İQTİSADİYYAT
Ötən il 1 elektron pul təşkilatı inzibati məsuliyyətə cəlb olunub, 4-ü isə icrası məcburi göstəriş verilib

Bakı, 10 mart, AZƏRTAC
Ödəniş xidməti təchizatçılarının fəaliyyətinin lisenziyalaşdırılması çərçivəsində 2024-cü il ərzində 14 elektron pul təşkilatı, 8 ödəniş təşkilatı və 1 operatora Mərkəzi Bank tərəfindən müvafiq lisenziyalar verilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının illik “Rəqəmsal Ödənişlər İcmalı”nda bildirilir.
Təşkilatlar tərəfindən təqdim olunan ilkin məlumatlara əsasən elektron pul və ödəniş təşkilatlarının əməliyyatlarının illik həcmi 60,5 milyard manat, o cümlədən elektron pulun emissiyası və elektron pul ilə əməliyyatların həcmi 25,8 milyard manat olub.
Elektron pul və ödəniş və təşkilatlarının fəaliyyətinə nəzarət çərçivəsində 2024-cü il ərzində 1 elektron pul təşkilatı inzibati məsuliyyətə cəlb olunub, 3-ü ödəniş təşkilatı, 4-ü elektron pul təşkilatı olmaqla isə ümumilikdə 7 təşkilata 8 icrası məcburi göstəriş verilib.