməsi, xüsusilə xammal kimi təbii qazdan istifadə edən SOCAR-ın Karbamid və Metanol zavodlarının fəaliyyətə başlaması ilə bağlıdır. Ölkədə təbii qaz infrastrukturunun genişlənməsi nəticəsində əhali arasında qaz istehlakının səviyyəsi də təxminən 8,5 faiz artıb.