Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Ötən il Çin-Mərkəzi Asiya-Azərbaycan marşrutu ilə 350-dən çox konteyner blok-qatarı göndərilib

Bakı, 13 yanvar, AZƏRTAC

2024-cü il “Azərbaycan Dəmir Yolları” QSC (ADY) ilə Çinin dəmiryol administrasiyası və digər təşkilatları arasında əməkdaşlığın genişləndirilməsi, eləcə də dəmir yolu ilə yükdaşımaların artırılması baxımından bir sıra mühüm nailiyyətlərlə yadda qalıb.

ADY-dən AZƏRTAC-a bildirilib ki, ötən ilin əlamətdar hadisələrdən biri Azərbaycandan ilk ixrac blok-qatarının Orta Dəhlizlə Çinə yola salınması olub.

Noyabrın 24-də Bakı-Sian ilk ixrac blok-qatarı ilə 62 ədəd 40 futluq konteyner həcmində 1664 ton koks yükü multimodal olaraq Qazaxıstan üzərindən Çinin ən böyük quru limanlarından biri olan Siana göndərilib. Nəticə etibarilə yerli sahibkarlar üçün yüklərini birbaşa Çin bazarına çıxarmaq imkanı yaradılıb. Bu, Azərbaycan və Çin arasında iqtisadi və nəqliyyat sektorunda əlaqələrin yeni mərhələyə qədəm qoyması ilə yanaşı, Azərbaycanın beynəlxalq yükdaşımalar sahəsindəki strateji rolunu daha da möhkəmləndirdiyini nümayiş etdirib. Belə ki, Orta Dəhliz nəqliyyat marşrutu ilə Çindən Azərbaycana tranzit və idxal yüklərinin göndərilməsi, eyni zamanda, Azərbaycandan Çinə ixrac yüklərinin çatdırılması bu dəhlizin səmərəliliyini daha da artırıb. Orta Dəhlizin sürətlə inkişafı həm Şərq-Qərb, həm də Qərb-Şərq istiqamətində yükdaşımaların artırılmasını şərtləndirir.

Ötən il Orta Dəhlizlə yükdaşımalarda növbəti nailiyyətlərdən biri mart ayında Sian limanından birinci konteyner blok-qatarının yola salınması olub. İlk qatar Bakıyadək məsafəni 11 günə qət edib.

2024-cü ildə Çin–Mərkəzi Asiya–Azərbaycan marşrutu ilə ümumilikdə 358 blok-qatar göndərilib ki, bunlardan 146-sı (15 292 TEU) tranzit, 212-si (20 956 TEU) isə idxal yüklərinin daşınmasını təmin edib. Daşınmış yüklər arasında tibbi ləvazimatlar, avtomobil və avtomobil ehtiyat hissələri, velosiped, motosikl, su nasosları, qida və qeyri-qida məhsulları və s. əsas paya sahib olub.

Yükdaşımada əldə edilmiş müsbət göstəricilər ADY ilə Çinin dəmiryol təşkilatları arasında müntəzəm görüş və müzakirələrin nəticəsidir. Ötən ilin mayında ADY rəhbərliyi “Çin Dəmir Yolları” dövlət korporasiya şirkətinin rəhbər heyəti ilə görüşüb. Müzakirələrin mövzusu iki ölkə arasında dəmir yolu üzrə əməkdaşlığa dair ortaq maraq dairəsində olan aktual məsələlər, o cümlədən Orta Dəhlizin inkişafı, yük ötürücülük gücü illik 5 milyon tona çatdırılmış Bakı–Tbilisi–Qars (BTQ) dəmiryol xətti ilə yükdaşımaların bərpasının əhəmiyyəti və digər məsələlər olub. ADY-nin Qərb-Şərq istiqamətində Türkiyə və Azərbaycandan Çinə qayıdan yük axınının formalaşdırılmasına kömək etməyə hazır olduğu bildirilib.

Bu və digər müzakirələrin məntiqi nəticəsi kimi ötən ilin iyununda Orta Dəhliz və modernləşdirilmiş BTQ dəmiryol xəttinin genişləndirilmiş imkanları sayəsində 2024-cü ilin iyun ayından Sian limanı ilə yanaşı, Çinin şərqdəki ən böyük limanlarından olan Lianyunqanqdan yüklərin test rejimində göndərilməsinə başlanılıb.

