MƏDƏNİYYƏT
“Palıd ömrü” sənədli filminin istehsalı başa çatmışdır
Bakı, 29 yanvar (AZƏRTAC). “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) ekranlaşdırdığı “Palıd ömrü” sənədli filminin istehsalı başa çatmışdır.
AzTV-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, bu ekran əsəri klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı-dramaturq, böyük maarifpərvər Nəcəf bəy Vəzirovun ömür yolundan və yaradıcılığından bəhs edir.
Filmdə ədibin əsərlərindən parçalar səsləndirilmiş, eləcə də ictimai fəaliyyəti işıqlandırılmışdır. Tamaşaçılar filmdə ilk dəfə olaraq Nəcəf bəy Vəzirovun meşəçiliyə həsr olunmuş “Palıd” elmi əsəri haqqında da məlumat əldə edəcəklər.
Ədibin obrazını aktyor Cəlal Məmmədov canlandırmışdır.
Ekran əsərinin ssenari müəllifi Yaqub Əlioğlu, rejissoru Tural İzzətli, operatoru Adil Abbasovdur.