Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Ombudsman: Beynəlxalq ictimaiyyət itkin düşmüş soydaşlarımızın taleyinə aydınlıq gətirilməsi üçün Ermənistana ciddi təsir göstərməlidir - MÜSAHİBƏ

Ombudsman: Beynəlxalq ictimaiyyət itkin düşmüş soydaşlarımızın taleyinə aydınlıq gətirilməsi üçün Ermənistana ciddi təsir göstərməlidir - MÜSAHİBƏ

Bakı, 30 avqust, AZƏRTAC

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva 30 Avqust - Beynəlxalq İtkin Düşmüşlər Günü ilə əlaqədar AZƏRTAC-a müsahibə verib. Müsahibəni təqdim edirik.

- Məlum olduğu kimi, 30 avqust tarixi Beynəlxalq İtkin Düşmüşlər Günü kimi qeyd olunur. Birinci Qarabağ müharibəsi zamanı çox sayda azərbaycanlı itkin düşmüşdür. Onlar barədə hansı məlumatlar var və bu şəxslərin taleyinin müəyyənləşdirilməsi istiqamətində görülən işlər nə ilə nəticələnib?

- Beynəlxalq İtkin Düşmüşlər Günü itkin düşmüş şəxslərə ehtiram və yaxınlarına təsəlli olaraq 2010-cu il dekabrın 21-də BMT-nin Baş Assambleyası tərəfindən təsis edilib. Dünyanın müxtəlif bölgələrində baş verən müharibələr nəticəsində bu gün itkin düşmüş şəxslərin sayını dəqiq söyləmək mümkün deyil. Buna baxmayaraq, deyə bilərik ki, bu say yüz minlərlə və ya daha çoxdur. İtkin düşmüş şəxslərlə bağlı məsələ ölkəmizin də üzləşdiyi ən ağır problemlərdən biri kimi qalmaqdadır. Qeyd etdiyiniz kimi, Ermənistanın əsassız ərazi iddiaları ilə Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində Birinci Qarabağ müharibəsi zamanı çoxsaylı soydaşımız itkin düşüb. Həmin şəxslərin taleyi bu günədək məlum deyil, onların ailələri öz əzizlərinin taleyinin müəyyənləşdirməsini böyük həsrətlə gözləyirlər.

Ermənistan tərəfi isə Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş şəxslərin taleyi barədə məlumat verməkdən boyun qaçırır, iştirakçısı olduğu beynəlxalq sənədlərdə təsbit olunmuş normaları kobud şəkildə pozur. Əldə edilmiş son məlumatlara əsasən, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində itkin düşmüş, əsir-girov götürülmüş şəxslərin 766 nəfəri mülki şəxs, 3202 nəfəri hərbçi olmaqla, ümumilikdə 3968 nəfərdir ki, mülki şəxslərdən 69-u uşaq, 283-ü qadın, 334-ü isə ahıl şəxsdir.

Ermənistanın əsirliyindən azad edilmiş hərbçilərin, hadisə şahidi olmuş mülki vətəndaşların ifadələri, onların əsir-girov götürülməsi və saxlanması barədə çoxsaylı sübutlar mövcuddur. Ancaq bu ölkə bütün faktları qəsdən inkar edir, soydaşlarımızın əsir götürülməsini, onların işgəncələrə və müxtəlif təhqiredici hərəkətlərə məruz qalmasını təkzib edir. Əvvəllər də bildirdiyim kimi, əhəmiyyətli faktlardan biri də ondan ibarətdir ki, Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) tərəfindən 1998 və 2001-ci illərdə təqdim olunmuş məktublarda 54 azərbaycanlının sağ olduğu təsdiqlənib. Məktublara əsasən BQXK nümayəndələri Ermənistan hərbçiləri tərəfindən əsir-girov götürülmüş 54 Azərbaycan vətəndaşına Ermənistanda və bu ölkə tərəfindən respublikamızın işğal edilmiş ərazilərində saxlanıldıqları yerlərdə baş çəkiblər. Onlar bu qurumun qeydiyyatında olublar. Ancaq sağ olduqları təsdiqlənmiş həmin 54 nəfərin də həyatına Ermənistan hərbi-siyasi rəhbərliyi tərəfindən son qoyulub. Onlardan 17 nəfərin nəşi qaytarılıb, aralarında 6-sı qadın olmaqla, 33 nəfərin saxlanma yerində vəfat etdiyi bildirilib, lakin nəşləri qaytarılmayıb. Dörd nəfərin sonrakı taleyi barədə ümumiyyətlə məlumat verilməyib ki, bu da ciddi insan hüquqları pozuntusudur.

