Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ordubad üzrə ən yüksək bal toplayan abituriyent: Məqsədim hüquqşünas olmaqdır, bu yolda inamla addımlayıram

Naxçıvan, 14 iyun, AZƏRTAC

Ordubad tarixən yetişdirdiyi ziyalıları, alimləri ilə Azərbaycan elminə sanballı töhfələr verib, mühüm elm və təhsil mərkəzlərindən biri kimi tanınıb. Müasir dövrdə də bu ənənə uğurla davam etdirilir, rayonun onlarla gənci öz biliyi, bacarığı sayəsində bölgənin adını ucaldırlar. 2024-2025-ci tədris ili də Ordubadın timsalında ürəkaçan təhsil uğurları ilə yadda qalmaqdadır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, cari tədris ilində rayonun ümumtəhsil məktəblərinin XI sinfini 298-i adi, 22-si isə fərqlənmə attestatına layiq görülməklə 320 şagird bitirib. II-III qruplar üzrə 18 abituriyent 500-700 intervalında bal toplayıb. Ordubad şəhər 3 nömrəli tam orta məktəbin məzunu Elmira Əliyeva 643,1 balla rayon birincisi olub.

Məktəbin direktoru Anar Həsənli deyir ki, bu tədris ilində təhsil ocağından 35 şagird məzun olub, onlar həm buraxılış, həm də qəbul imtahanlarında yaxşı nəticə göstəriblər. Rayon məktəbləri arasında qəbul göstəricisi ən yüksək olan bu təhsil müəssisəsində qəbul faizinin 80 faizdən yuxarı olacağı gözlənilir: "Ötən il məktəbin 7 şagirdi 500-700 intervalında bal toplamışdı və bu il də nəticələrimiz eynidir. Rayonda II və III qruplar üzrə maksimal balı şagirdimiz Elmira Əliyeva toplayıb. Elmiranı birinci sinifdən tanıyıram. Ailəsinə də, özünə də yaxşı bələdəm. Çox məsuliyyətli şagirddir, müəllimlərinə qarşı da həmişə nümunəvi olub. Məlumdur ki, müəllimlər həmişə yaxşı oxuyan, çalışqan şagirdləri çox istəyərlər. Bu baxımdan Elmira da bizim seçilən, sevilən şagirdlərimizdəndir. Hətta tənəffüslərdə də Elmiranın kitab əlindən yerə düşməzdi. Sən çox oxuyursan deyəndə cavab verirdi ki, müəllim, mən ata-anama və müəllimlərimə yüksək bal toplayacağımı bildirmişəm. Həqiqətən də sözünün üstündə durdu. Deyərdim ki, müəllim-şagird-valideyn fəaliyyəti yüksək nəticənin əldə olunmasına şərait yaratdı".

Öyrənirik ki, Elmira Əliyevanın ən çox maraq göstərdiyi fənlərdən birincisi tarix olub. Ona bu fənni sevdirən isə müəllimi Gülər Məmmədlidir. “Elmiraya 6-cı sinifdən tarix dərsi deyirəm. O, öz diqqətcilliyi, dərsə yanaşması ilə öndə gedən şagirdlərdən biri olub. Onu da qeyd edim ki, Elmira Əliyevlər ailəsinin şagirdim olan ikinci üzvüdür. Böyük bacısı tarix fənni üzrə olimpiada birincisi olmuşdu. O, 30 sualın 30-da düz yazmışdı. Elmira isə 28-ni düz yazıb. Blok imtahanı verməmişdən öncə deyirdim ki, sən Ordubad birincisi olacaqsan. Halal olsun, ümidimi layiqincə doğrultdu. Şagirdimlə qürur duyuram. Fəxr edirəm ki, belə bir ailə tanımışam və bu ailənin iki övladına dərs demişəm", - deyə Gülər Məmmədli vurğulayıb.

