Azərbaycan Dövlət İnformasiya Agentliyi

Parisdə UNESCO-nun sabiq baş direktoru Koişiro Matsuuranın 80 illiyi münasibətilə konfrans keçirilib
Azərbaycanın Birinci vitse-prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva konfransda iştirak edib YENİLƏNİB

Paris, 18 may, AZƏRTAC

Mayın 18-də Parisdə UNESCO-nun baş qərargahında 1999-2009-cu illərdə təşkilatın baş direktoru olmuş Koişiro Matsuuranın anadan olmasının 80 illiyi münasibətilə konfrans keçirilib.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva iştirak edib.

Azərbaycanın Birinci vitse-prezidenti UNESCO-nun baş qərargahında təşkilatın keçmiş rəhbərləri, fəxri və xoşməramlı səfirləri ilə görüşdü.

Azərbaycan-UNESCO münasibətlərinin inkişafında Birinci vitse-prezident Mehriban Əliyevanın mühüm xidmətləri var. Azərbaycanın zəngin mədəniyyətinin qorunması, öyrənilməsi və tədqiqində xidmətlərinə görə 2004-cü ilin sentyabrında UNESCO-nun xoşməramlı səfiri adına layiq görülən Mehriban Əliyeva dünya mədəniyyətinə qayğı və diqqətinə, həmçinin Azərbaycanın mədəni irsinin yaşadılması sahəsindəki töhfələrinə görə 2008-ci ildə keçmiş baş direktor Koişiro Matsuura tərəfindən gümüş xatirə medalı, 2010-cu ildə sabiq baş direktor İrina Bokova tərəfindən Qızıl Motsart medalı ilə təltif edilib. Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu ilə də UNESCO-nun çox səmərəli əməkdaşlığı mövcuddur. Məhz Mehriban Əliyevanın səyləri nəticəsində Azərbaycanın maddi və qeyri-maddi mədəni irs nümunələri UNESCO-nun müvafiq siyahılarında yer almaqdadır.

UNESCO-nun Keçmiş Üzvləri Assosiasiyasının sədri Corc Kutukcen Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı və tədbirin digər iştirakçılarını salamladı. O, həmçinin 1974-1987-ci illərdə UNESCO-nun baş direktoru olmuş Amadu Mahtar Mbou və 1987-1999-cu illərdə həmin vəzifədə çalışmış Federiko Mayorun təbrik məktublarını oxudu.

UNESCO-nun baş direktoru Odre Azule Koişiro Matsuuranın qurumun inkişafındakı xidmətlərinə toxundu, onun idarəçilik təcrübəsinin bu gün də davam etdirildiyini söylədi.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva konfransda çıxış etdi.

Birinci vitse-prezident Mehriban Əliyevanın
çıxışı

-Xanım Baş Konfransın sədri.

Hörmətli cənab Matsuura.

Hörmətli İrina Bokova.

Zati-aliləri, hörmətli həmkarlar, xanımlar və cənablar.

Əvvəla, dəvətə görə təşəkkürümü bildirmək istəyirəm və burada, UNESCO-da həmkarlarımın və dostlarımın arasında olmağa çox şadam.

İcazə verin, sizi, əziz cənab Matsuura, 80 illik yubileyiniz münasibətilə təbrik edim və sizə möhkəm cansağlığı və uğurlar arzu edim.

UNESCO-nun baş direktoru vəzifəsində gördüyünüz işləri çox yüksək qiymətləndiririk. Sizin fəaliyyətiniz zamanı aparılan islahatlar UNESCO-nun dünya üzrə nüfuzunun gücləndirilməsinə imkan verdi. Biz bir çox uğurlu humanitar layihələrdən söz açdıqda sizin adınız həmişə qeyd olunur, məsələn, “Hamı üçün təhsil” beynəlxalq layihəsi və bir çox digərləri.

Sizin rəhbərliyiniz altında UNESCO və ölkəmiz arasında münasibətlər daha da möhkəmlənib. Dərin minnətdarlıq hissi ilə biz sizin Bakıya səfərlərinizi, birgə forum və konfranslarımızda şəxsən iştirakınızı xatırlayırıq. Mən sizin ilk beynəlxalq “Muğam aləmi” festivalında iştirakınızı xatırlayıram. Sizin iştirakınızla biz Azərbaycan Dövlət Xalça Muzeyinin və Beynəlxalq Muğam Mərkəzinin təməlini qoymuşuq. Sizinlə bir yerdə Müasir İncəsənət Muzeyinin açılışını etmişik. Bu gün bu mədəniyyət mərkəzləri paytaxtımızın ən çox ziyarət olunan və maraq doğuran yerlərinə çevrilib.