- İkinci Qarabağ müharibəsindən və ötən il keçirilmiş lokal xarakterli antiterror tədbirlərindən sonra azad olunmuş ərazilərimizdə azərbaycanlılara məxsus kütləvi məzarlıqlar aşkarlanıb. Bu məsələ ilə bağlı fikirlərinizi öyrənmək istərdik.

- Vətən müharibəsində qazanılmış Zəfərdən və 2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş lokal xarakterli antiterror tədbirlərindən sonrakı dövrdə Ermənistanın işğalından azad olunmuş ərazilərdə aparılan tikinti-quruculuq işləri, eləcə də hadisə şahidlərinin ifadələrinə əsasən həyata keçirilmiş qazıntı işləri zamanı bir sıra kütləvi məzarlıqlar aşkarlanıb.

Təəssüflər olsun ki, Ermənistan beynəlxalq humanitar hüquqdan irəli gələn öhdəliklərini yerinə yetirməyərək, kütləvi məzarlıqların dəqiq yerləri barədə məlumatları ölkəmizə təqdim etmir. Azad olunmuş ərazilərdəki kütləvi məzarlıqlarda tapılmış insan qalıqlarının eyniləşdirilməsi istiqamətində yalnız Azərbaycanın müvafiq dövlət qurumlarının gördüyü tədbirlər nəticəsində Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilir. Belə ki, Prezident İlham Əliyevin tapşırığı ilə aidiyyəti dövlət qurumları tərəfindən bu istiqamətdə əhəmiyyətli tədbirlər həyata keçirilib, itkin düşmüş şəxslərin ailə üzvlərindən bioloji nümunələr toplanılıb, sistemləşdirilib və yaradılmış molekulyar-genetik laboratoriya tərəfindən onların DNT profilləri çıxarılıb. Bu günədək görülmüş işlərin nəticəsi olaraq itkin düşmüş 149 nəfərin şəxsiyyəti müəyyənləşdirilib və onların ailələri məlumatlandırılıb. Artıq şəxsiyyəti müəyyən olunmuş soydaşlarımızın dəfn mərasimlərinin təşkili ilə bağlı aidiyyəti dövlət qurumları tərəfindən birgə işlər görülməkdədir. Bütün bu proseslər itkin düşmüş şəxslərin taleyinin müəyyən olunması ilə bağlı məsələlərin dövlət başçısının daim diqqət mərkəzində olduğunu bir daha nümayiş etdirir.

Eyni zamanda, azad edilmiş ərazilərimiz işğal dövründə minalarla çirkləndirilib. Basdırılmış minaların dəqiq xəritələrinin ölkəmizə təhvil verilməməsi də kütləvi məzarlıqların yerlərinin müəyyən olunması işlərində müəyyən çətinliklər yaradır.

Azərbaycanın işğaldan azad olunmuş ərazilərində davamlı şəkildə aşkarlanan kütləvi məzarlıqlar Birinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən azərbaycanlılara qarşı törədilmiş müharibə və insanlıq əleyhinə cinayətlərin izlərini bir daha nümayiş etdirir.

- Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili kimi tərəfinizdən itkin düşmüş şəxslərlə bağlı hansı tədbirlər həyata keçirilib?

