MƏDƏNİYYƏT
“Öz məşəlini alovlandır”
Danimarkanın “Eurovision-2012” mahnı müsabiqəsində təmsilçisi Soluna Samay ilk mahnısını 10 yaşında olarkən yazmışdır
Bakı, 27 may (AZƏRTAC). Danimarkanın “Eurovision-2012” mahnı müsabiqəsində təmsilçisi Soluna Samay final səhnəsinə 15-ci çıxmışdır.
AZƏRTAC xəbər verir ki, ölkəsini “Should Have Known Better” mahnısı ilə təmsil edən müğənni bu mötəbər yarışmanın ən təcrübəli ifaçılarından biridir.
Danimarka təmsilçisi karyerasına “Sing Out Loud” musiqi albomu ilə başlamışdır. Dənizçi papağı geyinmiş xanım Soluna Samay səhnədə heyranedici performans nümayiş etdirərək maraqlı şou göstərmişdir.
1990-cı ildə anadan olmuş Soluna Samay musiqi karyerasına “Sing Out Loud” musiqi albomu ilə başlamışdır. 6 yaşından ifaçılıqla məşğul olan Danimarka təmsilçisi küçələrdə atası ilə bərabər tamaşalar göstərərək pul qazanmışdır. Atası Soluna Samaya zərb alətlərində, kontrabasda və gitarada ifa etməyi öyrətmişdir.
Müğənni ilk mahnısını 10 yaşında olarkən yazmışdır.