Ordubad SES-in 190 milyon kilovat-saat elektrik enerjisi istehsal etməsi nəzərdə tutulur

Naxçıvan, 11 aprel, AZƏRTAC
Ordubad rayonu ərazisində, Araz çayı üzərində inşa edilən Ordubad Su Elektrik Stansiyası (SES) Naxçıvan Muxtar Respublikasının enerji təhlükəsizliyinin təminatında əhəmiyyətli rola malik olacaq.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin mətbuat xidmətinin rəhbəri Mətin Abbaslı deyib.
O bildirib ki, hesablamalara görə, gücü 36 meqavat olan bu stansiyanın ildə 190 milyon kilovat-saat elektrik enerjisi istehsal etməsi nəzərdə tutulur. Bu göstərici Naxçıvan Muxtar Respublikasının əvvəlki illərdəki enerji tələbatının təxminən 30 faizini ödəməyə imkan verəcək.
“Hazırda su elektrik stansiyasında tikinti işlərinin 60 faizi tamamlanıb. Layihənin davamı üçün İran tərəfindən əlavə işlərin aparılmasına imkanlar yaradılmalıdır. SES-in ümumi tutumu 1,5 milyon kubmetr təşkil edir. Stansiyaya daxil olan suyun miqdarı əsasən “Araz” su qovşağının məcrasına gələn axından, həmçinin Azərbaycan və İran arasında birgə istismar olunan “Araz” SES-lərinin illik və gündəlik iş rejimindən asılı olacaq”, - deyə Energetika Xidmətinin rəsmisi bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.04.2025 [19:43]
Naxçıvanda "SuVar!" adlı ekoloji aksiya keçirilib
- 29.04.2025 [18:56]
İmişlidə regional müşavirədə yanğın təhlükəsizliyi müzakirə olunub
- 29.04.2025 [17:11]
Naxçıvanda Hərracların Təşkili Mərkəzi istifadəyə verilib
- 29.04.2025 [16:03]
Naxçıvanda elektron xidmətlərdən istifadənin dairəsi genişlənib
- 29.04.2025 [16:01]
Şirvan şəhərinin nümayəndə heyəti Türkiyədə beynəlxalq festivalda
- 29.04.2025 [15:32]