- Əvvəlcə onu qeyd etmək istərdim ki, fəaliyyətimdə Ermənistan tərəfindən müxtəlif beynəlxalq hüquq normaları və insan hüquqlarının pozulması ilə bağlı faktların, o cümlədən müharibə nəticəsində itkin düşmüş azərbaycanlıların taleyi ilə bağlı məsələnin araşdırılmasına, dünya ictimaiyyətinə çatdırılmasına xüsusi diqqət göstərirəm. Əsir və itkin düşmüş, girov götürülmüş şəxslərə münasibətdə beynəlxalq hüquq normalarının və humanitar hüquq qaydalarının kobud şəkildə pozulması, onların işgəncələrə, alçaldıcı rəftara məruz qalmaları, bu kimi digər faktlarla əlaqədar indiyədək tərəfimizdən Birləşmiş Millətlər Təşkilatı, Avropa Şurası, Beynəlxalq Qızıl Xaç Komitəsi və digər beynəlxalq və regional təşkilatlara fərdi müraciətlər ünvanlanıb.

Həmçinin 2021-ci ildə beynəlxalq ictimaiyyətə bu mövzu ilə əlaqədar məlumatları əks etdirən geniş videomüraciətim də təqdim olunub.

Ermənistanın hərbi təcavüzü nəticəsində itkin düşmüş şəxslər barədə məlumatların daha geniş yayılması istiqamətində tərəfimdən Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş azərbaycanlılarla bağlı hesabat hazırlanaraq ötən il 30 Avqust - Beynəlxalq İtkin Düşmüş Şəxslər Günündə aidiyyəti beynəlxalq təşkilatlara göndərilib. Azərbaycan və ingilis dillərində hazırlanmış hesabatda Birinci Qarabağ müharibəsində və sonrakı dövrdə itkin düşmüş şəxslərlə bağlı milli və beynəlxalq qurumlarla əməkdaşlıqda əldə edilmiş məlumatlar toplanaraq ümumiləşdirilib. Həmçinin mənim və Aparatın əməkdaşlarının itkin düşmüş şəxslərin ailə üzvləri, ermənilər tərəfindən girovluqda saxlanmış şəxslərlə keçirdiyimiz görüşlər, bu görüşlər zamanı doğmalarının həmin şəxslər haqqında verdiyi məlumatlar hesabatda öz əksini tapıb.

Bununla yanaşı, Xocavənd rayonunun Edilli kəndində aşkarlanıb kütləvi məzarlıqlarda Ombudsman Aparatının əməkdaşlarından ibarət ixtisaslaşdırılmış qrup tərəfindən müstəqil yerində araşdırma aparılıb, monitorinq zamanı toplanmış təkzibolunmaz faktları özündə əks etdirən hesabat hazırlanıb. Bu sənəddə beynəlxalq təşkilatlara Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş soydaşlarımızın taleyinə aydınlıq gətirilməsi, hələ də sağ qalanların ölkəmizə təhvil verilməsi, əsir-girovluqda olduğu dövrdə qətlə yetirilən şəxslərin kütləvi şəkildə basdırıldıqları yerlər barədə məlumatların təqdim olunması üçün qəti mövqenin nümayişi barədə müraciət edilib.

Həmçinin Azərbaycan Respublikasının ombudsmanı olaraq beynəlxalq təşkilatların, ombudsman və milli insan hüquqları təsisatlarının rəhbər şəxsləri və nümayəndələri ilə keçirilən görüşlərdə, eləcə də iştirak etdiyim beynəlxalq tədbirlərdə çıxışlar zamanı itkin düşmüş şəxslərlə bağlı məsələlər diqqətə çatdırılır, o cümlədən tərəfimizdən hazırlanmış hesabatlar və digər aidiyyəti materiallar görüş iştirakçılarına təqdim edilir.

