Azərbaycan Dövlət İnformasiya Agentliyi

ONUN KİNOKAMERASI ULU ÖNDƏRİ ÇƏKİRDİ

Bakı, 18 aprel (AZƏRTAC). Kinooperatorun baxışları yəqin ki, elə belə də olmalıdır: diqqətli və ciddi. Sərdar Vəliyevin qalın qaşları altından müsahibinə dikilən baxışları isə onun həmin peşə sahibləri üçün çox vacib olan mehribanlığından da xəbər verir. Təbii ki, Sərdar müəllim kamerası ilə xoşbəxt adamları çəkməyi xoşlayır. Lakin təəssüf ki, bizim həyatımız təkcə sevinc və təbəssümdən ibarət deyil. Buna görə də hər şeyi elə yeganə rakursda əbədiləşdirmək lazımdır ki, kadrlar daha ifadəli alınsın, naturanın bütün nüansları tamaşaçıya çatdırılsın və uzun müddət yadda qalsın. Bəs buna nə dərəcədə nail olduğunu, kinolentinin keyfiyyətli olub-olmadığını, kamera obyektivinin qaydasında olub-olmadığını necə müəyyən etməli? Bax, bu məqamda peşəkarlıq ön plana keçir. Yarım əsr ərzində kinokameradan ayrılmayan ustad sənətkar kameranın hərarətinə, hərəkət edən lentin səsinə görə bütün bu sualların cavabını tapır.

Sənədli kino sahəsində tanınmış operator Sərdar Vəliyevin 70 yaşı bu günlərdə tamam olmuşdur. İndi, həyatın çox hissəsi artıq geridə qaldığı bir vaxtda o, başa düşür ki, nəyə nail olmuşsa, topladığı təcrübəyə, daim öz üzərində işləməsinə, öyrənməsinə, günbəgün, ilbəil yeni biliklər əldə etmək arzusuna borcludur.

Bəzən Sərdara elə gəlir ki, o, dünyaya göz açanda əlində kamera olmuşdur. Bunu başa düşmək çətin deyil. İş bundadır ki, gənc Sərdar doğma Cəlilabadda onillik məktəbi bitirəndən sonra ailə vəziyyəti ilə əlaqədar qəbul imtahanlarına gecikmişdi. Hələ məktəbdə oxuduğu dövrdə fotoqrafiya işi ilə maraqlanan Sərdar qəzetdə oxuyur ki, “Azərbaycanfilm” kinostudiyası operator və rejissor assistentləri hazırlayan kurslara qəbul elan etmişdir. Buraya daxil olmaq istəyənlər öz foto işlərini təqdim etməli idilər. Xoşbəxtlikdən, onun bu cür işləri çox idi: peyzajlar, portretlər, məişət səhnələri, kütləvi tədbirlərdən çəkilmiş fotoşəkillər… Bu işlər qeyri-standartlığı ilə diqqəti cəlb edirdi. Portretlər daha çox bəyənilmişdi - deyirdilər ki, bunlarda insanın xarakteri duyulur. Beləliklə, gələcək kinooperator assistentlərinin 25 nəfərdən ibarət qrupuna Sərdar da perspektivli namizəd kimi daxil edildi.

Gənclər kinoda mühüm peşələrdən sayılan bu peşənin sirlərini, işıq-kölgə qanunlarını, bir sözlə, sözün həqiqi mənasında yaxşı kino üçün zəruri olan məsələləri düz bir il öyrəndilər. Sonra təcrübə keçdilər və yalnız bundan sonra Sərdar Vəliyev kinostudiya operatorunun assistenti vəzifəsinə qəbul edildi. O, çox işləyir, operator sənətinin təcrübəli ustalarından öyrənir, bilmədiklərini soruşmağa çəkinmirdi. Moskvaya, kinooperator kurslarına getmək təklif ediləndə çox sevinmişdi. Sərdar orada sənədli kino janrını seçdi və onun sirlərini öyrəndi. Sənədli kino operatoru dərəcəsi alaraq respublikaya qayıtdı…