Elmira Əliyevanın anası Vəfa xanım övladı ilə qürur hissi keçirdiyini bildirir: "Biz bu uğurlu nəticəni qazanmaq üçün Elmira və müəllimləri ilə birlikdə gərgin əmək sərf etmişik. Övladımın timsalında bütün məzunları, yüksək bal toplayanları təbrik edirəm, yolları açıq olsun. Hansı sənət sahibi olmalarından asılı olmayaraq hər birinin Vətənə, millətə xeyirli övlad kimi yetişmələrini arzulayıram. Bundan əvvəl iki övladım bu məktəbin yetirməsi olub. Böyük qızım musiqi kollecini bitirib, musiqi müəllimidir. İkinci qızım da 619 bal toplayaraq, qızıl medalla bu məktəbi bitirib. Hazırda xarici dil müəllimidir. Elmira sınaqlarda yüksək nəticələr göstərirdi. Əmindik ki, qəbulda istədiyi balı toplaya biləcək".

Elmira Əliyeva qazandığı uğura görə çox qürurludur. Bu nailiyyəti əldə etməsində valideyn və müəllimlərinin böyük rolu olduğunu bildirir. "Məqsədim gələcəkdə hüquqşünas olmaqdır. Bu yolda inamla addımlayıram. Seçimim isə ya Bakı Dövlət Universiteti və yaxud da Milli Aviasiya Akademiyası olacaq. Arzum gələcəkdə hüquq sahəsində peşəkar mütəxəssis kimi yetişib ölkəmə faydalı, savadlı kadr olmaqdır. Ən çox sevdiyim fənn tarix olub. Bu fənnə sevgini tarix müəllimim aşılayıb. Düşünürəm ki, hansı ixtisası seçməyimizdən, harada işləməyimizdən asılı olmayaraq, tariximizi dərindən öyrənməli, bilməli, daim xatırlamalı və heç vaxt unutmamalıyıq".

Ordubad rayonu üzrə ən yüksək nəticə göstərən Elmira Əliyevanın son sözlərinə qüvvət kimi atalarımızdan miras qalan qiymətli fikirlər yada düşür: Keçmişini unudanın gələcəyi olmaz! Keçmişimizi, tariximizi dərindən öyrənməyə çalışan, onu unutmayan Elmiranın gələcəyinin parlaq olmasını diləyir, ona məqsədləri yolunda uğurlar arzulayırıq!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qarabağ Universitetində Tibb və sağlamlıq elmləri fakültəsi fəaliyyətə başlayacaq

Dendrologiya İnstitutunda dayanıqlı meşə ekosistemləri üzrə forum təşkil edilib

“Zirə”nin Konfrans Liqasındakı rəqibi yeni futbolçu transfer edib

Bolqarıstan 2026-cı ildə avrozonaya qoşulacaq

Türkiyəli ekspert: ECO-nun Xankəndi Zirvə görüşü regionda həmrəylik ruhunu gücləndirib

"İkitərəfli əməkdaşlıq gündəliyi: çağırışlar və imkanlar” mövzusunda panel müzakirəsi təşkil olunub

İcbari Sığorta Bürosu və Əməyin Mühafizəsi Mərkəzi birgə təlimlər keçirir

® “Unibank”ın İdarə Heyəti yenidən formalaşdırılıb

Bugünkü hərracda 16 nəqliyyat vasitəsi satılıb

Dövlət Komitəsinin sədri keçmiş məcburi köçkünlərin müraciətlərini dinləyib

COP29 Sədrliyi Vyanada UNIDO və OPEC tədbirlərində ölkəmizi təmsil edəcək

17 milli standart layihəsinin təsdiq edilməsi məqsədilə qərar qəbul olunub

Naxçıvanda icbari tibbi sığorta haqları üzrə daxilolmalar 11,1 faiz artıb

Bitkiçilik məhsullarının istehsalı və ixracı ilə məşğul olan sahibkarlarla görüş keçirilib

Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampa başsağlığı verib

Rusiya Stokholmdakı diplomatik nümayəndəliyinə hücumlardan sonra İsveçi fəaliyyətsizlikdə ittiham edib

Texniki reqlamentlərin hazırlanması, ekspertizası, qəbulu, onlarda dəyişikliklər edilməsi QAYDALARI

“Texniki reqlamentlərin hazırlanması, ekspertizası, qəbulu, onlarda dəyişikliklər edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

AMEA Naxçıvan Bölməsində Azərbaycan mətbuatının 150 illiyi qeyd olunub

“Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Rehabus” layihəsi üzrə əlilliyi olan 2 mindən çox şəxsə xidmət göstərilib

“Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında fəlakət və böhranların idarə edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Pakistan Milli Assambleyasının sədri “ASAN xidmət”də olub

