Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində 2025-ci ilin büdcə zərfi ikinci oxunuşda müzakirə edilib

Bakı, 29 noyabr, AZƏRTAC

Noyabrın 29-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin payız sessiyasında növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitə sədri Azər Əmiraslanov gündəliyə 2025-ci ilin dövlət büdcəsi zərfində yer alan 9 qanun layihəsinin ikinci oxunuşda müzakirəsinin daxil edildiyini bildirib. Gündəlikdəki məsələlərin təqdimatları və müzakirəsi birgə aparılıb.

O, 2025-ci ilin dövlət büdcəsinin və büdcə zərfinə daxil olan layihələrin Prezidentin müəyyənləşdirdiyi strateji vəzifələrə və təşəbbüslərə uyğun olmaqla, dövlətimizin gücünü və qüdrətini, sosial siyasətinin effektivliyini, çoxşaxəliliyini bir daha nümayiş etdirdiyini diqqətə çatdırıb.

Komitə sədri qeyd edib ki, cari ildə müşahidə olunan müsbət makro-iqtisadi meyillər gələn il bizə dövlət büdcəsini səmərəli şəkildə icra etməyə imkan verəcək.

İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov növbəti büdcə ilinə Azərbaycanın müsbət makroiqtisadi göstəricilər şəraitində daxil olduğunu deyib. Vurğulanıb ki, iqtisadiyyatın artım və inkişaf meyilləri, ÜDM-nin artım templəri, investisiya şəraiti və digər göstəricilər milli inkişaf prioritetlərindən irəli gələn sosial-iqtisadi hədəflərin reallaşdırılması üçün maliyyə təminatı yaradır.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev əhalinin sosial təminatının daha da gücləndirilməsinin Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin prioritet istiqamətlərindən biri olduğunu diqqətə çatdıraraq, dövlət büdcəsinin sosialyönümlü xərclərinin ildən-ilə dinamik olaraq artdığını vurğulayıb.

Qeyd edilib ki, son 5 ildə sosial sahədə aparılmış dərin islahatlar nəticəsində böyük uğurlar əldə edilib. Ölkə başçısının təşəbbüsü və rəhbərliyi ilə 4 böyük sosial islahatlar zərfi icra edilib. Bu sosial islahatlar zərfinin illik xərci 7 milyard manat təşkil edir və 4 milyon vətəndaşımız bu islahatlar zərfindən bəhrələnir.

Büdcənin əsas xərc istiqamətlərindən biri əhalinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı olacaq. Gələn ilin büdcəsində sosialyönümlü xərclərin 8,8 faiz artırılaraq 16,9 milyard manata çatması və dövlət büdcəsi xərclərinin 41 faizini təşkil etməsi sosial siyasətin prioritetliyini ifadə edir.

Bundan başqa, əhalinin rifahının yaxşılaşdırılması, yoxsulluğun azaldılması, aztəminatlı ailələrin sosial təminatının gücləndirilməsi məqsədilə dövlət büdcəsində kifayət qədər vəsaitlər nəzərdə tutulub. Belə ki, müavinət, təqaüd, kompensasiya ödənişlərinə 1,9 milyard manat, ünvanlı sosial yardım proqramının həyata keçirilməsi üçün 457 milyon manat, haqqı ödənilən ictimai işlər proqramının icrası üçün 200 milyon manat vəsait ayrılıb. Növbəti ildə də əməkhaqqının və minimum pensiyanın artırılması, sosial müavinətlər və təqaüdlər istiqamətində addımların atılması, pensiyaların indeksləşdirilməsi kifayət qədər vəsait nəzərdə tutulub.

Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva büdcə zərfi çərçivəsində Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərdə investisiya mühitinin və sahibkarlıq fəaliyyətinin təşviq edilməsi, sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması, vergi inzibatçılığının təkmilləşdirilməsi, dövlət-özəl tərəfdaşlığı çərçivəsində iri investisiyaların cəlb edilməsi, sənayeləşmə və nəqliyyat-logistikanın inkişaf etdirilməsi kimi istiqamətlər barədə məlumat verib.

İclasda Maliyyə Nazirliyinin Büdcə şöbəsinin müdiri Fazil Fərəcov büdcə layihəsinin əsas parametrlərini diqqətə çatdırıb, Hesablama Palatası sədrinin müavini Nəsir Sadıqov palatanın 2025-ci ilin dövlət büdcəsinin layihəsinə dair rəyini təqdim edib.