Sərdar müəllim o günləri xatırlayanda kədərlənir: illər necə də sürətlə ötüb keçmişdir! Kinooperator Vəliyevin kamerası kimlərə tuşlanmamışdı, onun çəkiliş obyektləri arasında nələr yox idi! Hər bir kadr onun ürəyinin bir parçası olurdu. Bu isə, razılaşın ki, asan məsələ deyil…

Doğma Bakıda Qanlı yanvar hadisələrini göz yaşları içində çəkəndə, cəbhəyanı rayonlarda insanların həlak olmasını lentə köçürəndə nələr çəkmişdi.

Tanınmış sənətkar indiyədək 120 qısametrajlı və 5 tammetrajlı sənədli film lentə almışdır. Onların arasında xüsusi qeyd edilənlər də az deyil. Məsələn, insanı riqqətə gətirən “Qızıl balıq”da lentdə bir sıra maraqlı operator tapıntıları var. “Şirvan qoruğu” adlı qısametrajlı sənədli film isə Azərbaycan faunasının ekzotik növlərindən, o cümlədən ceyranların həyatından bəhs edir. Bu film Rusiya televiziyasında “Kino səyahətçiləri klubu” proqramında nümayiş etdirilmişdir. Operator əməyinin məhsulları arasında bir neçə tammetrajlı sənədli lent də var. Azərbaycan kinosunun 100 illiyinə həsr edilmiş “Ailə” filmi böyük marağa səbəb olmuşdur. Sərdar Vəliyevin indiyə qədər çəkdiyi filmlərin lentlərini bir-birinə calasaq, bəlkə də, ekvatoru dövrə vurmaq olar!

Lakin o, ulu öndər Heydər Əliyevin səfərlərində onu müşayiət edən, kütləvi informasiya vasitələri üçün operativ məlumatlar hazırlayan jurnalistlər, fotoreportyorlar və kino işçiləri qrupunda işlədiyi dövrü özünün operatorluq fəaliyyətinin ən əhəmiyyətli illəri hesab edir. Bu, həqiqətən çox çətin, lakin son dərəcə maraqlı iş dövrü idi. Məlum olduğu kimi sənədli kino operatorunun xüsusi hazırlanmış çəkiliş meydançası olmur. Buna görə də kadrların uğurlu alınması üçün bacarığa, bəzən də duyuma malik olmaq, lazımi məqamları tutmaq zəruridir. Xoşbəxtlikdən, Sərdar Vəliyev həmişə bunu bacarmışdır. Yəqin elə buna görə də uzun illər boyu ulu öndəri çəkmək, onun Azərbaycan xalqının firavanlığına yönəlmiş bütün fəaliyyətini kino lentlərində əbədiləşdirmək Sərdara etibar edilmişdir.

Ustad sənətkar ölkəmizin müdrik rəhbərindən çox şey öyrənmişdir. Ən başlıcası, həyatı və insanı necə varsa, elə göstərməyi öyrənmişdir. Sənədli kino kadrlarında həqiqətə uyğun olmayan məqamlar istər mətndə, istərsə də təsvirdə asanlıqla nəzərə çarpır. İşin texniki cəhətinə gəldikdə isə, burada bəsitlikdən qaçmaq, qəhrəmanının üzünün ifadəsinin daha qabarıq olduğu məqamı “tutmağı” bacarmaq, onun daxili aləmini görmək lazımdır. Kinooperator Vəliyevin bu cür imkanı olmuşdur. O, ümummilli lider Heydər Əliyevlə birlikdə çox ölkələrdə olmuş, az qala bütün qitələri gəzib-dolaşmış, ulu öndəri ən müxtəlif şəraitdə - söhbət edərkən, rəsmi qəbulda, tribunadan çıxış etdiyi vaxtlarda görmüş və lentə çəkmiş, dəfələrlə qeyri-rəsmi şəraitdə, məsələn, xarici ölkələrdə hər hansı muzeyə gedərkən onu müşahidə etmişdir. Həqiqi sənət əsərinin gözəlliyini başa düşən və qiymətləndirən Heydər Əliyev bu cür rəsm və ya heykəltəraşlıq nümunələri qarşısında sanki xəyala dalırdı. Operator belə anları həmişə lentə köçürməyə çalışırdı.