2024-cü ilin sentyabr ayında Çin tərəfinin də iştirakı ilə Bakıda “Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının təsis edilməsinə təşəbbüs göstərilib. Avrasiya Nəqliyyat Marşrutu Çin, Qırğızıstan, Tacikistan, Özbəkistan, Türkmənistan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçərək dəmir yolu, avtomobil və dəniz yollarını və yol infrastrukturu komponentlərini əhatə etməklə Xəzərin şərq tərəfində Orta Dəhlizin daha bir qolunu formalaşdırır. Assosiasiya Orta Dəhlizin yükdaşımaların şaxələndirilməsinin səmərəli təşkili məqsədilə kollegial orqan qismində çıxış edəcək.

Sentyabrda, həmçinin ADY nümayəndə heyəti Çində “China Railway Express” (Sian) şirkətinin təşkilatçılığı ilə keçirilmiş “Qlobal Tərəfdaşlarla Görüş – Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu Forumu”nda iştirak edib. Forum çərçivəsində ADY rəsmiləri Çin, Qazaxıstan və Gürcüstan dəmir yolları nümayəndələri, həmçinin “Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının digər daimi üzvlərinin iştirakı ilə Orta Dəhlizin inkişafı istiqamətində birgə səylərin müzakirəsinə qoşulub.

Müzakirələrin sonunda “China Railway Container Transport Corp. Ltd.” (CRCT – Çin Dəmir Yolu Konteyner Daşımaları Korporasiyası) şirkətinin Azərbaycan, Qazaxıstan və Gürcüstanın həmtəsisçisi olduğu “Middle Corridor Multimodal LLC” birgə müəssisəsinə qoşulması barədə əməkdaşlıq memorandumu imzalanıb. Sözügedən əməkdaşlığın əsas məqsədi Orta Dəhlizin inkişaf etdirilməsi və Çindən müntəzəm konteyner qatarlarının təşkilini təkmilləşdirməklə yük həcminin artırılmasıdır.

Genişlənən əməkdaşlıq fonunda 2025-ci ildə Çindən Azərbaycan və Avropa istiqamətində göndərilən blok-qatarların sayının 3 dəfədən çox artırılaraq il ərzində 1000-ə çatdırılması planlaşdırılır. Azərbaycanın infrastruktur gücü bu nəticənin əldə edilməsinə imkan verir.

Beləliklə, Çin–Azərbaycan və Azərbaycan–Çin istiqamətləri üzrə yükdaşımalar Orta Dəhlizin Şərq-Qərb-Şərq marşrutu kimi formalaşmasını sürətləndirir, eyni zamanda, yük sahibləri üçün hər iki istiqamətdə sürətli, təhlükəsiz və səmərəli xidmətləri əlçatan edir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp polad və alüminium idxalına 25 faiz rüsum tətbiq edib

ABŞ-da hava limanında 2 təyyarə toqquşub, ölən var

Yeni sadə müalicə yüksək qan təzyiqini azalda bilər - ARAŞDIRMA

Qazaxıstan Xəzər dənizinin səviyyəsinin azalması ilə bağlı qabaqlayıcı tədbirlər hazırlayır

“Bloomberg”: Kelloq yaxın həftələrdə Trampa Ukrayna planını təqdim edə bilər

Tramp: Bütün girovlar azad edilməsə, İsraillə HƏMAS arasında atəşkəs razılaşması ləğv edilməlidir

Tədqiqat: Səhər saatlarında psixi sağlamlıq və xoşbəxtlik daha yüksək olur

Avropol məktəbdə baş vermiş atışmanın araşdırılmasında İsveç polisinə kömək edir

Trampın gömrük rüsumları ilə bağlı bəyanatları Fransanı da silkələyib

Alman Birliyi: ABŞ-ın polad tarifləri Avropa bazarına təzyiqi artıracaq

Avropa İnvestisiya Bankı Ukraynaya 2 milyard dollar ayırıb

“Neftçi” braziliyalı futbolçunun transferini açıqlayıb

Britaniyalı fermerlər Londonda etiraz aksiyası keçiriblər

Cənubi Koreya kəşfiyyatı: Minlərlə şimali koreyalı Rusiyada işləməyə göndərilib

Berlinin ictimai nəqliyyat işçilərinin tətili davam edir

HƏMAS fevralın 15-nə planlaşdırılan girovların azad edilməsini təxirə salıb

Qərbi Balkan ölkələrinin XİN başçıları Romaya toplaşıblar

Azərbaycan və Türkiyə XİN rəsmiləri siyasi məsləhətləşmələr aparıblar

Qvatemalada avtobus dərəyə aşıb, 51 nəfər ölüb

Akademik Valeri Asatiani: Ölkələrimiz arasında mədəni əlaqələrin inkişafında tarixi şəxsiyyətlərin rolu böyükdür