2007-ci ildə biz Azərbaycanda peşə hazırlığını inkişaf etdirmək üçün layihənin birgə icrası üzrə sənədə imza atdıq. Sonra 2009-cu ildə qeyri-maddi mədəni irsin qorunmasında strateji məqsədləri təmin etmək üçün Əməkdaşlıq Sazişini imzaladıq.

Sizin rəhbərliyiniz dövründə bizim tarixi abidələrimiz olan Bakının İçərişəhəri, Şirvanşahlar sarayı, Qız qalası, habelə Qobustan qayaüstü təsvirləri UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmişdir. Musiqimizin inciləri olan muğam və aşıq sənəti Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmişdir.

Sizin səyləriniz nəticəsində 2004-cü ildə mənə UNESCO-nun şifahi ənənələr və musiqi ənənələri sahəsində xoşməramlı səfiri titulunu almaq şərəfi nəsib olub və o vaxtdan bəri mənə göstərilən etimadı doğrultmaq üçün əlimdən gələni əsirgəməmişəm. Əziz cənab Matsuura, biz Azərbaycanla UNESCO arasında ikitərəfli əlaqələrin gücləndirilməsində sizin şəxsi səylərinizi çox yüksək qiymətləndiririk.

Bizim əməkdaşlığımızın tarixi 1992-ci ilə gedib çıxır. O zaman müstəqillik qazandıqdan dərhal sonra Azərbaycan bu mötəbər təşkilata üzv oldu. O vaxtdan bəri Azərbaycan UNESCO-nun əksər konvensiyaları və digər hüquqi sənədlərinə qoşularaq onları ratifikasiya edib. Bu gün biz təşkilatda fəal təmsil olunaraq və öz töhfəmizi verərək UNESCO proqramlarının işində iştirak edirik. 2013-cü ildə Azərbaycan və UNESCO Elm, Təhsil, Mədəniyyət və Kommunikasiya sahəsində Əməkdaşlığa dair Çərçivə Sazişini imzaladı. Beləliklə, Azərbaycan donor ölkələri ailəsinə üzv oldu və bununla da UNESCO proqram və layihələrinə fəal dəstəyini göstərməyə başladı. Biz bununla qürur duyuruq. Digər məsələlər sırasında mən burada Afrika ölkələrində keyfiyyətli təhsilə nail olmaq üçün təvazökar töhfəmizi qeyd etmək istəyirəm.

Əziz dostlar, qədim İpək Yolunun mərkəzində yerləşən Azərbaycanın fikirlərin paylaşıldığı və insanların dostluq mühitində bir araya gəldiyi məkan kimi uzun tarixi var. Sivilizasiya, mədəniyyət və dinlərin qovuşuğunda yerləşən bir ölkə kimi Azərbaycan mədəniyyətlərarası dialoq, digərlərinə qarşı tolerantlıq və hörmət nöqteyi-nəzərindən beynəlxalq ictimaiyyətə bir çox şeylər təklif edə bilər. Bu gün multikulturalizm Azərbaycanın dövlət siyasətidir və biz multikulturalizm dəyərlərinin təşviqində UNESCO da daxil olmaqla beynəlxalq ictimaiyyətlə əməkdaşlıq edirik.

Burada mən Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə irəli sürülən, mədəniyyətlərarası və dinlərarası dialoqun təşviq olunmasında həqiqətən də qlobal platformaya çevrilən “Bakı Prosesi”ni qeyd etmək istəyirəm. Əvvəla, bu, Avropa Şurasına və İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələr arasında əməkdaşlıq platforması kimi irəli sürülmüşdür. 2008-ci ildə Azərbaycan bu iki beynəlxalq təşkilatın üzvü kimi Bakıda İslam Əməkdaşlıq Təşkilatına və Avropa Şurasına üzv olan ölkələrin mədəniyyət nazirlərinin görüşünü keçirdi. Bu proses bu günə kimi davam edir. Bu il biz “Bakı Prosesi”nin 10-cu ildönümünü qeyd edirik. UNESCO ilə sıx tərəfdaşlıq edərək, biz “Bakı Prosesi” çərçivəsində mədəniyyətlərarası dialoq üzrə 4 dünya forumunu müvəffəqiyyətlə keçirdik və bu işi gələcəkdə də davam etdirməyə hazırıq.