Sərdar Vəliyev indi də əvvəlki səylə işləyir, ətrafda baş verən hadisələrə maraq göstərir. Vətənimizin salnaməsi sənədli kino kadrlarına çevrilərək tarix üçün qalır. İndi onun qəhrəmanları müstəqil Azərbaycanın sakinləri, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda Prezident İlham Əliyevin uğurla davam etdirdiyi yolla yeni həyat quran insanlardır. Onlar ölkəmizin gələcəyinə, özlərinin gələcəyinə inanırlar.

Sənətkar taleyindən razıdır: bəxtəvər insanların sayı artmışdır, deməli, kinooperatorun xoşbəxt insanları kinoya çəkmək imkanları da artmışdır. Yeri gəlmişkən, Sərdar Vəliyev öz ailəsini də bəxtəvərlər sırasına aid edə bilər. Bir vaxtlar sevib-seçdiyi, Tbilisidən gətirdiyi qadınla ailə qurmuş, iki qız övladı dünyaya gəlmişdir. Onlar ləyaqətli insanlar kimi böyümüş, Sərdara dörd nəvənin babası olmaq səadəti bəxş etmişlər...

Kim bilir, bəlkə də bu nəvələrdən biri estafeti babasından qəbul edəcək, kinokameranı əlinə götürüb onun işini davam etdirəcək, doğma xalqının həyatı ilə bağlı ən mühüm hadisələri kinolentinə köçürəcəkdir?!

Elmira Əliyeva

AZƏRTAC-ın müxbiri

######

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Böyük Britaniya günəş panellərinə 260 milyon dollar sərmayə qoyacaq

Türkiyə Müdafiə Nazirliyi: Müttəfiqlər bir-birinə qarşı sanksiya tətbiq etməməlidir

Hitrou hava limanı fəaliyyətini qismən bərpa edib

Səudiyyə Ərəbistanı, BƏƏ, Oman və Küveyt neft hasilatını azaldacaqlar

BMT komissiyasında Azərbaycanın təşəbbüsü ilə qətnamə qəbul edilib

İstanbulun Bahçeşehir Universitetində Novruz bayramı qeyd edilib

Misir ildə 2 milyard kilovatsaat enerji istehsal edəcək Külək Elektrik Stansiyasını işə salır

Xaçmazda qaz xətti zədələnib, 13 kəndin mavi yanacaqla təminatında fasilə yaranıb

Görmə məhdudiyyətli uşaqlar üçün Novruz şənliyi təşkil edilib

Türkiyə millisinin heyətində dəyişiklik edilib

Türkiyənin ən böyük neft yatağında hasilat həcmi sutkada 80 min barrelə çatır

Hələbdə 3 milyon psixotrop “Captagon” həbi müsadirə edilib

İsveçin “Diplomatic World Sweden” internet nəşrində Novruz bayramı ilə bağlı məqalə dərc olunub

ADSEA: Xırdalan şəhərinin su təchizatı dayandırılıb

Gürcüstanın Baş naziri: Ölkələrimiz arasındakı əlaqələr xalqlarımızın ənənəvi səmimi və mehriban qonşuluq münasibətlərinin təzahürüdür

Özbəkistan Prezidenti: İkitərəfli münasibətlərimizin strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə yüksəlməsi bizi sonsuz sevindirir

İran Prezidenti: Ümid edirəm ki, yeni il ölkələrimizin dost münasibətlərinə müstəsna transformasiya gətirəcək, xalqlarımızın rifah və firavanlığına xidmət edəcək