Misli Premyer Liqası: “Neftçi” səfərdə “Zirə”yə qalib gəlib

Gürcüstanlı akademik: Azərbaycanda abidələrin bərpası istiqamətində gedən proseslərdən qürur duyuram

Ruben Vardanyanın təqsirləndirildiyi cinayət işinin məhkəmə baxışı davam etdirilib

2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 8 fevral 2025-ci il tarixli 41 saylı müraciətə baxılmasına dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 10 fevral 2025-ci il tarixli 43 saylı müraciətə baxılmasına dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 10 fevral 2025-ci il tarixli 42 saylı müraciətə baxılmasına dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 8 fevral 2025-ci il tarixli 40 saylı müraciətə baxılmasına dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Mərkəzi Seçki Komissiyasının 2025-ci il 8 fevral tarixli iclas protokolunun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Nazir Ceyhun Bayramov Belarusun ölkəmizə yeni təyin olunmuş səfiri ilə görüşüb

Bakıda İranın milli bayramı qeyd olunub

Türkiyədə saxta spirtli içkidən ölənlərin sayı 38-ə çatıb

Ötən il Türkiyədə 842 terrorçu zərərsizləşdirilib

Keniyanın gənclər çempionu Azərbaycanın bu ölkədəki səfirliyində olub

Sabirabadda yol qəzası baş verib, xəsarət alan var

ABŞ-da qripə yoluxma hallarının sayı 15 illik maksimuma çatıb

Deputat: Türkçülük ideologiyası dövlət siyasəti statusu qazanmaqdadır

"Qalatasaray" polşalı futbolçu ilə anlaşıb

Səudiyyə Ərəbistanı uşaqları Həcc ziyarətinə gətirməyi qadağan etdi

Kənd təsərrüfatı naziri bölgələrdə fəaliyyət göstərən şərab istehsalı və quşçuluq müəssisələri ilə tanış olub

AZƏRTAC-ın əməkdaşları “Talassemiyasız həyat naminə” təşəbbüsünə qoşulublar VİDEO

Polşalı musiqiçilər “Qış nağılı” festivalında

Dövlət katibi: Sloveniya Azərbaycanla ikitərəfli əlaqələri dərinləşdirməkdə maraqlıdır

Nizami rayonunda sürücünü hədələyərək pulunu ələ keçirən şəxslər saxlanılıb

Rəna İbrahimbəyova: Kəlağayı ornamentlərinin işlənməsinin dərin mədəni kökləri onu daha da unikal edir - MÜSAHİBƏ

“Qarabağın nadir və nəsli kəsilməkdə olan növləri barədə məlumat kitabı” çapdan çıxıb

Yasamalda ət satışı mağazasının fəaliyyəti dayandırılıb

İtaliyada müdafiə nazirinin səsindən istifadə olunaraq dələduzluq edilib

Premyer Liqa: "Araz-Naxçıvan" - "Kəpəz" oyunu qolsuz başa çatıb

Xıdır Nəbi bayramının özünəməxsus şəkildə qeyd olunduğu kənddən REPORTAJ VİDEO

Bakıda sahibsiz heyvanlar probleminə həsr olunmuş tədbir keçirilib

Naxçıvan şəhərində çox sayda hərbi sursat tapılıb

ETX: “Google Chrome” brauzerində kritik boşluq aşkarlanıb

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib VİDEO

Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin binası mükafata layiq görülüb

Qida Təhlükəsizliyi Agentliyinin sədri sahibkarlarla görüşəcək

Şagird bacarıqlarının inkişaf etdirilməsi mövzusunda elmi seminar

® “Nar”ın dəstəyi ilə Azərbaycanda jest dili tətbiqi hazırlanır

Vəkillər Kollegiyasının rəhbərliyi işə yeni qəbul edilən vəkil köməkçiləri ilə görüşüb

