Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Özbəkistanda Azərbaycan Milli Musiqisi Günü qeyd edilib VİDEO

Bakı, 18 sentyabr, AZƏRTAC

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalı çərçivəsində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan Milli Musiqi Günü ilə bağlı tədbir keçirilib.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, tədbirdə elm, mədəniyyət xadimləri, ali məktəblərin professor - müəllim heyəti, tələbələr, yerli azərbaycanlılar və media nümayəndələri iştirak ediblər.

Azərbaycan Mədəniyyət Mərkəzində təşkil edilən tədbirdə əvvəlcə iştirakçılar foyedə Azərbaycan musiqisinə həsr edilmiş “Milli musiqimiz” adlı fotosərgi, kitab stendi və Azərbaycan musiqi alətlərindən ibarət kompozisiya ilə tanış olublar.

Tədbirdə Azərbaycan Mədəniyyət Mərkəzinin direktorunun müavini Nadir Əlimirzəyev bildirib ki, 18 sentyabr Azərbaycan professional musiqi sənətinin banisi, Şərqdə ilk operanın müəllifi Üzeyir Hacıbəylinin doğum günüdür. O, qeyd edib ki, milli musiqi mədəniyyətimiz öz inkişaf zirvəsinə görə məhz Üzeyir Hacıbəyliyə borcludur. Üzeyir Hacıbəyli 1908-ci ildə tamaşaya qoyulan ilk operanın müəllifi kimi musiqi tarixinə düşüb. Sonra yeddi il ərzində dahi bəstəkar daha beş opera, üç operetta yaradıb.

N.Əlimirzəyev diqqətə çatdırıb ki, Ümummilli Liderin 1995-ci ildə - Üzeyir Hacıbəylinin anadan olmasının 110 illik yubileyi ərəfəsində imzaladığı Fərmanla hər il sentyabrın 18-i Azərbaycanda Milli Musiqi Günü kimi qeyd olunur. Onun sözlərinə görə, bu gün dahi Üzeyir bəyin ruhu şaddır, çünki Azərbaycan musiqisi doğma Qarabağda, Şuşada səslənir.

“Azərbaycan Prezidenti İlham Əliyevin bu il avqustun 22–23-də Özbəkistana dövlət səfəri, imzalanan mühüm sənədlər münasibətlərimizin inkişafına təkan verib. O günlərdə tanınan özbək müğənnisi Fərrux Zakirov və Azərbaycanın Xalq artisti, Polad Bülbüloğlu isə Özbəkistanın Xalq artisti adına layiq görülüblər”, - deyə o vurğulayıb.

Daha sonra çıxış edən Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov iki ölkə arasında mövcud əlaqələrdən söz açaraq son zamanlarda bu əlaqələrin daha da möhkəmləndiyini və xüsusilə mədəniyyət sahəsindəki əlaqələrin inkişafında Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin böyük rolunun olduğunu bildirib.

Tədbirin bədii hissəsində Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən “Azərbaycan” rəqs ansamblı milli rəqslərimizlə çıxış edib.

Sonda dahi bəstəkar Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında 1945-ci ildə lentə alınmış “Arşın mal alan” filminin, Heydər Əliyev Fondunun layihəsi ilə rəngləndirilmiş və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən özbək dilində subtitr əlavə olunmuş versiyası tamaşaçılara təqdim olunub.

 

Özbəkistanda Azərbaycan Milli Musiqisi Günü qeyd edilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Özbəkistanda keçiriləcək beynəlxalq konfransda təmsil olunacaq

Çində azərbaycanşünaslıq konfransı elmi əlaqələrin dərinləşmsi üçün bir platforma rolunu oynayıb

Azərbaycan badmintonçusu Türkiyədə qızıl medal qazanıb

İğdırda Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 illiyi qeyd olunacaq

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

İtaliyada hoteldə yanğın: 273 nəfər təxliyə edilib, 45-i tüstüdən zəhərlənib

Bakının bəzi küçələrdə avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək

Bakı Təşəbbüs Qrupu Niderland tərəfindən Azərbaycan əleyhinə qəbul edilən qətnamələrə münasibət bildirib

İcma: Ermənistan hökumətindən azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə qayıdışına şərait yaratmağı tələb edirik

“Şuşa şəhərinin islam memarlıq irsi” adlı simpozium başa çatıb

Sabah Bakıda və Abşeron yarımadasında gün ərzində fasilələrlə yağış yağacağı gözlənilir

