CƏMİYYƏT
Gələcəkdə hərbi xidmətə çağırış həmçinin elektron qaydada həyata keçiriləcək
Bakı, 13 dekabr, AZƏRTAC
Gələcəkdə hərbi xidmətə çağırış həmçinin elektron qaydada həyata keçiriləcək. Elektron qaydada məlumatlandırma (bu mümkün olmadıqda digər vasitələrlə) aparılır. Müddətli həqiqi hərbi xidmətin müddətinin azaldılması məsələsinə yalnız kompleks qiymətləndirmələr aparıldıqdan sonra nəticələrə uyğun aidiyyəti qurumlarla birgə baxıla bilər.
AZƏRTAC xəbər verir ki, bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Həqiqi Hərbi Xidmətə Çağırış Baş İdarəsinin rəisi Azər Babayev bildirib.
İdarə rəisi Konstitusiyada hər kəsin hərbi xidmətə çağırılmasının tələb olunduğunu və burada təhsil səviyyəsinin fərqləndirilmədiyini vurğulayıb.