Hirkan meşələrində ekoturizmin inkişaf etdirilməsi istiqamətində müzakirələr aparılıb

Kimyaçı-alim nüfuzlu jurnalın beynəlxalq rəyçi sertifikatı ilə təltif edilib

Kənd Təsərrüfatı Nazirliyi: Heyvanların aşağı çəkidə kəsilməsi ət istehsalına mənfi təsir göstərir

Azərbaycan şahmatçısı: Ölkə çempionatındakı çıxışımı qənaətbəxş hesab edirəm

Azərbaycan Universitetində “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər planı hazırlanır

Qazaxıstan ordusunun arxa cəbhə təminatının modernləşdirilməsi məsələsi müzakirə olunub

AQTA-da quşçuluq təsərrüfatlarının nümayəndələri ilə görüş olub

ADAU-nun əməkdaşları Ankarada beynəlxalq təlimdə iştirak ediblər

Məktəb direktorlarından ibarət kuratorlarla görüş keçirilib

Binəqədidə su emalı müəssisəsində nöqsanlar aşkarlanıb, fəaliyyəti dayandırılıb

® “Birbank” vasitəsilə sığorta alanlara şad xəbər

® “AccessBank”dan 12+0,25 faizlik depozit imkanı!

Böyük Britaniyada yüzlərlə qanunsuz işçi saxlanılıb

Hərbi pilotlarımız təlim-məşq uçuşları keçiriblər

Ukraynadakı Azərbaycan diasporu fəaliyyətini genişləndirir

Ötən il Azərbaycanda aparılan nağdsız əməliyyatların həcmi rekord həddə çatıb

“Neftçi” braziliyalı futbolçunu transfer etmək istəyir

Britaniyanın mürəkkəb vergi sistemi biznes subyektlərinə 15 milyard funt sterlinqə başa gəlir

Gürcüstanda azərbaycanlı uşaqlar üçün həftəsonu məktəb fəaliyyətə başlayıb

Qiymətli kağızlar bazarının inkişafına dair ictimai müzakirə təşkil olunub

AMADA antidopinq sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

İcbari tibbi sığorta fondunun 2025-ci il büdcəsi təsdiqlənib – FƏRMAN

Ali Məhkəmə xarici diplomların tanınması üzrə vahid məhkəmə təcrübəsini müəyyən edib

AQTA: İdxal olunan baytarlıq preparatının normativ tələblərə cavab vermədiyi aşkarlanıb

® Elektrikli avtomobil qazanmaq imkanı

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Məşhur futbolçu İtaliya klubunun baş məşqçisi təyin olunub

Şalva Papuaşvili: Gürcüstanda sabitliyi pozmaq üçün Avropa İttifaqına üzv dövlətlərdən də istifadə olunub

Dövlət İmtahan Mərkəzi “Rezidentura” xüsusi buraxılışının 1-ci nömrəsini təqdim edib

Azərbaycan Mədəniyyət Mərkəzi ilə Daşkənd Dövlət Şərqşünaslıq Universiteti arasında əməkdaşlıq əlaqələri müzakirə olunub

Qərbi Azərbaycana qayıdış təkcə fiziki dönüş deyil, bu, milli kimliyimizin bərpasıdır – MÜSAHİBƏ

Qırğızıstanın Oş hava limanı uçuşları müvəqqəti məhdudlaşdırıb

İcbari tibbi sığorta fondunun 2025-ci il büdcəsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Burkina Fasonun Prezidenti İbrahim Traoredən

“Killerdən teleqram” monotamaşası yenidən səhnədə

“Qadınlar və qızlar elmdə” Beynəlxalq Gününə həsr olunmuş konfrans keçirilib

Dünya çempionatı: Azərbaycan basketbol millisi seçmə mərhələdə son 2 oyunun hazırlıqlarına başlayıb

Professor Anna Əmrahova: Doktorluq dissertasiyamda Azərbaycan bəstəkarlarının yaradıcılığını təqdim etdim

Naxçıvanda yol qəzasında 5 nəfər xəsarət alıb

Fransanın Kamerunda törətdiyi soyqırımının qurbanı: Cəllad hesabı ödəməlidir

Akademik: Bu il “Qadınlar və qızlar elmdə” Beynəlxalq Gününün təsis edilməsinin 10 illik yubileyidir

Şotlandiya Universitetində Azərbaycan mədəniyyəti tanıdılıb