Gürcüstanın Baş naziri İrakli Kobaxidzedən

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiandan

Ukrayna millisinin üzvü yaşıl meydanlardan bir ay uzaq qalacaq

ABŞ altıncı nəsil döyüş təyyarəsinin istehsalına başlayır

Azərbaycan gənclərindən ibarət nümayəndə heyəti Aktauda beynəlxalq forumda iştirak edib

Lionel Messi "Barselona"ya qayıda bilər

İsveçdə iki italiyalı turist qar uçqunu nəticəsində həlak olub

Si Cinpin: Çin-Azərbaycan strateji tərəfdaşlıq münasibətləri dinamik şəkildə inkişaf edir, siyasi qarşılıqlı etimad möhkəmlənir

Çin Xalq Respublikasının Sədri Si Cinpindən

Haiti millisinin baş məşqçisi: Azərbaycan yığması yaxşı komandadır

Qazax teatrı Novruz bayramına həsr olunan tamaşa təqdim edib

Parisdə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının İnkişafa Yardım Komitəsinin 54-cü yüksək səviyyəli iclası keçirilib

Sudan ordusu paytaxtda bir neçə hökumət binasına nəzarəti ələ alıb

Azərbaycan cüdoçuları beynəlxalq turnirdə iştirak edəcəklər

Qar uçqununa düşən hərbi qulluqçuların nəşləri tapılıb – Birgə məlumat

Martın 21-i Türkiyədə Baharın və Qardaşlığın Bayramı Günü elan edilib VİDEO

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası uşaqlar üçün Novruz şənlikləri keçirir

“Haber Global”: İrəvan Türkiyə və Azərbaycana qarşı ABŞ və NATO-ya yaxınlaşmağa çalışır

Bəhlul Mustafazadə: Komandada ab-hava yaxşıdır

Fernandu Santuş: Haiti ilə oyunda qalib gəlmək istəyirik

Premyer Liqa: XXVIII turun hakimləri açıqlanıb

Səməd Vurğunun doğum günü münasibətilə Qazaxdakı poeziya evində tədbir keçirilib VİDEO

Gürcüstanın dövlət və hökumət başçıları Marneulidə Novruz şənliyində iştirak ediblər

Nizami rayonunda oğurluq edən şəxslər saxlanılıb

Gürcüstanın Baş naziri azərbaycanlıları Novruz bayramı münasibətilə təbrik edib

® NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir

Beynəlxalq Meşələr Günündə Azərbaycanda bir gündə 13 mindən artıq ağac əkilib

Hərbi Prokurorluq işçiləri Novruz bayramı ilə əlaqədar Müdafiə Nazirliyinin hərbi hissələrində olublar

Nəsimi rayonunda soyğunçuluq edən şəxs saxlanılıb

Vladimir Putin: Əminəm ki, birgə səylərlə gələcəkdə də dost xalqlarımızın rifahı naminə ikitərəfli əlaqələri fəal şəkildə gücləndirəcəyik

Hikmət Babaoğlu: Novruz bayramı milli dəyərlərimizin təntənəsidir VİDEO

Antarktikada dəniz buzunun sahəsi müşahidələr tarixində ən aşağı səviyyəyə çatıb

Şimali Kipr Türk Respublikasının XİN rəhbəri: Lefkoşa Türk dünyasının birliyinə inanır

Rusiya Federasiyasının Prezidenti Vladimir Putindən

Türkiyə Prezidenti: Ölkələrimiz arasında dərin köklərə malik qardaşlıq tellərinin möhkəmlənməsi bu Novruz bayramında da səmimi arzumuzdur

Hitrou hava limanından bütün uçuşlar ləğv olunub

Müqəddəs Taxt-Tac: Dünyada katoliklərin sayı artır

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğandan

Martın 19-20-də paytaxtdan bölgələrə 27800-dən çox sərnişin daşınıb

Naxçıvanda Bahar festivalı keçirilir - reportaj VİDEO

Çexiya Prezidenti Odessaya səfər edib

"Barselona"nın futbolçusunun İspaniya millisindəki əvəzləyicisi məlum olub

Nazirlik: Ötən iki ayda müavinətlər üzrə 183 milyon manat, Prezident təqaüdləri üzrə 116 milyon manat ödənilib