İnsan potensialının inkişafı UNESCO-nun və Azərbaycanın böyük əhəmiyyət verdiyi digər sahədir. Keyfiyyətli təhsil və mədəniyyət insan inkişafı üçün əsas elementlərdir və bu əhəmiyyəti nəzərə alaraq Azərbaycan “Ekspo 2025” Ümumdünya Sərgisini Bakıda keçirmək üçün namizədliyini irəli sürərək, “İnsan kapitalının inkişaf etdirilməsi, daha yaxşı gələcəyin qurulması” mövzusunu seçib. Təklifimiz qalib gələrsə biz bütün dünyanı Bakıya gətirməyə, dialoq və əməkdaşlığın mübadiləsi üçün həqiqətən universal platforma yaratmağa ümid edirik.

Azərbaycan dünya mədəni irsinin qorunmasına və proaktiv humanitar siyasətə birbaşa töhfə verərək UNESCO-nun dəyər və ideallarına çox sıx bağlı olduğunu nümayiş etdirib. İcazə verin, burada bir neçə misal çəkim. Qızlar üçün yeni məktəb inşa etməklə Azərbaycan 2005-ci ildə Pakistanın Müzəffərabad şəhərində dəhşətli zəlzələnin fəsadlarının aradan qaldırılması üçün beynəlxalq ictimaiyyətin səylərinə töhfə verib. 2011-ci ilə UNESCO ilə bağlanan müqavilə əsasında biz, həmçinin zəlzələdən əziyyət çəkmiş Haitinin mədəni irsinin bərpasında iştirak etmişik. Azərbaycanın dünya mədəni irsinin təqdimatı və bərpasına yönələn xeyriyyəçilik fəaliyyəti Almaniyada Berlin qəsri, Versalda qədim abidələr, Fransada aşağı Normandiyadakı kilsə və Luvr muzeyi, müqəddəs Marçellinio və Pietro qədim əlyazmaları və katakombaları, Vatikanda San Sebastian katakombaları, İtaliyada Kapitoli muzeyində filosoflar zalı, Bolqarıstanda Trapezitsa muzeyi və digər bu kimi bir çox ölkələri əhatə edib.

Əziz dostlar, mən nailiyyətlərimizdən, cənab Matsuuranın UNESCO-ya uğurlu onillik rəhbərlik fəaliyyətindən çox danışa bilərəm. Bilirəm ki, bu səhər digər həmkarlarımın da sizlərlə paylaşacağı çoxlu fikirləri olacaq. Sonda mən, sadəcə, cənab Matsuuranın müstəsna insani keyfiyyətlərini qeyd etmək istəyirəm. Öz təcrübəmdən deyə bilərəm ki, o, elə bir insandır ki, öz şəxsi səviyyəsi ilə kişi və qadınların düşüncələrinə sülh gətirir və buna görə UNESCO-nun dəyərləri və ideallarının təşviqində onun rolu həddindən artıq qiymətlidir. Mən həqiqətən belə bir dahi şəxsiyyətlə tanış olduğuma görə sevinc və qürur hissi duyuram, mükəmməl əməkdaşlığımızın və dostluğumuzun xoş xatirələrini yada salıram. Cənab Matsuura, sizinlə işləmək mənim üçün həmişə xoş idi və bir öyrənmə təcrübəsi idi. Mən gələcəkdə görüşəcəyimizə ümid edirəm, sizə və ailənizə möhkəm cansağlığı, xoşbəxtlik arzulayıram. Sizi tezliklə Azərbaycanda görəcəyimə ümid edirəm. Sağ olun.

x x x

Sonra 2009-2017-ci illərdə UNESCO-nun baş direktoru olmuş İrina Bokova Koişiro Matsuuranın rəhbərliyi dövründə UNESCO-nun qəbul etdiyi mühüm sənədləri xatırlatdı. İrina Bokova mandatlığı dövründə göstərdiyi dəstəyə görə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya minnətdarlıq etdi.

UNESCO-nun Baş Konfransının sədri Zohur Alaui Koişiro Matsuuranın mədəniyyətlərarası dialoqun və multikulturalizmin inkişafına verdiyi töhfələrdən danışdı və onun prioritet elan etdiyi istiqamətlərin vacibliyini vurğuladı.

2009-2011-ci illərdə İcra Heyətinin sədri olmuş Eleonora Mitrofanova Koişiro Matsuuraya dünyada xalqlararası sülhü təşviq etdiyinə görə “Sülh, dostluq və əməkdaşlıq” medalını təqdim etdi.

