Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə qəbul təşkil edilib YENİLƏNİB VİDEO

Xivə, 22 iyun, AZƏRTAC

İyunun 22-də Xivə şəhərində Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə qəbul təşkil edilib.

AZƏRTAC xəbər verir ki, qəbulda konsert proqramı təqdim olunub.

Dövlət başçıları incəsənət ustalarının çıxışlarını dinləyib, onlarla söhbət ediblər.

Prezident Şavkat Mirziyoyev: Əvvəlcə, bu gün bizim sənətçilər dostum, qardaşım İlham Heydər oğluna gözəl Xivədə, Özbəkistanda bizim mədəniyyətimizi, sənətimizi və onların yaxınlığını göstərdilər. Mən Sizə olduqca minnətdaram və bu gün çox qurur hissi keçirdim ki, qardaşımla bir dildə danışdıq və aramızda tərcüməçi yox idi. Bu sənətçilər bizim mədəniyyətimizi, tariximizi, soykökümüzü, birliyimizi dərin sevgi, məhəbbət və ehtiramla tərənnüm etdilər, göstərdilər ki, bu iki böyük xalqın tarixi birliyi və gələcəyi həqiqətən də sarsılmazdır. Biz dünəndən dostluğumuz, əlaqələrimiz haqqında danışır və müzakirələr aparırıq. Lakin bu gün bizə bunu əməli olaraq sənət ilə göstərdiniz. Mən sizə minnətdaram.

Son illər bizim mədəniyyətimizə, tariximizə, ümumiyyətlə, makomumuza və muğamımıza ehtiramla yanaşmağımız təqdirəlayiqdir. İllər ötəcək, əsrlər keçəcək və gələcəkdə siz bu mədəniyyətin iştirakçıları olacaqsınız. Övladlarınız, qonşularınız, dostlarınız həmişə bu mədəniyyət ilə təmasda olacaqlar. Mən qardaşım İlham Heydər oğluna məmnuniyyətlə demək istəyirəm ki, bu gün sənətçilər bizə Yeni Özbəkistanda yeni mədəniyyəti göstərdilər.

Prezident İlham Əliyev: Qardaşım Şavkat Miromonoviçin bütün dediklərini mən anladım, tərcüməçiyə ehtiyac qalmadı. Mənim dövlət səfərim bu gün başa çatır. Dünən Daşkənddə, bu gün Xivədə, Ürgəncdə, Xarəzm vilayətində olmağımdan çox məmnunam. Dünən və bu gün bir daha gördüm ki, xalqlarımız bir-birinə nə qədər yaxındır. Mədəniyyətimiz, incəsənətimiz, ümumiyyətlə, xalqlarımızın kökləri birdir. Bu gün Azərbaycan dilində oxunan mahnılar, nəğmələr sanki Azərbaycan müğənniləri tərəfindən ifa olundu. Heç bir ləhcə, şivə yoxdur. Bu, nəyi göstərir? Xalqlarımızın birliyini. Siz Türk mədəniyyətimizi tərənnüm edən ifaçılar, sənətkarlar və mədəniyyət ustadları bizim fəxrimizsiniz.

Şavkat Miromonoviçlə bu masa arxasında söhbət əsnasında o, hər bir ifaçının adını bilirdi. Bilirdi harada oxuyub, bu, Bakıda oxuyub, o orada oxuyub, bu, mədəniyyət naziridir, o orada. Bu, onu göstərir ki, Prezident hər bir sənət adamının məsələləri ilə şəxsən məşğul olur. Onun sizə olan sevgisi özbək xalqına olan sevgisidir.

Bu gün yeni Özbəkistanı mən özüm üçün kəşf etdim. Yeni Özbəkistan qardaşımın simasında, sizin simanızda çiçəklənir. Yeni Özbəkistanın həyatı uğurlu olsun, xeyirli olsun. İnşallah, hamımız - özbək və Azərbaycan xalqları bir yumruq kimi birlikdə olacağıq.

Prezident Şavkat Mirziyoyev: İnşallah.

