SİYASƏT
OMBUDSMAN BÖYÜK BRİTANİYANIN ÖLKƏMİZDƏKİ SƏFİRİ İLƏ GÖRÜŞMÜŞDÜR
Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova Böyük Britaniyanın ölkəmizdəki səfiri xanım Kerolin Braun ilə görüşmüşdür.
Görüşdə birgə əməkdaşlıq məsələləri müzakirə olunmuşdur.
Ombudsman Aparatından AZƏRTAC-a bildirmişlər ki, müvəkkil qonağa ölkəmizdə insan hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində görülən işlər, ombudsman təsisatının fəaliyyəti haqqında məlumat vermiş, Böyük Britaniyanın səfirliyi ilə insan hüquqları sahəsində əməkdaşlığın əhəmiyyətini vurğulamışdır.
Görüşdə gələn il 60 illiyi tamam olacaq Dünya İnsan Hüquqları Bəyannaməsinin yubileyi ilə bağlı keçiriləcək kampaniyaya artıq start verildiyi vurğulanmış, Avropa İnsan Hüquqları Konvensiyasının 55 illiyinə də hazırlıq görüldüyü diqqətə çatdırılmışdır.