İQTİSADİYYAT
Ötən il ölkəyə gətirilən məhsulların 17,3 faizi dəmir yolu nəqliyyatı ilə daşınıb
Bakı, 22 fevral, AZƏRTAC
2021-ci ildə Azərbaycana idxal olunan məhsulların 17,3 faizi dəmir yolu nəqliyyatı ilə daşınıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, idxalın 66,3 faizini avtomobil, 11,3 faizini hava, 4,9 faizini dəniz nəqliyyatı, 0,2 faizini isə boru kəməri və elektrik ötürücü xətləri ilə nəql edilən yüklər təşkil edib.