İ.İ.Vəliyevə III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsinin verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında hərbi əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

Azərbaycan Respublikasının diplomatik xidmət orqanları əməkdaşlarına diplomatik rütbələrin verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Ekspert: ECO zamanla Böyük Avrasiyanın iqtisadiyyatında özünəməxsus “üçüncü qütbə” çevrilə bilər – MÜSAHİBƏ

Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa

Azərbaycanın basketbol millisi Avropa çempionatında növbəti qələbəsini qazanıb

Azərbaycanda kino istehsalına yeni dövlət dəstəyi mexanizmi

Təhsil İnstitutunun şöbə müdiri: MİQ-in elektron formada təşkili qiymətləndirmə prosesində insan amilini minimuma endirir

“Sumqayıt”ın serbiyalı yeni baş məşqçisi: Hədəfimiz avrokuboklara vəsiqə qazanmaqdır

Bolqarıstan gələn il yanvarın 1-dən avrozonaya daxil olacaq

Almaniyanın naziri: Aİ Tramp ilə ədalətli ticarət sövdələşməsinə nail olmasa, əks tədbirlər görəcək

Çimərlik güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək

Qırmızı dənizdə PUA hücumuna məruz qalan gəmidə iki nəfər həlak olub

AMB 3 fiziki şəxsə verdiyi sığorta agenti lisenziyalarının qüvvəsini bərpa edib

Ağdam Sənaye Parkında lift və eskalator istehsalı müəssisəsi yaradılacaq

KOBİA-nın təşkilatçılığı ilə Neftçala sahibkarları ilə görüş keçirilib

Dünyada epizootik vəziyyətlə bağlı son vəziyyət – VİDEOMƏLUMAT

Dünyada epizootik vəziyyətlə bağlı son vəziyyət – VİDEOMƏLUMAT

® “AccessBank” “Lənkəran” filialının damının əsaslı təmiri üzrə tender elan edir

Çinin Baş naziri: Pekin çoxtərəfli ticarət sistemini qorumağa davam edəcək

Yeni geosiyasi reallıq

Naxçıvanda aktiv vergi ödəyicilərinin sayı 13 faiz artıb

Milli Mətbuat Günü münasibətilə media nümayəndələri arasında şahmat turniri keçiriləcək

Türkiyənin qadınlardan ibarət basketbol millisinin baş məşqçisi ilə yollar ayrılıb

Qoşqarçay üzərində bəndlər, Günəş, su və külək enerjisi... – STARTAP LAYİHƏSİ

Yol polisi motosiklet sürücüləri ilə profilaktik tədbirləri davam etdirir

BDU əməkdaşlarının yeni dərs vəsaiti nəşr olunub

Ədliyyə Akademiyası Vəkillər Kollegiyasının sədrini təltif edib

Heydər Əliyev Mərkəzində “Medianın inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda konfrans keçirilib   YENİLƏNİB VİDEO

Heydər Əliyev Mərkəzində “Medianın inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda konfrans keçirilib  YENİLƏNİB VİDEO

Folklorun milli təhsildəki rolu araşdırılıb

Türkiyənin rəsmi nümayəndə heyəti Pakistana səfər edəcək

INSEE: Fransa əhalisinin 15 faizdən çoxu yoxsulluq həddindən aşağı səviyyədə yaşayır

Natiq Məmmədli: Ulu Öndər jurnalist peşəsinə daim yüksək qiymət verib VİDEO

Natiq Məmmədli: Ulu Öndər jurnalist peşəsinə daim yüksək qiymət verib VİDEO

AMEA-da “Mifopoetik və filoloji düşüncədə mif konsepsiyaları” kitabının təqdimatı olub

Ötən il SOCAR-ın ümumi aktivlərinin həcmi 94,7 milyard manata çatıb

Azərbaycan və Kolumbiya milli kitabxanaları arasında qarşılıqlı əlaqələrin genişləndirilməsi müzakirə edilib

® Sənayenin inkişafında maneələrin və çətinliklərin aradan qaldırılmasına start verilib

"Sumqayıt" klubunun hazırlıq planı açıqlanıb

ƏƏSMN ilk dəfə BMT-nin Beynəlxalq Telekommunikasiya İttifaqının təşkil etdiyi müsabiqələrdə qalib olub

