Ötən il 4 min 500 nəfər Gürcüstan vətəndaşı xarici ölkələrdən deportasiya olunub
Tbilisi, 26 yanvar, AZƏRTAC
Keçən il ərzində müxtəlif xarici ölkələrdən, ümumilikdə, 4 min 500 nəfər Gürcüstan vətəndaşı deportasiya olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin saytında məlumat yerləşdirilib.
Məlumatda bildirilir ki, hesabat dövründə ən çox Gürcüstan vətəndaşı Türkiyədən deportasiya olunub-1700 nəfər.
Siyahıda ikinci yerdə İsrail dövləti gəlir. 2018-ci ildə İsraildən 813 nəfər Gürcüstan vətəndaşı deportasiya olunub. Üçüncü yerdə 531 nəfərlə Almaniya dayanır.
Həmin dövrdə Fransadan 273 nəfər Gürcüstan vətəndaşı deportasiya olunub.
Keçən il Rusiyadan 209 nəfər, Avstriyadan 166 nəfər, Belçikadan 108 nəfər, İsveçdən 102 nəfər, İsveçrədən 84 nəfər, İtaliyadan 83 nəfər, Yunanıstandan 58 nəfər, Ukraynadan 46 nəfər, İspaniyadan 44 nəfər Gürcüstan vətəndaşı deportasiya olunub.
Hesabat dövründə gürcülər ən az Qırğızıstan, Macarıstan, Slovakiya və Kubadan deportasiya olunublar. Hər ölkədən 1 nəfər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [20:02]
Londondakı hökumət binasında gizli kamera aşkarlanıb
- 09.06.2026 [19:10]
Çin süni intellektə 255 milyard avro sərmayə yatırmağı planlaşdırır
- 09.06.2026 [18:42]
Yaponiyada icazəsiz tikilən məscidin sökülməsinə dair qərar verilib
- 09.06.2026 [17:56]
Almaniyada siyasi motivli cinayətlərin sayı ən yüksək səviyyəyə çatıb
- 09.06.2026 [17:26]
ABŞ Federal məhkəməsi H-1B vizaları üçün yüz min dollarlıq rüsumu ləğv edib
- 09.06.2026 [17:22]
Apple “Siri”nin süni intellekt əsaslı yeni versiyasını təqdim edib
- 09.06.2026 [16:33]