Pakistan və Hindistan Şanxay Əməkdaşlıq Təşkilatının birgə təlimlərində iştirak edəcək
Bişkek, 30 aprel, АZƏRTAC
Pakistan və Hindistan Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) birgə təlimlərində iştirak edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə ŞƏT-ə üzv ölkələrin müdafiə nazirlərinin Bişkekdə keçirilən toplantısında məlumat verilib.
Qırğızıstan Silahlı Qüvvələri Baş Qərargahının rəisi Rayımberdi Duşenbiev bildirib ki, ŞƏT regionda və dünyada təhlükəsizliyin qorunması üçün mühüm iş görür.
İclasda 2019-cu ildə Qırğızıstanın ŞƏT-ə sədrliyi dövründə görülən və nəzərdə tutulan işlər ətraflı müzakirə edilib. Həmçinin ŞƏT-ə üzv ölkələrin Müdafiə nazirliklərinin 2020-2021-ci illər üçün əməkdaşlıq planı, iclasın protokolu imzalanıb. Təşkilata üzv ölkələrin dövlət başçılarının zirvə görüşünün bu ilin iyununda Bişkekdə keçirilməsi qərara alınıb.
Xatırladaq ki, Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatında dialoq üzrə tərəfdaş statusunda çıxış edir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [19:10]
Çin süni intellektə 255 milyard avro sərmayə yatırmağı planlaşdırır
- 09.06.2026 [18:42]
Yaponiyada icazəsiz tikilən məscidin sökülməsinə dair qərar verilib
- 09.06.2026 [17:56]
Almaniyada siyasi motivli cinayətlərin sayı ən yüksək səviyyəyə çatıb
- 09.06.2026 [17:26]
ABŞ Federal məhkəməsi H-1B vizaları üçün yüz min dollarlıq rüsumu ləğv edib
- 09.06.2026 [17:22]
Apple “Siri”nin süni intellekt əsaslı yeni versiyasını təqdim edib
- 09.06.2026 [16:33]
Nigeriyada vəbadan ölənlərin sayı 74-ə çatıb
- 09.06.2026 [16:21]