Bir məsələni də diqqətə çatdırmaq istərdim ki, Azərbaycan beynəlxalq humanitar hüquq normalarına əməl edərək, İkinci Qarabağ müharibəsi dövründə erməniəsilli hərbi əsirlərin müharibə zonasından təxliyə olunması, yaralı hərbçilərin müalicə üçün xəstəxanalara yerləşdirilməsi istiqamətində addımlar atıb, daha sonra isə onların hər biri öz ölkəsinə qaytarılıb.

Lakin təəssüflər olsun ki, müharibə dövründə Azərbaycan tərəfinin nümayiş etdirdiyi münasibətdən fərqli olaraq, Ermənistan tərəfi əsirlərlə davranış qaydalarını, beynəlxalq humanitar hüquq normalarını kobud şəkildə pozub, yaralanaraq əsir düşən azərbaycanlı hərbçilərin şəxsiyyətlərini alçaldıb, işgəncələrə və müxtəlif təhqiredici hərəkətlərə məruz qoyub.

- Ermənistanın əsirlərlə davranış qaydalarını kobud şəkildə pozduğunu qeyd etdiniz. Bəs ümumilikdə əsir-girov götürülmüş şəxslərlə bağlı bu ölkə tərəfindən hansı beynəlxalq normalar pozulub?

- Ötən əsrin sonlarında Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları irəli sürməklə həyata keçirdiyi nifrət, etnik təmizləmə, soyqırımı və işğalçılıq siyasəti nəticəsində ölkəmizin ərazi bütövlüyünə qəsd olunub, dinc soydaşlarımız cinayət aktlarının, xüsusən sülh və insanlıq əleyhinə, habelə müharibə cinayətlərinin qurbanına çevrilib.

Bu ölkə tərəfindən beynəlxalq humanitar hüquq normaları, o cümlədən “Müharibə qurbanlarının müdafiəsi haqqında” 1949-cu il tarixli Cenevrə konvensiyalarının və onlara dair 1977-ci il tarixli I Əlavə Protokolun tələbləri kobud şəkildə pozulub, əsir-girov götürülmüş hərbi qulluqçuların və mülki şəxslərin zorla yoxa çıxarılması ilə bağlı cinayət əməlləri törədilib.

Müsahibənin əvvəlində də qeyd etdiyim kimi, Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş çoxsaylı soydaşlarımızın ailələri uzun illərdir böyük həsrətlə doğmalarının taleyi barədə məlumat almağı arzulayırlar. Bu məsələ ilə əlaqədar Ermənistan tərəfinə dəfələrlə müraciətlər olunsa da, qarşı tərəf itkin düşmüş şəxslərin taleyi, habelə qətlə yetirilmiş azərbaycanlı əsir və girovların kütləvi şəkildə basdırıldığı yerlər barədə məlumatları verməkdən imtina edir və beləcə onların ailələrini bu hüquqdan məhrum edir. Halbuki “Müharibə zamanı mülki əhalinin müdafiəsi haqqında” IV Cenevrə Konvensiyasına görə, münaqişənin hər bir tərəfi müharibə nəticəsində ayrı düşmüş ailə üzvlərinin bir-biri ilə əlaqə yaratmasına və əgər mümkündürsə, görüşmək üçün apardıqları axtarışa kömək göstərməlidir. Bu Konvensiya ailə üzvlərinin öz yaxınlarının taleyi barəsində məlumat almaq hüququnu bilavasitə tanıyır.

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 1974-cü il 6 noyabr tarixli Qətnaməsində münaqişə tərəflərinə itkin düşmüş şəxslər barədə məlumatların qarşılıqlı olaraq verilməsi tövsiyə edilib. Eləcə də BMT-nin İnsan Hüquqları Komissiyasının 2002-ci ildə qəbul etdiyi müvafiq Qətnamədə silahlı münaqişənin qarşı tərəfinin itkin düşmüş şəxslərin axtarışında iştirak etməsi bir öhdəlik olaraq nəzərdə tutulub.