Müzakirələrin sonunda gündəliyin 9 məsələsi – “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında”, “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında”, “İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2025-ci il üçün ehtiyac meyarının həddi haqqında”, Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 406-VIQD nömrəli Qanununda dəyişiklik edilməsi barədə, “Nağdsız hesablaşmalar haqqında” Qanunda dəyişiklik edilməsi barədə, “Gömrük tarifi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihələri ikinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan-Türkiyə yüksəksəviyyəli əməkdaşlıq əlaqələri parlamentlər müstəvisində də inkişaf etdirilib

BMU-da tədris prosesinin daha effektiv təşkili məsələləri müzakirə edilib

Azərbaycanla Yəmən arasında mədəniyyət sahəsində əlaqələrin qurulması məsələsi müzakirə olunub

Mariya Zaxarova: İrəvanın Roma Statutunda iştirakı Rusiya-Ermənistan münasibətlərinə birbaşa ziyan vurur

İKTA sədri: Yeni elektron kommunikasiya qanunu mobil virtual operatorların fəaliyyətə başlamasına imkan verəcək

Deputat: Dünya dövlətləri və beynəlxalq təşkilatlar Ermənistanın yürütdüyü siyasətin mahiyyətini aydın görməlidir

Ötən il Almaniyada ifrat sağçılıq fəaliyyətlərinə görə 62 hərbçi xaric edilib

Kənd təsərrüfatı nazirinin müavini Qubada vətəndaşların müraciətlərini dinləyəcək

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 8 məsələ müzakirə edilib

BDU tələbəsi XIV Mərkəzi Asiya Koreyaşünaslıq Olimpiadasında III yerə layiq görülüb

Kənd təsərrüfatı məhsullarının ixracından əldə olunan külli miqdarda pul vəsaitlərini ölkəyə qaytarmayan daha bir neçə nəfər həbs edilib

Naxçıvanda FHN tərəfindən komanda-qərargah təlimi keçirilib

Yağış yağacaq, bəzi ərazilərdə leysan olacaq - XƏBƏRDARLIQ

Böyük Britaniya XİN: Ukrayna NATO-nun hərbi yardımlarından 99 faiz asılıdır

Türkiyə “3+3” platforması çərçivəsində qarşılıqlı fəaliyyətin genişləndirilməsi məsələsini koordinasiya edir

Mayk Tayson ilə tanınmış yutuber arasında revanş döyüşü keçirilə bilər

21-ci Ankara Kitab Sərgisi çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun nəşrləri təqdim olunub

AHİK sədri Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti seçilib

Orxan Məmmədov: Bu günədək 79 layihəsinin icrasına 1,4 milyon manat maliyyə vəsaiti ayrılıb

Gəncədə ADSEA-nın xüsusi texnikalarına baxış keçirilib

Daxili işlər naziri Balakəndə növbəti vətəndaş qəbulu və sıra baxışı keçirib VİDEO

Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Masallıda vətəndaşlarla görüşəcək

İntensiv kivi bağlarının salınmasına görə hər hektara 9600 manat əkin subsidiyası veriləcək

KOBİA sədri: “E-KOB evi portalı”nın qurulması yekunlaşmaq üzrədir

Şuşada daha 48 ailəyə evlərin açarları təqdim olunub - YENİLƏNİB

HACCP sisteminin tətbiqi daxili və xarici bazarlarda rəqabət üstünlüyü yaradır VİDEO

Cənubi Koreya hökuməti böhranla üz-üzə: kabinet üzvləri istefa verir

BMqT eksperti: “İqlim miqrasiyası” məsələsi COP29-da iqlim dəyişikliyinə uyğunlaşma kontekstində müzakirə olunub

Yeddi yaşında deportasiya olunan Qərbi azərbaycanlı: Uşaqlıq xatirələrim Zod kəndində qaldı

Türkiyə və Yunanıstanın XİN başçıları Brüsseldə görüşüblər

AZSTANDART nümayəndələri 10-cu Dünya Halal Sammitində iştirak ediblər

Azərbaycan Universitetində TEC üzvləri üçün elmi məqalələrin hazırlanmasına dair seminar keçirilib

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ilə əməkdaşlığın inkişafı müzakirə edilib

® Gen Z və Gen Y uşağının idarəetmə üslubları

Akademik Milli Dram Teatrı dekabrda maraqlı tamaşalar təqdim edir

Mədəniyyət naziri TİKA-nın başqanı ilə əməkdaşlıq məsələlərini müzakirə edib

Azərbaycan Mərakeşdə beynəlxalq tədbirdə təmsil olunub

"44 Gün - Tarixi Zəfər" kitabının III cildi təqdim olunub

Keramika üzərində sənət FOTO VİDEO

Səfir: Mətbəx həftəsi İtaliya-Azərbaycan əlaqələrinin daha da dərinləşməsinə gətirib çıxarır