Prezident İlham Əliyev: Bu papaqlardan bizdə də var. Xarəzm şivəsi, ləhcəsi Azərbaycan dilinə çox oxşayır. Biz bu papağa Buxara papaq deyirik.

Prezident Şavkat Mirziyoyev: Biz ilk gündən qardaşım İlham Heydər oğlu ilə xeyli məsələləri reallaşdırmaq, birliyimiz, həmrəyliyimiz, ən əsası dinc yaşayışımız, firavanlığımızla bağlı çox fikir mübadiləsi apardıq və qərarlar qəbul etdik. Gələcək əməkdaşlığımızla bağlı böyük planları müzakirə etdik. Mən bir məsələni sizlərə bildirmək istəyirəm ki, iqtisadiyyat, siyasət vacibdir, lakin bizi birləşdirən əsas dəyər mədəniyyətdir. Düşünürəm ki, bizləri birləşdirən möhkəm vasitə mədəniyyətdir. Biz razılaşdıq ki, heç olmasa üç aydan bir qarşılıqlı səfərlər reallaşdıraq, gediş-gəlişi artıraraq mədəni birliyimizi yeni müstəviyə qaldıraq.

Cari ilin noyabrında Səmərqənd şəhərində keçiriləcək görüşümüz zamanı orkestrimizin iştirakı ilə muğam və makom sənətinə dair Füzuli, Nəvai şeirləri əsasında birgə konsert təşkil etmək necə də gözəl olar. Düşünürəm ki, Siz buna bir ay hazırlaşsanız, nə qədər yüksək nəticə əldə edə bilərsiniz. Heç bir niyyətimiz, amalımız mədəniyyətsiz, mədəniyyətlə təmasda olmadan reallaşa bilməz.

Özbəkistanın paytaxtı Daşkənd öz yerində, Xivədə, Xarəzm vilayətində, uzaq bir diyarımızda qardaşım üçün bu konserti hazırlayan orkestrimizə minnətdarlığımı bildirirəm. Mədəniyyət nazirimiz bu orkestri təşkil etdi və mən bunun üçün onun xidmətini qiymətləndirirəm. Sağ olun.

Prezident İlham Əliyev: Sağ olun.

x x x

Sonda xatirə şəkli çəkdirildi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə qəbul təşkil edilib YENİLƏNİB VİDEO

Ötən ay neft-qaz sektorunda məhsul istehsalı 4,5 faiz azalıb

Daxili dövlət borcu ÜDM-in 14,8 faizini təşkil edib

Türkiyənin sabiq səfiri: Bakı ilə Pekin arasında dialoq Avrasiyada əməkdaşlığa sanballı stimuldur

Naxçıvanda “Azərişıq” və “Azərenerji”nin Tədris Mərkəzinin Regional Bölməsi yaradılacaq

Azərbaycanın valyuta ehtiyatları xarici dövlət borcunu 14 dəfə üstələyir

Prezident İlham Əliyev Paraqvayın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNİB

Somali Prezidenti Səngəçal neft terminalı ilə tanış olub

Maliyyə Nazirliyi: Ötən il Azərbaycanın dövlət borcu ÜDM-in 21,7 faizini təşkil edib

bp-də çalışan azərbaycanlı işçilərin sayı artıb

İmişlidə Aqrar Biznes Festivalı keçiriləcək

ASCO ötən il təhvil verdiyi tullantıların həcmini açıqlayıb

Azərbaycan-Çin münasibətlərində yeni səhifə açılıb ŞƏRH

Bugünkü hərracda tələb 36,2 milyon dollar təşkil edib

Azərbaycanda yanvar ayı üzrə ÜDM istehsalı açıqlanıb

Azərbaycan badminton millisi Bakıdakı Avropa çempionatında ikinci oyununu keçirib

Prezident İlham Əliyev Belarusun ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNİB

ASK: Ölkə iqtisadiyyatında özəl sektorun payı 80 faizdən çoxdur

Türkiyəli sabiq deputat: Azərbaycan dünyanın siyasi və iqtisadi xəritəsində təsirini getdikcə daha da artırır

Rektor: Kollec təhsilinin müasir tələblərə uyğun qurulması istiqamətində ilkin addımlar atılacaq

