Ötən üç ildə Oğuzda heyvan sahiblərinə 171 min manatadək subsidiya ödənilib
Oğuz, 29 yanvar, Mustafa Dadaşov, AZƏRTAC
2018-ci ildə Oğuz rayonu üzrə 854 nəfər heyvan sahibinə süni mayalama yolu ilə alınan 881 baş cinsi yaxşılaşdırılmış buzova görə 88 min 100 manat subsidiya ödənilib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Oğuz Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor müavini Akif Adıgözəlov məlumat verib.
O bildirib ki, ötən il rayonda 1452 baş inək və düyə süni yolla mayalandırılıb. Bu, əvvəlki illə müqayisədə 632 baş çoxdur. Süni mayalama yolu ilə alınan buzovların sayı isə əvvəlki illə müqayisədə 214 baş artıb.
“Son üç ildə Oğuz rayonunda 2272 baş inək və düyə süni yolla mayalandırılıb. Həmin müddətdə süni mayalama yolu ilə alınan 1709 baş cinsi yaxşılaşdırılmış buzova görə 1500 nəfər heyvan sahibinə hər buzova 100 manat olmaqla, ümumilikdə 170 min 900 manat subsidiya ödənilib”, - deyə mərkəzin direktoru əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]