İQTİSADİYYAT
Ötən il Azərbaycanda 11,9 milyard manatlıq tikinti-quraşdırma işləri görülmüşdür
Bakı, 29 yanvar (AZƏRTAC ). Ötən il Azərbaycanda iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 17,9 milyard manat həcmində vəsait yönəldilmiş, 11,9 milyard manatlıq tikinti-quraşdırma işləri görülmüşdür.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, 2012-ci illə müqayisədə əsas kapitala yönəldilmiş vəsaitin məbləği 15,1 faiz, o cümlədən tikinti-quraşdırma işlərinin aparılmasına sərf edilmiş vəsait 25 faiz artmışdır.
Məhsul istehsalı obyektlərinin inşasına investisiyanın 48,3 faizi, yaxud 8,6 milyard manat sərf olunmuşdur. Həmin vəsaitin 76,7 faizini və ya 13,7 milyard manatını daxili investisiyalar təşkil etmişdir.