Tədbirdə 2004-2008-ci illərdə UNESCO yanında Amerika Birləşmiş Ştatlarının səfiri olmuş Luiz Oliverin məktubu da oxundu.

Daha sonra UNESCO-nun fəxri və xoşməramlı səfirləri Marianna Vardinoyannis, Setsuko Klossovska de Rola və Bahia Hariri Koişiro Matsuuranın UNESCO-ya rəhbərliyi dövründə təşkilatın fəaliyyətinin genişlənməsindəki xidmətlərini vurğuladılar.

Sonda çıxış edən Koişiro Matsuura UNESCO-ya rəhbərliyi dövründə fəaliyyəti ilə bağlı xatirələrini bölüşdü. O, Azərbaycanın Birinci vitse-prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya onun haqqında söylədiyi xoş sözlərə görə təşəkkürünü bildirdi və onun dəstəyi ilə həyata keçirilən çoxsaylı əhəmiyyətli layihələri qeyd etdi. Ulu öndər Heydər Əliyevin dəvəti ilə 2000-ci ildə Bakıda türkdilli dövlətlərin Sammitində iştirakını xatırladan Koişiro Matsuura bildirdi ki, həmin səfəri çərçivəsində Mehriban Əliyeva ilə görüşüb. Həmin görüşdə Azərbaycanın maddi və qeyri-maddi mədəni irs nümunələrinin UNESCO-nun Ümumdünya İrs Siyahısına təqdim edilməsi müzakirə olunub. Koişiro Matsuura vurğuladı ki, bu gün Mehriban Əliyevanın təşəbbüsü ilə UNESCO-nun Mədəni və Qeyri-Maddi Mədəni İrs Siyahısına Azərbaycan mədəniyyətinin bir çox inciləri daxil edilib. O, ölkəmizin Birinci vitse-prezidentinə UNESCO-nun xoşməramlı səfiri kimi mədəni irsin qorunması sahəsinə göstərdiyi diqqətə görə təşəkkür etdi. “Azərbaycanla bağlı zəngin xatirələrim var”, - deyən Koişiro Matsuura bu ilin oktyabrında ölkəmizdə keçiriləcək Bakı Beynəlxalq Humanitar Forumuna dəvətə görə də Azərbaycan hökumətinə təşəkkürünü ifadə etdi.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İstanbulda Azərbaycan-Pakistan strateji tərəfdaşlığından irəli gələn məsələlər müzakirə edilib

Astana yaxınlığında kiçik təyyarə qəzaya uğrayıb: Ekipajın iki üzvü həlak olub

Türkiyə XİN: Rəsmi Ankara İranın nüvə obyektlərinə hücumun mümkün nəticələrindən narahatdır

Şəhid əsgər Nail Mahmudovun xatirəsi anılıb

Abbas Əraqçi: BMT üzvü olaraq İranın öz haqqını qorumaq hüququ var

NDU nəzdində İngilis dili Təmayüllü Gimnaziyaya qəbul imtahanı keçirilib

Dövlət qulluğuna qəbul olmaq istəyənlər test imtahanı verirlər

Doktorantura və dissertantura səviyyəsində xarici dildən qəbul, həmçinin fəlsəfə doktoru imtahanları keçirilib

Şirvanda yük qatarlarının hərəkəti bərpa olunub

Azərbaycanın XİN başçısı əlcəzairli həmkarı ilə İsrail-İran qarşıdurması nəticəsində yaranmış vəziyyəti müzakirə edib

AEBA: İranın nüvə obyektlərinə endirilən zərbələrdən sonra radiasiya səviyyəsində artım yoxdur

Azərbaycan ilə Somali arasında əlaqələr müzakirə olunub

Azərbaycanın XİN başçısı Azərbaycanın Cammu və Kəşmirlə bağlı mövqeyini bir daha açıqlayıb

İsveçdə onilliklər ərzində civə və minlərlə mərmi yığılmış göl təmizlənəcək

"Qarabağ"dan ayrılan futbolçu "Araz-Naxçıvan"a keçib

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Ramanada sursat aşkar edilib VİDEO

Ramanada sursat aşkar edilib VİDEO

“Üfüq” Karyera İnkişaf Proqramının final mərhələsi keçirilib

AEBA Rəhbərlər Şurası İranla bağlı iclas keçirəcək

"Araz-Naxçıvan" heyətini yeni futbolçu ilə gücləndirib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Fərhad Hacıyev: “Üfüq” müsabiqəsi kənd təsərrüfatında ixtisaslaşmış kadrların üzə çıxarılmasına xidmət edir

