CƏMİYYƏT
Ölkəmizin qida mütəxəssisləri Türkiyədə təcrübə səfərində olublar

Bakı, 21 oktyabr, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri Türkiyənin Ankara şəhərində təcrübə səfərində olublar.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, səfər çərçivəsində Türkiyənin Kənd Təsərrüfatı və Meşə Nazirliyinin Qida və Nəzarət Baş İdarəsində “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə mindikdən sonra qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların hazırlanması, risk analizi, risk əsaslı idxal və ixrac, qida əlavələrinin qeydiyyatı, məhsulların izlənilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində Türkiyə təcrübəsi öyrənilib.
Səfər zamanı qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tətbiqi, habelə bu sahədə həyata keçirilən tədbirlərlə əlaqədar fikir mübadiləsi aparılıb.