Nəticə olaraq, itkin düşmüş şəxslər barəsində məlumatların ailə üzvlərinə verilməməsi həmin ailə üzvlərinin beynəlxalq insan hüquqları və beynəlxalq humanitar hüquqda təsbit edilmiş “ailə həyatına hörmət” prinsipinin kobudcasına pozulmasıdır. Buraya həyatını itirmiş şəxslər barəsində məlumatlar da daxildir.

Yekunda fürsətdən istifadə edərək bir daha vurğulamaq istərdim ki, beynəlxalq ictimaiyyət Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş soydaşlarımızın taleyinə aydınlıq gətirilməsi və qətlə yetirilmiş şəxslərin kütləvi şəkildə basdırıldığı yerlər barədə dəqiq məlumatların təqdim olunması istiqamətində Ermənistana ciddi təsir göstərməlidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyə qarşıdakı 30 il ərzində enerji sahəsində xarici asılılığı minimum endirmək istəyir

Azərbaycanın U-21 millisinin heyətində iki dəyişiklik edilib

Le Pen: Fransanı yeni növbədənkənar seçkilər gözləyir

® ABB-də bank xidmətlərindən rəqəmsal şəxsiyyət vəsiqəsi ilə istifadə etmək olar

ARDNF rəhbərliyi Çində bir neçə şirkətin rəhbərləri ilə investisiya perspektivlərini müzakirə edib

Premyer Liqa: Təxirə salınmış oyunların vaxtı açıqlanıb

ANAMA: Ötən həftə 1583 partlamamış hərbi sursat zərərsizləşdirilib

Azərbaycanlı rejissorun ekran əsəri Kazan Film Festivalında iştirak edir

Azərbaycan Premyer Liqası: Üç turun oyun cədvəli açıqlanıb

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsləri barədə həbs qətimkan tədbiri seçilib

Fransanın şəhərlərində izdihamlı anti-Makron etiraz aksiyaları keçirilib

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin apellyasiya müsahibələrində 106 nəfər uğur qazanıb

Sumqayıtda açıq sahədə baş verən yanğın söndürülüb - YENİLƏNİB

Səhiyyə Nazirliyi qrip əleyhinə vaksinasiya ilə bağlı əhaliyə müraciət edib

Nəbi Xəzrinin 100 illik yubileyinin qeyd edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Atıcılıq üzrə Azərbaycan çempionatı keçirilib

Kahramanmaraşda tikilən Heydər Əliyev adına məktəb açılışa hazırdır

Naxçıvanda dövlət əmlakının özəlləşdirilməsindən əldə olunan gəlir 12 dəfədən çox artıb

Türkiyə Ordusu şəhid verib

Aİ yeni sərhəd nəzarətlərini işə salır: noyabrdan səyahətçiləri nə gözləyir?

Yunanıstan öz adalarını ifrat həddə turist axınından qorumaq niyyətindədir

“Naz-Nazı” muğam qrupu Gəncə Dövlət Filarmoniyasında çıxış edəcək

Fransa ordusunun bir neçə yüksəkrütbəli zabiti korrupsiyaya görə məhkəmə qarşısına çıxarılıb

Lənkəranda yol qəzası olub, xəsarət alanlar var

Şəkidə qəhvəyi mərmər bağacığına qarşı kompleks mübarizə tədbirləri davam etdirilir

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumu işini panel iclaslarla davam etdirir

Azərbaycanda həyata keçirilən layihələr Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri arasında mühüm ticarət körpüsü rolunu oynayır

BDU-da ixtisas fənni üzrə doktoranturaya qəbul imtahanları keçirilir

AMB “yaşıl kredit”lərlə bağlı təlimat formalaşdırıb

Osman Mert: Türk dünyası ortaq əlifbasının layihəsi 2026-cı ilədək hazır olmalıdır

Şahin Mustafayev: Bugünkü iclasda Türk dünyası ortaq əlifbasının 14 hərfi təsdiq olunub