Azərbaycana iki ölkədən quşçuluq məhsullarının idxalına müvəqqəti məhdudiyyət tətbiq edilib

BDU alimləri “Təhsilə ekoloji baxış” mövzusunda müzakirələrdə iştirak ediblər

AzMİU tələbələri işğaldan azad olunmuş ərazilərə dair kiçik həcmli memarlıq layihələrini təqdim ediblər

Bakıdan “TikTok”un London ofisinə: Bir azərbaycanlının qlobal uğur hekayəsi - MÜSAHİBƏ

bp Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə xərclərini açıqlayıb

Azərbaycanın yeniyetmə taekvondoçuları beynəlxalq turnirdən 6 medalla dönürlər

bp Cənubi Qafqaz Boru Kəmərinə olan xərclərini artırıb

Avropa ölkələri Ukrayna üzrə danışıqlarda iştirak etmək istəyir

Sabah paytaxtda yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacaq

Kriştianu Ronaldu ötən ilin ən çox qazanan idmançısı olub

Dövriyyədə olan müəyyən dövlət istiqrazlarının geri alınması ilə bağlı hərrac keçiriləcək

Ötən il Səngəçal terminalından 225 milyon bareldən çox neft və kondensat ixrac edilib

Prezident İlham Əliyev Türkiyənin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib  YENİLƏNİB

Türkiyənin yeni səfiri: Əlaqələrimizi hər sahədə inkişaf etdirmək üçün gecə-gündüz çalışacağıq

Orxan Nəzərli: Son bir neçə ildə ölkədə 100 mindən çox elektron kassa aparatı quraşdırılıb

2025-ci ilədək BTC ilə 4,4 milyard bareldən çox xam neft nəql edilib

Qadın sonsuzluğunun diaqnostika və müalicəsi icbari tibbi sığorta hesabına aparılır

Azərbaycan Prezidentinin Çin telekanalına müsahibəsi ölkəmizin dünyaya növbəti təqdimatı idi - ŞƏRH

Bu il Azərbaycanda 27 mindən çox şəxs aktiv məşğulluğa cəlb olunub

Rüstəm Əzimov: Prezident mükafatını qazanmaq mənim üçün qürurdur

Azərbaycan AÇG və “Şahdəniz”dən hasil etdiyi qazın 171 milyard kubmetrini ixrac edib

Türkiyənin Azərbaycana təyin olunmuş yeni səfiri Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Konfrans Liqasında pley-off mərhələsinə start verilir

Bakı şəhərində kommunal layihənin tətbiqi uğurla davam edir

Cari ilin ilk ayında Azərbaycanda 2 milyon tondan çox neft hasil edilib

Yanvarda Qəbələnin hotel və mehmanxanaları 7 minə yaxın turistə xidmət göstərib

Ötən il dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 15,8 milyard manatı ötüb

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 13 il ötür

İlon Mask NASA-nın xərclərinin səmərəliliyini araşdıracaq

Ötən il “Azəri-Çıraq-Günəşli”dən 125 milyon barel neft hasil edilib

Filarmoniyada Polad Bülbüloğlunun yubiley konserti keçirilib

Bakı Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin Dünya Finalına ev sahibliyi edəcək

Nərmin Sadıqovanın “Mif” adlı fərdi sərgisi keçiriləcək

Azərbaycanın və Somalinin həmkarlar ittifaqları arasında Anlaşma Memorandumu imzalanıb

“Zəkaların mübarizəsi” olimpiadası keçiriləcək

Bu gün Xalq artisti Əliabbas Qədirovun doğum günüdür

DVX rəisi: Qeyri-neft üzrə özəl sektorda əmək müqavilələri 82 faiz artıb

Almaniya sərhədlərdə yoxlamaları daha altı ay uzadır

AÇG üzrə əməliyyat və əsaslı məsrəflərə xərclənən vəsait açıqlanıb

“ASAN xidmət”in nümayəndə heyəti Dünya Hökumətlər Sammitində

Bakıda yanğın təhlükəli restoranın fəaliyyəti dayandırılıb

Qırğızıstanda qızılca ilə bağlı vəziyyət gərgin olaraq qalır

Nazir: Yaşıl enerji sahəsində Azərbaycanın pozitiv beynəlxalq mövqeyi var

Aralıq dənizinin dibində ən yüksək enerjiyə malik olan kosmik neytrino aşkar edilib

