Parisdə törədilmiş terror aktlarında əli olmaqda şübhəli bilinən iki şəxs Belçikada saxlanılıb

Brüssel, 21 yanvar, AZƏRTAC
Belçika Prokurorluğunun bu gün verdiyi məlumata görə, Brüsselin Molenbek məhəlləsində Belçika polisi tərəfindən aparılmış xüsusi əməliyyat zamanı keçən il noyabr ayının 13-də Parisdə törədilmiş terror aktlarının təhqiqatı ilə əlaqədar iki nəfər saxlanılıb. Hazırda həmin şəxslər dindirilir. Belçika Federal Prokurorluğunun məlumatında deyilir: “Hər iki şəxs onların bu iş üzrə şübhəli bilinən bir sıra insanlarla əlaqələri olub-olmamasını aydınlaşdırmaq üçün saxlanılıb”.
Şübhəlilərdən biri 1986-cı il təvəllüdlü Belçika vətəndaşı, digəri 1981-ci il təvəllüdlü Mərakeş vətəndaşıdır. Belçika hakimiyyət orqanları bildirib ki, bu şəxslər barəsində kifayət qədər sübut olmasa, onlar gün ərzində buraxıla bilər.
Yanvarın 20-də və 21-də Molenbekdə keçirilən xüsusi əməliyyat zamanı silah və partladıcı maddə aşkar edilməyib.
Bundan əvvəl, yanvarın 18-də Rabatda bir nəfər Mərakeş əsilli Belçika vətəndaşı saxlanılıb. Mərakeş Daxili İşlər Nazirliyinin məlumatına görə həmin şəxsin noyabrın 13-də Parisdə törədilmiş terror aktlarına “birbaşa aidiyyəti olub”.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Brüssel
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.07.2025 [23:05]
Avropa İttifaqı Gürcüstan ilə bağlı qərar qəbul edə bilməyib
- 15.07.2025 [22:08]
Trans-Xəzər marşrutu üzrə tranzit həcmi 5 il ərzində 6 dəfə artıb
- 15.07.2025 [18:45]
Belqrad yaxınlığında yanğın baş verib
- 15.07.2025 [18:35]
Bosniya və Herseqovinada meşə yanğınları davam edir
- 15.07.2025 [18:28]
Gürcüstanın xarici ticarət dövriyyəsi 12,7 faiz artıb
- 15.07.2025 [18:27]