BƏƏ 3200-dən çox məhbusun mübadiləsində Rusiya və Ukraynaya kömək edib

Bu gün Beynəlxalq Meşələr Günüdür

Martın 22-nə gözlənilən hava şəraiti açıqlanıb

Milli Təhlükəsizlik Şurası: Türkiyə Avropanın təhlükəsizliyinin təmin edilməsində əvəzolunmaz rol oynayır

Paytaxtda avtomobil və motosiklet qaçıran şəxslər saxlanılıblar

ABŞ-ın peşəkar basketbol liqasında növbəti oyunlar keçirilib

Azərbaycan XİN: Ermənistan tərəfi manipulyasiya ilə məşğul olur

Cənubi Koreya müxalifəti daha bir impiçment tələbi ilə çıxış edib

Polis ötən gün 4 avtomat, 3 qumbara və 2 tüfəng aşkar edərək götürüb

Bu gün futbol üzrə 2026-cı il dünya çempionatının seçmə mərhələsində Avropa zonası üzrə oyunlar start götürəcək

Gürcüstanın Laqodexi rayonunda Novruz bayramı qeyd edilib

Siyəzəndə şadlıq evindən 22 min manatlıq oğurluq edən dəstə üzvləri saxlanılıb

DSMF “Dövlət sektorunda transformasiyaya görə beynəlxalq mükafat” müsabiqəsində qalib gəlib

Fövqəladə Hallar Nazirliyi Novruz bayramı ilə əlaqədar yanğın təhlükəsizliyinə dair əhaliyə təkrar müraciət edib

Azərbaycan Ordusunun mövqeləri gecə ərzində müxtəlif istiqamətlərdən atəşə tutulub

“Bir sual, bir cavab”: Novruz xatirələri – İlham Namiq Kamal VİDEO

Son iki ayda “Könüllü DOST” proqramına 229 nəfər cəlb olunub

İtkin düşmüş kimi axtarışı aparılan 7 nəfər tapılaraq təhvil verilib

“Bir sual, bir cavab”: Novruz xatirələri – Ramiz Quliyev VİDEO

DİN: Ötən gün polis əməkdaşları tərəfindən 31 cinayətin açılması təmin olunub

“Bir sual, bir cavab”: Novruz xatirələri – Rəşad Məcid VİDEO

Demə, Səməd Vurğun gəldi-gedərdir...

Ölkə ərazisinin əksər bölgələrində yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA

Əvvəllər məhkum olunmuş şəxsdən 4 kiloqram marixuana götürülüb

21 Mart - Beynəlxalq Novruz Günüdür

Ağsuda zəlzələ olub

Londonda yarımstansiyada güclü partlayış baş verib

ABŞ Dövlət Departamenti: Rusiya və Ukrayna atəşkəsə həmişəkindən daha yaxındır

NATO müttəfiqlərinin silah ehtiyatlarını 30% artırmağı planlaşdırır

Yuxu real təcrübələrin yadda saxlanmasına necə təsir edir? - ARAŞDIRMA

Yeni araşdırma körpəlik xatirələri haqqında yenilikləri təqdim edir

Şimali Koreya yeni hava hücumundan müdafiə raketini sınaqdan keçirib

Donald Tramp Təhsil Departamentinin ləğvi ilə bağlı sərəncam imzalayıb

Moldovada İkinci Dünya müharibəsinə aid kütləvi partlayıcı sursat zərərsizləşdirilib

Londonda Novruz bayramı qeyd olunub

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Tramp: ABŞ və Ukrayna tezliklə faydalı resurslarla bağlı saziş imzalayacaq

Tutuquşuların danışma qabiliyyəti insan beynindəki nitq mexanizmləri ilə oxşardır - ARAŞDIRMA

Aİ-nin aparıcı ölkələri Parisdə Ukrayna ilə bağlı yeni sammit keçirəcək