Çində oksigensiz şəraitdə qalmış 300 min il əvvələ aid taxta alətlər tapılıb

Azərbaycan və Sloveniya TAP ilə qaz nəqlinin 1,2 milyard kubmetr artırılmasını müzakirə edib

"Milli həmrəyliyin gücləndirilməsi: diaspor fəaliyyəti və konsulluq məsələləri” mövzusunda panel müzakirəsi olub

İşğaldan azad edilmiş ərazilərdə epizootoloji monitorinq keçiriləcək

Azərbaycanı Avropa birinciliyində 20 boksçu təmsil edəcək

Əməyin Mühafizəsi Mərkəzi və İcbari Sığorta Bürosu birgə təlimlərə start verib

Naxçıvanda növbəti “SUVAR” aksiyası keçirilib

Mixail Qusman: Prezident İlham Əliyevin medianın inkişafındakı rolu ilə bağlı konfrans keçirilməsini təklif edirəm VİDEO

Mixail Qusman: Prezident İlham Əliyevin medianın inkişafındakı rolu ilə bağlı konfrans keçirilməsini təklif edirəm VİDEO

Qabiliyyət imtahanları davam edir

“Arsenal” Danimarka millisinin futbolçusu ilə anlaşıb

Danimarkanın Baş naziri: Avropada müdafiə xərclərinin son 30 ildə azaldılması böyük səhv idi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 621 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşsizlikdən sığorta vəsaitlərinin uçotunun aparılması və hesabatın təqdim olunması Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Media: Dohada HƏMAS ilə İsrail danışıqları davam edir

“Samsung” şirkətinin rüblük əməliyyat mənfəəti 56 faiz azalıb

Reyçel de Souza: Britaniyada uşaqlar “Dikkens dilənçiləri” kökündə yaşayır

Avropa Gənclər Yay Olimpiya Festivalında iştirak edəcək nümayəndə heyəti ilə görüş olub

BDU-nun Biologiya fakültəsini bu il bitirən 228 məzundan 22-si dünyanın nüfuzlu ali təhsil müəssisələrinə qəbul olub

Serbiyada meşə yanğınları zamanı 6 nəfər xəsarət alıb

İyun ayında ilansancma ilə əlaqədar Kliniki Tibbi Mərkəzə 17 müraciət edilib

Fərqlənmə attestatı alan məzunların sayı açıqlanıb

Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılır

Almaniya Xarici İşlər Nazirliyi: Bundesverə məxsus təyyarə Çin tərəfindən lazer hücumuna məruz qalıb

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

“Fənərbağça” üç futbolçusu ilə yeni müqavilə imzalayıb

İzmir şəhərində ADAU-EGE ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib

“Sabah”ın basketbolçusu Avropa çempionatında çıxış edə bilər

Anar İsgəndərov: Azərbaycan mediası ölkə həqiqətlərini dünyaya çatdırmaq istiqamətində mühüm fəaliyyət göstərib

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

Benyamin Netanyahu Donald Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürüb

UNESCO: Ümumdünya İrs Komitəsinin 47-ci sessiyasında Azərbaycanın bəyanatı təqdim olunub VİDEO

UNESCO: Ümumdünya İrs Komitəsinin 47-ci sessiyasında Azərbaycanın bəyanatı təqdim olunub VİDEO

AMEA əməkdaşlarının elmmetrik bazalarda indekslənən jurnallarda çap edilmiş məqalələrinin sayı artıb

“Səbail”dən ayrılan futbolçu yenidən Premyer Liqada oynayacaq

Avropa İttifaqı Ukraynanın büdcə kəsirini ödəmək niyyətindədir

DTX videomüşahidə kameralarının görüntülərinin ələ keçirilməsi ilə bağlı kibertəhlükəsizlik tədbirləri həyata keçirib

Naxçıvan Qida Təhlükəsizliyi Agentliyi üçün yeni laboratoriya binası tikiləcək

AMEA-da akademik Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək

Bakıda Beynəlxalq Mülki Müdafiə Təşkilatının İcraiyyə Şurasının 58-ci sessiyası keçirilir

Londonda yaşayan azərbaycanlı skripkaçı: Musiqi ilə mədəniyyətimizi tanıtmaq mənim üçün missiyadır

Milli Məclisin növbəti iclasının tarixi məlum olub