Pakistanın “The International News” qəzeti “Heydər Əliyev Su Təchizatı layihəsi”nin açılış mərasimindən bəhs etmişdir

Bakı, 6 may (AZƏRTAC). Pakistanın “The International News” qəzetində “Heydər Əliyev Su Təchizatı layihəsi”nin açılış mərasimindən bəhs edən məqalə dərc olunmuşdur.
Məqalədə layihənin Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirildiyi vurğulanır.
Yazıda Pakistan-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Fəysəl Kərim Kundinin Pakistan əhalisinə göstərilən qayğıya görə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya ərazi sakinlərinin adından dərin minnətdarlıq ifadə etdiyi bildirilir. F.K.Kundi, həmçinin Pakistan ilə Azərbaycan arasındakı dostluq və qardaşlıq münasibətlərindən bəhs etmiş, 2013-cü ildə Azərbaycana səfəri zamanı ölkəmiz haqqında əldə etdiyi təəssüratlarını bölüşmüşdür.
Məqalədə, həmçinin Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarovun, AIMS İnkişaf Qrupunun prezidenti Əhməd Xan Kundinin və bölgə sakinlərindən Mahammad Ecazın “Heydər Əliyev Su Təchizatı layihəsi”nin açılış mərasimindəki çıxışlarından fikirlərə yer verilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.07.2025 [15:30]
Natiq Məmmədli: Ulu Öndər jurnalist peşəsinə daim yüksək qiymət verib
- 08.07.2025 [12:57]