Ölümlə nəticələnən cinayət törədən şəxs polisə təslim olub
Bakı, 3 may, AZƏRTAC
Mayın 1-də paytaxtın Nərimanov rayonu, Xətai prospektindəki evlərin birinin qarşısında Gəncə şəhər sakini Rəşad İbrahimzadənin münaqişə zəminində keçmiş arvadı Zəhra İbrahimovaya və onunla birgə olan Bakı şəhər sakini Emil Əliyevə bıçaqla xəsarətlər yetirərək hadisə yerini tərk etməsi, nəticədə Z.İbrahimovanın hadisə yerində ölməsi, E.Əliyevin isə xəstəxanaya yerləşdirilməsi faktı ilə əlaqədar dərhal rayon polis idarəsinin və prokurorluğunun əməkdaşları tərəfindən istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görülmüş tədbirlər nəticəsində R.İbrahimzadə Gəncə Şəhər Baş Polis İdarəsinə gələrək təslim olub. O, cinayətin aləti olan bıçağı polisə təqdim edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]