DVX rəsmisi: Karbon emissiyasına görə hansısa ölkə vergi tətbiq edir, digəri isə sahibkardan ödəniş alır

Beynəlxalq Muğam Mərkəzində İnarə Babayevanın solo konserti olacaq

Azərbaycanın U-17 komandası - yeni istedadlar axtarışında - REPORTAJ

Vyetnamda qasırğa qurbanlarının sayı 59 nəfərə çatıb VİDEO

ADA Universitetinin rektoru: Azərbaycan elminin nüfuzunun daha da artırılması üçün alimlərimizdən təkliflər gözləyirik

Şöbə müdiri: KOB-lar ümumi dekarbonizasiyaya töhfə verə bilərlər

SOCAR-da narkomaniya ilə mübarizəyə həsr olunan maarifləndirmə tədbiri keçirilib VİDEO

Tanınmış cüdoçular Naxçıvanda ustad dərsi keçiblər

Ölkə ərazisində havanın temperaturu 35 dərəcəyə yüksələcək

“Deneyap” texnologiya laboratoriyasına şagird seçimi imtahanının ikinci mərhələsi keçirilib

Hafiz Paşayev: Azərbaycanda yeni dövrün tələblərinə uyğun kadrların yetişdirilməsi zamanın tələbidir

Prezidentin xüsusi nümayəndəsi Tatarıstanda işgüzar səfərdədir

Gürcüstanda parlament seçkiləri öncəsi sınaq səsverməsi keçiriləcək

Paralimpiya Oyunlarının bağlanış mərasimində Makronu fitə basıblar

İtaliyada nəqliyyat işçiləri tətil edirlər

Türkiyə hərbçiləri İraqın şimalında hava əməliyyatı icra edib, çoxlu sayda terrorçu zərərsizləşdirilib

Vətəndaşların pulunu ələ keçirməkdə təqsirləndirilənlərin cinayət işi məhkəməyə göndərilib VİDEO

Dövlət Tərcümə Mərkəzi seçim turlarını davam etdirir

Emin Əmrullayev: Yeni dövlət proqramı layihəsi üzərində işləyirik

Papa Fransisk Timor-Lesteyə gedib

Elm və təhsil naziri: xaricdə yaşayan alimlərimizdən gözləntilərimiz çoxdur

Yasamalda evdən oğurluq etməkdə şübhəli bilinən üç nəfər saxlanılıb

Coğrafiya İnstitutunda təcrübə keçən xarici tələbələrin səfəri başa çatıb

Bakı İlahiyyat Kollecinin boş qalan plan yerlərinə qəbul üçün qeydiyyatdan keçən abituriyentlərin nəzərinə

AQTA: İstehlakçılara sağlam və təhlükəsiz ictimai iaşə xidmətlərini göstərmək üçün müəssisələrdə bir sıra qaydalara ciddi şəkildə əməl edilməlidir

Xaricdə yaşayan azərbaycanlılar üçün ümumi dərslik çap olunacaq

Azərbaycanla Pakistan arasında səhiyyə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Azərbaycanlı diaspor rəhbəri Moldovada medalla təltif olunub

COP29-un İqlim üzrə yüksək səviyyəli çempionu: Yaşıl iqtisadiyyata keçid böyük biznes imkanları yaradacaq

Bu gün Xalq artisti Habil Əliyevin anım günüdür

Fuad Muradov: Qarabağ Universitetində dünyaşöhrətli azərbaycanlı alimlərin çalışması elmimizə töhfə olar

KOBİA sədri: “Yaşıl biznes standartı”nın hazırlanması üzərində çalışırıq

Məsud Əfəndiyev: Forumun təşkilində məqsəd peşəkar və gənc alimlər arasında körpü yaratmaqdır

KOBİA və “ACWA Power” arasında KOB-ların yaşıl keçidi üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb

Bosniya və Herseqovinadakı Milli Parkda meşə yanğını davam edir, bəzi evlər üçün təhlükə yaranıb

Azərbaycan-İtaliya münasibətləri: “Mavi iqtisadiyyat”ın inkişafı rəqəmlərdə - RƏY

Bakıda 113 min manatlıq dələduzluq edən 4 nəfər saxlanılıb

Nizami Cəfərov: Türk dünyası ortaq əlifbasının yaradılmasını elmi səviyyədə dəstəkləyirik

Sumqayıtda İran vətəndaşının kuryerliyə cəlb etdiyi şəxsdən 50 kiloqram narkotik vasitə aşkarlanıb VİDEO

Millinin yeni baş məşqçisi: Azərbaycanda su idman növlərinin inkişafı üçün lazımi şərait var

Bakı Mühəndislik Universitetində növbəti TOEFL iBT imtahanı keçirilib

Avropa Cüdo Birliyi Azərbaycan millisinin qitə çempionatındakı uğuru barədə məqalə dərc edib

Muxtar Babayev: COP29-un əsas prioriteti iqlim maliyyəsidir

Akademik: Bugünkü forumun təşkili Azərbaycanın gücünün və birliyinin ifadəsidir

Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub

FHN-in Gəncə Regional Mərkəzi gecə təlimi keçirib VİDEO

Prezident İlham Əliyev: Xaricdə yaşayan həmvətənlərimizin sıralarında elm xadimlərinin geniş yer tutması Azərbaycan diasporunun inkişafına böyük imkanlar yaradır

“Xəzərdə əsən gilavar” layihəsi həyata keçirilib

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunun iştirakçılarına

Braziliya millisinin və “Fənərbağça”nın sabiq futbolçusu silahlı hücuma məruz qalıb

Bakıda Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumu keçirilir YENİLƏNİB VİDEO

Koreya Xalq Demokratik Respublikasının Dövlət İşlərinin Sədri Zati-aliləri cənab Kim Çen Ina

Azərbaycan Prezidenti: Tacikistanla möhkəm təməllər üzərində qurulmuş münasibətlərə böyük əhəmiyyət veririk

® “Rabitəbank” dünyanın nəhəng maliyyə qurumu olan Asiya İnkişaf Bankının “Leading Partner Bank in Azerbaijan” nominasiyasının qalibi olub

Tacikistan Respublikasının Prezidenti Zati-aliləri cənab Emoməli Rəhmona

COP29-un müəyyən edilmiş prezidenti: Mərkəzi Bank “yaşıl taksonomiya” üzərində iş aparır

Azərbaycan folklorunda insan-təbiət münasibətləri

Professor: Forumdakı çıxışlarımızın Azərbaycan elminə töhfə verəcəyinə inanıram

Türk Akademiyasının prezidenti: Türk dünyası ortaq əlifbasının hər bir hərfini və səsini müzakirə etməyə hazırıq

Nazir: KOB-ların ekoloji performansının yaxşılaşdırılması iqlim dəyişikliyi ilə mübarizədə böyük potensiala malikdir

Millətlər Liqası: Türkiyə yığması bu gün İslandiya ilə qarşılaşacaq

Bu gün Türkiyə məktəblərində ilk zəng çalınıb

Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Ağstafada vətəndaşların müraciətlərini dinləyəcək

Elm və təhsil naziri: Yeni tədris ilində “Ümumi türk ədəbiyyatı” və “Türk dünyası coğrafiyası” kitabları tədris ediləcək

Xaricdə yaşayan azərbaycanlı alimlər Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər

FHN: Ötən sutka ərzində 66 halda yanğına çıxış olub

Azərbaycanlı professor Türk dünyasının gənc alimləri üçün ustad dərsi keçib

Azərbaycanda karbon emissiyasının azaldılması məqsədilə vergi tətbiq olunması nəzərdən keçirilir

Azərbaycanın müdafiə naziri Türkiyəyə başsağlığı verib