Deputat: Azərbaycanın uğurlu inkişaf modeli bir sıra dövlətlər tərəfindən öyrənilir və tətbiq edilir

Azərbaycan Ermənistana qarşı arbitraj işi üzrə iddia sənədini Daimi Arbitraj Məhkəməsinə təqdim edib

Ötən il “Şahdəniz”dən 28 milyard kubmetr qaz hasil edilib

Türk xalqlarının ortaq tarixi-mədəni irsinin təbliğinə dair müzakirələr aparılıb

Dövlət İmtahan Mərkəzi TKT imtahanına qeydiyyat elan edir

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 68 nəfər saxlanılıb

® FCHAIN beynəlxalq arenada fəaliyyətini genişləndirir

Mikayıl Cabbarov: Əmək müqavilələrinin sayı 33 faiz artıb

Azərbaycanın daha 3 taekvondoçusu Türkiyədə medal qazanıb

SOCAR Xəzər regionunda ilk dəfə “Leucipa” monitorinq proqramının tətbiqinə başlayır

Azərbaycan Prezidenti: Biz qüdrətli dövlət qururuq, belə dövlətin vətəndaşı isə vergi ödəməkdən qürur duymalıdır

Nazir: Ötən il ARDNF-dən transfertlərin büdcə gəlirlərində xüsusi çəkisi 34 faiz olub

Prezident İlham Əliyev: Qarabağ və Şərqi Zəngəzur bölgələri ölkəmizin ümumi iqtisadi potensialına mühüm töhfələr verəcək

Son 5 ildə Azərbaycana ən böyük turist axını 2024-cü ildə qeydə alınıb

Konstitusiya etnomədəni müxtəlifliyin qarantı kimi – Məqalə

Prezident: Azərbaycan yüksək inkişaf potensialına malik dinamik iqtisadiyyata sahibdir

“Vergi Xidməti–25: Davamlı inkişaf və effektiv transformasiya” mövzusunda keçirilən Forumun iştirakçılarına

Tovuzda hündürlükdən yıxılan kənd sakini xəstəxanada ölüb

Avropa Liqası: “Fənərbağça”nın ev, “Qalatasaray”ın səfər sınağı

Bu gün Ümumdünya Radio Günüdür

Amerikalı ekspert: Birləşmiş Ştatlar üçün Azərbaycanla əməkdaşlıq baxımından böyük fürsət var

Bakıda “Vergi xidməti – 25: Davamlı inkişaf və effektiv transformasiya” forumu keçirilir

Binə stadionunun ot örtüyü yenilənib - FOTOLAR

Türkiyə Prezidenti Pakistana səfər edib

Dünya birjalarında neft ucuzlaşıb

Azərbaycanın xarici işlər naziri Almaniyaya işgüzar səfərə yola düşüb

Azərbaycan neftinin qiyməti 78 dollardan aşağı düşüb

Zaqatalada narkotiklərin satışı ilə məşğul olan keçmiş məhkum tutulub

Göygöl rayonunda Topalhəsənli-Kərəmli yolu əsaslı şəkildə yenidən qurulub VİDEO

Olaf Şolts yenidən Kansler seçilmək şansını qiymətləndirib

Bakıda bir sıra yollarda sıxlıq müşahidə olunur - SİYAHI

Kuba XİN: USAID həmişə ölkədə nizamı pozmaq üçün pərdə olub

ABŞ Dövlət katibi Yaxın Şərqə ilk səfərini edəcək

Fransada restorana qumbara atılıb, azı 12 nəfər yaralanıb

Ağ ev: Tramp Putinlə rəqabətə baxmayaraq, diplomatiyanı vacib görür

USAID-in Balkan regionundakı “fəaliyyəti”

3D çaplı qapaq ürək xəstəliklərinin müalicəsində inqilab yarada bilər - TƏDQİQAT