Pakistanın “The Diplomatic Insight” jurnalında Bakı Beynəlxalq Humanitar Forumu haqqında reportaj dərc olunmuşdur
Bakı, 14 yanvar (AZƏRTAC). Azərbaycanın Pakistandakı səfirliyindən verilən məlumata əsasən, bu ölkənin böyük nüfuza malik ilk ingilis-ərəb-fars dilli “The Diplomatic Insight” jurnalının dekabr nömrəsində Üçüncü Bakı Beynəlxalq Humanitar Forumuna və Azərbaycanda həyata keçirilən iqtisadi islahatlara, regionların inkişafına həsr edilmiş xüsusi reportaj dərc olunmuşdur.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Azərbaycanın Pakistandakı səfirliyi ilə “The Diplomatic Insight” jurnalının birgə əməkdaşlığı nəticəsində “Azərbaycan və Pakistan - 20 illik dostluq və əməkdaşlıq” kitabı da çapdan çıxmışdır. Həmin kitabın onlayn versiyası ilə aşağıdakı linkdə tanış olmaq mümkündür http://thediplomaticinsight.com/magazine/book1/#/16