SİYASƏT
Pakistanın Baş naziri Azərbaycan Prezidentini təbrik edib və dünya birliyini COP29-un məqsədlərini yerinə yetirməyə çağırıb
Bakı, 13 noyabr, AZƏRTAC
COP29-un plenar iclasında çıxış edən Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Bakıda iqlim sammitinin uğurla keçirilməsi münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib, onu “əziz qardaş” adlandırıb.
AZƏRTAC xəbər verir ki, hökumət başçısı çıxışında dünyanı yaxınlaşan iqlim dəyişikliyi təhlükəsinə diqqəti artırmağa və risklərin tam miqyasını dərk etməyə çağırıb. O deyib: “Biz bu COP-da üzərimizə götürdüyümüz maliyyə öhdəliklərini yerinə yetirməliyik”. Pakistan hökumətinin başçısı əlavə edib ki, COP29 mütləq tarixə düşəcək.