Pakistanın Baş Naziri ABŞ-a səfəri zamanı Donald Trampla görüşəcək
Bakı, 4 iyul, AZƏRTAC
Pakistanın Baş Naziri İmran Xan iyulun 22-də ABŞ-a səfəri zamanı Prezident Donald Trampla görüşəcək.
AZƏRTAC France-Presse agentliyinə istinadla xəbər verir ki, bu barədə Pakistanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bir qədər əvvəl İslam Respublikasının Xarici İşlər naziri Şah Mahmud Kureşi Pakistan Prezidentinin amerikalı həmkarı ilə görüşü zamanı “mühüm regional məsələlərin” müzakirə ediləcəyini bildirib.
ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya işləri üzrə köməkçisi vəzifələrini icra edən Elis Uells Vaşinqton və İslamabadın Əfqanıstan məsələsi üzrə əməkdaşlıq etdiyini deyib. Hazırda Pakistan hakimiyyəti “Taliban” hərəkatını Əfqanıstanda sülhün bərqərar olması barədə danışıqlar aparmaq üçün razı salmağa çalışır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [13:12]
Belçika plastik qablaşdırma tullantılarının təkrar emalında artım əldə edib
- 09.06.2026 [13:05]
Nəsli kəsildiyi düşünülən albatroslar Yaponiyada yenidən çoxalır
- 09.06.2026 [12:52]
Fransa AASM bombalarının istehsalını 6 dəfə artırır
- 09.06.2026 [12:42]
Çin XİN: Yaxın Şərqdə problemlərin həlli hərbi yolla mümkün deyil
- 09.06.2026 [12:41]
Polşa və Almaniya gəncləri qatarlarda ödənişsiz səyahət edə biləcəklər
- 09.06.2026 [12:35]
Qətərə aid sayca 5-ci LNG tankeri Hörmüz boğazından keçib
- 09.06.2026 [12:33]
Futbol üzrə DÇ ABŞ şəhərləri üçün vəd olunan iqtisadi buma çevriləcəkmi?
- 09.06.2026 [12:31]