Bu gün akademik Vasim Məmmədəliyevin anım günüdür

FHN: Hacıqabulda subasmaya məruz qalmış bir sıra ünvanlarda suyun kənarlaşdırılması təmin olunub VİDEO

ICESCO-nun nümayəndəsi: Qarabağda törədilən vandalizmlə bağlı müvafiq sənədlər qəbul edilib

Vətən müharibəsinin xronikası: 13 oktyabr

Azərbaycanın həyata keçirdiyi hərbi əməliyyatların hər biri beynəlxalq hüquqa və ədalətə əsaslanır- ŞƏRH

Ukraynalı ekspert: Rusiya ordusunun hücum riski hələ də qalır

Rusiya raket və kamikadze dronlarla Ukraynaya hücum edib

Bakıdan Laçına ilk müntəzəm avtobus reysi yola düşüb

Malayziya Kuala Lumpurun qədim hissəsini qorumaq üçün Bakının təcrübəsini öyrənir

Azərbaycan karateçisi dünya çempionatı bürünc medal qazanıb

Bu gün Azərbaycan dəmir yolu işçilərinin peşə bayramı günüdür

Burkina-Faso transmilli korporasiyaların lisenziyalarını ləğv edir

Çində dənizdə dünyanın ən böyük külək turbini quraşdırılıb

İnsanlar niyə hər zaman səhv olmadıqlarını düşünürlər? – YENİ ARAŞDIRMA

Litvada parlament seçkiləri keçiriləcək

Braziliyada qasırğa 7 nəfərin həyatına son qoyub

Tədqiqatlar digər xərçəng xəstələrinin sağalmaq şanslarını artıra bilərmi? - ARAŞDIRMA

Tənhalıq demensiya riskini artırır - ARAŞDIRMA

Xristofor Kolumbun məzarı ilə bağlı məsələyə aydınlıq gətirilib

Professor: Revmatik xəstəliklərin müalicəsini gecikdirmək ömrü qısaldır

“QGallery”də “Yaşıl Dünya Naminə Həmrəylik” adlı sərgi açılacaq

Hamburqda orta məktəbin ərazisində İkinci Dünya müharibəsinə aid partlamamış bomba tapılıb

Millətlər Liqası: Portuqaliya və Xorvatiya qalib gəlib

Fransada təhsil alan azərbaycanlı tələbələrin Forumu keçirilib VİDEO

Şotlandiyanın sabiq birinci naziri vəfat edib

Bakıda “Qərbi Azərbaycanın şirin inciləri" kitabının təqdimatı olub

Almaniya miqrasiya siyasətini sərtləşdirir

Gürcü politoloq: Qərb ölkələri Cənubi Qafqazda inkişaf etmiş dövlətlərin olmasını istəmir

Hacıqabulda selin fəsadlarının aradan qaldırılması üçün çox sayda texnika cəlb olunub

Azərbaycanın iki boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

"Böyük Dəbilqə": Azərbaycan cüdoçusu qızıl medal qazanıb

Azərbaycanın U-21 millisi Şimali İrlandiyaya uduzub

Azərbaycan Kuboku: “Şahdağ Qusar” və "Şəfa" növbəti mərhələyə yüksəlib

Yarat Müasir İncəsənət Məkanında “Muzey Gecəsi” keçirilib

“Yaşıl iqtisadiyyatda süni intellekt” mövzusunda hakaton keçirilir

Naxçıvanda məktəbəqədər təhsil müəssisələrində diaqnostik qiymətləndirilmə aparılacaq

Novak Cokoviç karyerasının 100-cü titulu uğrunda mübarizə aparacaq

Ağsuda yeniyetməni ilan sancıb

"Şuşa şəhərinin İslam memarlıq irsi" adlı simpoziumun ikinci gününə yekun vurulub -  YENİLƏNİB VİDEO

“Hərbi əməliyyatların idarə olunmasında beynəlxalq qaydalar üzrə yüksək səviyyəli seminar” başa çatıb

Azərbaycanda köçəri quşların populyasiyasında sabitlik müşahidə olunur

Keçmiş məcburi köçkünlər gələn ildən Turşsuya qayıdacaqlar

Qərbin xüsusi xidmət orqanları Gürcüstanda iğtişaşlar vasitəsilə Qafqazda gərginlik yaratmaq istəyirlər - ŞƏRH

Dmitri Savelyev: Rusiya-Azərbaycan əməkdaşlığının bütün səviyyələrdə inkişafına böyük diqqət göstərilir