FHN: Qarabağ suvarma kanalında batan şəxsin meyiti tapılıb

Nazir: “Üfüq” proqramı kənd təsərrüfatında insan resurslarının inkişafına xidmət edir

Almaniyada COP29 Sədrliyi iqlim şəffaflığı sahəsində qlobal təşəbbüsləri müzakirə edib VİDEO

Almaniyada COP29 Sədrliyi iqlim şəffaflığı sahəsində qlobal təşəbbüsləri müzakirə edib VİDEO

Klublararası dünya çempionatında daha iki oyun keçirilib

Rəsmi Tehran AEBA-nın Rəhbərlər Şurasının təcili iclasının keçirilməsini istəyib

® Mərkəzi Gömrük Hospitalında “Etik davranış mədəniyyəti və stress idarəetməsi” mövzusunda maarifləndirici təlim keçirilib

İran BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını tələb edib

İran XİN: Nüvə obyektlərinə hücumun uzunmüddətli nəticələri olacaq

ABŞ İranın üç nüvə obyektini vurub

Ahıllar evinin sakinləri Bakıda keçiriləcək “Gimnastika hamı üçün” beynəlxalq turnirinə hazırlaşırlar

“2024 YR4” asteroidi bəşəriyyət üçün ciddi təhlükə yarada bilər

İsveç istehsal etdiyi günəş enerjisinə vergi tətbiq edən yeganə Aİ ölkəsidir

Respublika üzrə iyun ayının pensiya ödənişi yekunlaşıb

“Bakı Piano Festivalı 2025” çərçivəsində “Shahin Novrasli Quartet”inin konserti keçirilib

İsveçrə Suriyanın Mərkəzi Bankına tətbiq olunan sanksiyaları ləğv edib

Bu gün doktorantura və dissertantura səviyyəsində xarici dil fənni üzrə qəbul və fəlsəfə doktoru imtahanı keçiriləcək

Dinc məqsədli nüvə elektrik stansiyasının inşası üçün Burkina-Faso - Rusiya sazişi imzalanıb

Niger Fransa şirkətinə məxsus uran mədənini milliləşdirir

Türkiyədə meşə yanğını olub, bir məhəllə boşaldılıb

Samuxda ərik festivalı təşkil olunub

UFC-nin prezidenti: Azərbaycana gəldiyim üçün çox xoşbəxtəm

Azərbaycanda ilk dəfə UFC turniri keçirilib

İran Almaniya vətəndaşının ötən il həbs olunmasını ilk dəfə rəsmi şəkildə təsdiqləyib

Rafael Fiziyev: Azərbaycan xalqı xoşbəxt olmağa layiqdir

UFC: Rafael Fiziyev çilili idmançıya qalib gəlib

Klublararası dünya çempionatı: “Borussiya” və “İnter” qələbə qazanıblar

UFC: ABŞ-dan olan idmançı Bakıda qalib olub

UFC: Tofiq Musayev qırğızıstanlı rəqibinə məğlub olub

Nazim Sadıxov: Ölkəmdə məni məğlub etmək çox çətindir

UFC: Nazim Sadıxov rəqibinə nokautla qalib gəlib

UFC: Məhəmməd Nayimov Bakıda rəqibini məğlub edib

Azərbaycanın XİN başçısı İƏT Xarici İşlər Nazirləri Şurasının 51-ci sessiyasının fövqəladə iclasında çıxış edib

Cənubi Koreyadan olan daha bir idmançı UFC-də qələbə əldə edib

UFC: Cənubi Koreyadan olan idmançı qələbəyə sevinib

Rusiyalı UFC döyüşçüsü: Həbib həmişə mənə deyir ki, çəkinmə, həmişə irəli atıl

Rusiyalı idmançı Bakıdakı UFC turnirində qələbə qazanıb

Bakıdakı UFC turnirində üçüncü döyüş baş tutub

Bakıdakı UFC turnirində ikinci döyüş keçirilib

Bir neçə müntəzəm marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

Bakıda UFC döyüş gecəsinə start verilib

Almaniyada hökumətin proqram təminatı və IT üzrə xərcləri xeyli artıb

Azərbaycanla Suriya arasında ikitərəfli münasibətlərin bərpası və inkişafı məsələləri müzakirə edilib

