Parisdə iğtişaşlardan sonra 102 nəfər həbs olunub
Bakı, 2 may, AZƏRTAC
Parisdə “1 may” nümayişinin ardından başlayan iğtişaşlar nəticəsində 276 nəfər saxlanılıb. Onlardan 102-si həbs olunub.
AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə şəhər polisi məlumat yayıb.
Parisdə keçirilən nümayiş zamanı Austerlits körpüsü rayonunda həmkarlar ittifaqının üzvlərinə 1,2 min nəfərdən ibarət qrup yaxınlaşıb. Qara paltar geyinmiş qrup üzvləri hökumət əleyhinə plakatlar, sovet bayraqları qaldırıb və antifaşist şüarlar səsləndiriblər. Onlar mağaza vitrinlərini sındırmağa və küçədəki avtomobilləri yandırmağa başlayıblar. Polis zorakılıq aktına gözyaşardıcı qazla cavab verib. Bundan sonra radikal qrupla polis arasında toqquşmalar olub. Qarşıdurma zamanı 4 nəfər yaralanıb, onlardan biri polis əməkdaşıdır.
İnsident nəticəsində 31 mağazanın vitrini qırılıb, iki mağaza və 6 avtomobil yandırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [16:33]
Nigeriyada vəbadan ölənlərin sayı 74-ə çatıb
- 09.06.2026 [16:21]
Macyar və Orbanın gəlir bəyannamələri: yeni Baş nazir daha varlıdır
- 09.06.2026 [15:45]
Rusiyaya qarşı 21-ci sanksiyalar paketi: banklar və tankerlər hədəfdədir
- 09.06.2026 [15:44]
Yaponiyada H3 raketinin növbəti buraxılışı təxirə salınıb
- 09.06.2026 [15:30]
Filippindəki zəlzələ 145 mindən çox insana təsir göstərib
- 09.06.2026 [15:20]