ABŞ dərinlik nasoslarının sayını artırıb

Musa Qasımlı: Azərbaycan Ermənistanı məğlub etməklə onu müdafiə edən dövlətlər üzərində də qələbə qazandı

Dünya çempionatında medal qazanmış Azərbaycan atıcıları təltif ediliblər

Ermənistanın şərti sərhəddə davranışları cəmiyyətimiz tərəfindən birmənalı şəkildə təxribat kimi dəyərləndirilir – ŞƏRH

Portuqaliya humanitar vizalar tətbiq edir

“Yüksəliş” qalibləri Qarabağ Universitetinin tələbələrinə təlim keçib

Malayziyada Azərbaycanın diaspor siyasəti və uğurları haqqında məlumat verilib

“Mingəçevir Reqatası-2024” beynəlxalq turniri ilk dəfə Füzulidə keçiriləcək

“Qalatasaray”ın iki futbolçusu Türkiyə millisinin heyətindən çıxarılıb

Qubada minik avtomobilləri toqquşub, ölən var VİDEO

Daşaltı kəndindəki məscidin tikintisi başa çatmaq üzrədir

Milli futbol liqaları FIFA-nı məhkəməyə verəcək

İrakli Kobaxidze: Gürcüstanda seçkilər azad, şəffaf, demokratik və rəqabətli olacaq

Mingəçevirdə oğul atasını döyərək öldürüb

Aydın Kərimov: Şuşada bu günə kimi 20-ə yaxın tarixi abidə tam bərpa olunub

Azərbaycanın batut gimnastları beynəlxalq yarışda finala yüksəliblər

“Böyük Dəbilqə”: Azərbaycanın bir cüdoçusu qızıl, digəri bürünc medal qazana bilər

İtaliya nəşri Pre-COP29 konfransından yazıb

Yardımlıda narkokuryer qohumlar saxlanılıblar

XİN: Ermənistanın baş nazirinin iddiaları reallıqların təhrif olunması cəhdidir

“Euronews”: Bakıda keçiriləcək COP29 iqlim sammitinin gündəliyi zəngindir

Şəhid övladları Şəkidəki “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzində olublar VİDEO

Meteoroloqlar: Türkiyədə yay mövsümündə yağıntıların miqdarı 9 faiz azalıb

Hindistanda toy mövsümü ölkə iqtisadiyyatına 70 milyard dollar qazandıracaq

Gürcü politoloq: Qərb Gürcüstan hökumətini özünə tabe etdirmək istəyir

Ölkədaxili sərnişin qatarlarında sürət həddi endirilib

Rusiyada xərçəng əleyhinə vaksin melanoma xəstələri üzərində sınaqdan keçiriləcək

“Leyli və Məcnun” Gənc Tamaşaçılar Teatrının səhnəsində

Milli Məclis Niderland parlamentinin Nümayəndələr Palatasının qətnamələrinə münasibət bildirib

İtaliyanın milli dəmir yolu holdinqinin işçiləri tətil edirlər

Alimlər: Sink ehtiyatlarının çoxu Yerə ibtidai asteroidlərlə birlikdə düşüb

Çikaqoda yük qatarı qarət edilib

Ekspert: Yeni sərəncam istehsal müəssisələrinin suya qənaət etməsinə səbəb olacaq

Ahıl vətəndaşları aldadaraq pullarını ələ keçirən şəxs saxlanılıb VİDEO

“TikTok” yüzlərlə iş yerini ixtisar edir və onları süni intellektlə əvəzləyir

Niderland Parlamentində qəbul edilmiş sənədlər açıq-aşkar qərəzlidir və azərbaycanlılara qarşı ayrı-seçkiliyin nümayişidir - AÇIQLAMA

Azərbaycanda quşların qış sayğısının nəticəsinə əsasən 704 min fərd qеydə аlınıb

Qazax xanlığı haqqında XVII əsrə aid nadir əlyazma tapılıb

Tovuzda yeni təlim-məşq bazası tikiləcək, stadionun ot örtüyü dəyişdiriləcək

Məsut Özil "Zirə" komandasının qonağı olub

Türkiyə tezliklə 40 ədəd “Eurofighter” qırıcıları alacaq

“Spiegel”: Kiyevdə ilk dəfə Rusiyaya güzəştlərlə bağlı ssenari müzakirə edilib

Milli Strategiyanın icrası ilə su ehtiyatlarından daha səmərəli istifadə olunacaq - RƏYLƏR

Yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var

Şahin Diniyev: Estoniya ilə matçda futbolçularımızda keyfiyyət çatışmadı