Cəlilabad rayonunda ölümlə nəticələnən yol qəzası baş verib

Azərbaycan millisi ikinci oyunda da Moldova yığmasına qalib gəlib

Naxçıvandan olan məktəbli beynəlxalq olimpiadada “Brilyant mükafat” qazanıb

Mahir Emrelinin yeni klubu müəyyənləşib

Böyük Britaniyada yaşayan azərbaycanlı nüfuzlu cəmiyyətin üzvü olub

Kazinolar ölkəmizə nə vəd edir? VİDEO

Kazinolar ölkəmizə nə vəd edir? VİDEO

DVX rəisi BVF nümayəndəsinə vergi sahəsində görülmüş işlər barədə məlumat verib

Azərbaycanın vaxtilə Ermənistan tərəfindən işğal olunmuş ərazilərində qanunsuz məskunlaşma ilə bağlı yeni faktlar açıqlanıb - MƏHKƏMƏ VİDEO

Azərbaycanın vaxtilə Ermənistan tərəfindən işğal olunmuş ərazilərində qanunsuz məskunlaşma ilə bağlı yeni faktlar açıqlanıb - MƏHKƏMƏ VİDEO

İƏT-in 51-ci sessiyasında Ermənistan-Azərbaycan normallaşma prosesini təhdid edən çağırışlardan danışılıb

XİN rəsmisi: Su üzrə Bakı Dialoqu qısa müddət ərzində qlobal miqyasda mühüm tərəfdaşlıq platformasına çevrilir

Azərbaycanın xarici işlər naziri İstanbulda malayziyalı həmkarı ilə görüşüb

Sammit iştirakçıları Azərbaycanda elm və təhsil sahəsində həyata keçirilən islahatlar barədə məlumatlandırılıb

Startap və innovasiya festivalı “Baku ID 2025” yekunlaşıb

“Azərbaycan və Türkiyə dünya siyasətində” mövzusunda simpoziumun bağlanış mərasimi olub

Dövlət Neft Fondu SFBF-nin dayanıqlılıq seminarında təmsil olunub

Bakıda keçirilən yerli şirkətlərin sərgisi başa çatıb

Azərbaycan mobil xidmətlər üzrə qabaqcıl ölkələr sırasındadır

Prorektor gələcək təhsil liderləri ilə görüşüb

Qlazqo və Edinburq Universitetlərinin Azərbaycan cəmiyyətinin üzvləri Şotlandiya Parlamentini ziyarət ediblər

Avropalılar 2040-cı ilədək kosmosun mənimsənilməsi konsepsiyasını təqdim ediblər

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2025-ci ilin iyul ayında vətəndaşların qəbulu CƏDVƏLİ

Naxçıvan Dövlət Universiteti Acıbadem Universiteti və xəstəxanaları ilə əməkdaşlıq edəcək

Quş qripi xəstəliyinə qarşı monitorinqin nəticələri açıqlanıb

Bakıda vinq çun döyüş sənəti üzrə beynəlxalq seminar keçirilir

Filologiya fakültəsinin məzunları 30 il sonra yenidən BDU-da

Xarici diplomatlar Ağdamda həyata keçirilən tikinti-quruculuq işləri ilə tanış olublar - YENİLƏNİB FOTO VİDEO

Xarici diplomatlar Ağdamda həyata keçirilən tikinti-quruculuq işləri ilə tanış olublar - YENİLƏNİB FOTO VİDEO

Zelenski: Ukraynada dronları ələ keçirən texnologiyaların istehsalı üzərində dörd şirkət çalışır

Azərbaycan İlahiyyat İnstitutunda “Məzun günü” keçirilib

AQTA: Yeni qida normalarının tətbiqi sağlam inkişafa müsbət təsir göstərəcək

Yaponiyada inflyasiyanın səviyyəsi son iki ilin rekord həddinə çatıb

Azərbaycan və Türkiyə əlaqələrinin inkişafı regionun tərəqqisinə mühüm töhfələr verir ŞƏRH

UNEC-də “Abituriyent aylığı”na start verilib

Lüksemburqun Böyük Hersoqu Anridən

Sosial Xidmətlər Agentliyi əfv edilənlərlə sosial-reabilitasiya işlərinə başlayıb

Moldovanın səfiri: Qarabağ Azərbaycan xalqının birlik və firavanlıq rəmzinə çevrilib VİDEO

Moldovanın səfiri: Qarabağ Azərbaycan xalqının birlik və firavanlıq rəmzinə çevrilib VİDEO

Aleksandr Vuçiç: Rəqəmsal ordu yaradırıq