OMBUDSMAN AVROPA İTTİFAQI ŞURASININ AZƏRBAYCANDAKI NÜMAYƏNDƏSİ İLƏ GÖRÜŞMÜŞDÜR
Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova Avropa İttifaqı Şurasının Azərbaycandakı nümayəndəsi Alan Vaddams ilə görüşmüşdür.
Ombudsman Aparatından AZƏRTAC-a bildirmişlər ki, E.Süleymanova Avropa İnteqrasiya Planının qəbul olunduğunu vurğulamış, region ölkələri arasında əlaqələrin daha da genişlənməsinə təkan verən bu mühüm sənədi müsbət dəyərləndirmişdir. O, Azərbaycanın Avropaya inteqrasiya yolunu seçdiyini və çoxsaylı beynəlxalq konvensiyalara qoşulduğunu, ölkəmizin beynəlxalq təşkilatlarla, o cümlədən Avropa İttifaqı ilə münasibətlərin genişləndirilməsində maraqlı olduğunu nəzərə çatdırmışdır.
Müvəkkil ölkəmizdə aparılan hüquqi islahatlar, eyni zamanda insan hüquq və azadlıqlarının təmini sahəsində görülən işlər, bu istiqamətdə fəaliyyəti barədə qonağa məlumat vermişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [11:33]
XİN beynəlxalq təhlükəsizlik mühitində artan risklərlə bağlı bəyanat yayıb
- 08.06.2026 [23:27]
Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb
- 08.06.2026 [17:08]