Azərbaycanda mina qurbanlarının sayı 3 min 400 nəfərdən çoxdur

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Azərbaycan təmsilçisi “Eventiada Awards 2024” mükafatının qalibi olub

Şuşa Teatrı dekabr repertuarını açıqlayıb

Litva XİN: Ukraynanın NATO-ya üzvlüyü daha yaxşı təhlükəsizlik zəmanətidir

“Yaxşı ssenarini əla ssenariyə necə çevirməli” – yeni nəşr

Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Saatlıda vətəndaşların müraciətlərini dinləyəcək

Antalyada zəlzələ olub

Fransızların 63 faizi Makronun istefasını istəyir

Azərbaycanın stolüstü tennisçiləri Finlandiyaya yollanıblar

Cənubi Koreyanın müdafiə naziri vətəndaşlardan üzr istəyərək istefa verib

Mövlud Çavuşoğlu: Azərbaycanlı qardaşlarımız tarixi torpaqlarına geri dönməlidirlər

Minalarla mübarizəyə sərf olunan milli maliyyənin miqdarına görə Azərbaycan birinci yerdədir

İctimai Birlik sədri: Dünyada mina qurbanlarının 84 faizi mülki insanlardır

Laçında dağ keçisi sürüsü kameralara tuş gəlib VİDEO

Hafiz Səfixanlı: Son il ərzində dünyada 160 min 566 piyada əleyhinə mina tapılaraq məhv edilib

Keçmiş məcburi köçkünlər üçün peşə təlimləri təşkil edilib VİDEO

Filippin gəmisi Cənubi Çin dənizində ÇXR sahil mühafizə katerini taran edib

Şamil Ayrım: Ermənistan konstitusiyasının dəyişdirilməsi uzunmüddətli sülhün təminatıdır

Gələn il də əhatəli sosial dəstək tədbirləri həyata keçiriləcək - ŞƏRH

Pakistanın Hüquq və Ədalət Komissiyasının katibi Qərbi azərbaycanlıların məruz qaldıqları deportasiyalar barədə məlumatlandırılıb

Professor: İnşaat sektoru üzrə tədqiqatların aparılması üçün sınaq poliqonunun yaradılması vacibdir

Çexiyada Ümummilli Lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş futbol turniri keçirilib

“Səbail” sabiq futbolçusunu transfer edib

Lionel Messi və komanda yoldaşları Bakıya gəlir

Azərbaycan ilə İordaniya arasında kənd təsərrüfatı sahəsində əlaqələrin genişləndirilməsi üçün böyük potensial var

Qazaxıstan teatrının direktoru: Şəki teatrını ölkəmizdə keçiriləcək beynəlxalq festivala dəvət etməyi düşünürük

Qoqa Xaindrava: Son günlər Tbilisidə baş verənlər dövlət çevrilişinə cəhddir

TƏBİB: Vətəndaşlar laborator analizlərinin nəticələrini “mygov” platformasından öyrənə bilərlər

Bərdədə yerkökü yığımı davam edir - qiymət ötən illə müqayisədə xeyli ucuzdur FOTO VİDEO

Botanika elmində olan yeniliklər şagirdlərə tədris olunacaq

“Dəyişən dünyada mədəniyyətlərin dialoqu” adlı beynəlxalq forum davam edir

Sabahın hava proqnozu

Beynəlxalq Ombudsmanlar Sammitində Ermənistanın torpaqlarımızda törətdiyi cinayətlərdən və mina terrorundan danışılıb

Ucqar yerlərdə məktəbəqədər təhsili təmin edən yeni model yaradılıb

DSMF: On bir ayda 93 mindən çox elektron arayış alınıb

Emi Pek: Azərbaycan artıq texnologiya, innovasiya və rəqəmsallaşdırma sahəsində bir çox təşəbbüslərə rəhbərlik edir – MÜSAHİBƏ

Naxçıvan və İqdırdan olan şagirdlər Çanaqqalada şəhid məzarlarını ziyarət ediblər

Bələdiyyə sədri barədə cinayət işi məhkəməyə göndərilib

Şuşada keçirilən "Yaradıcılıq Marafonu"nun qalibləri açıqlanıb

III Gəncə kitab sərgisi keçiriləcək

Xəzər regionunun neft-qazlılığı və geoekoloji problemlərinə dair beynəlxalq elmi konfrans keçirilir

İntensiv moruq bağları salan fermerlərə hər hektara görə 3200 manat birdəfəlik əkin subsidiyası veriləcək

Agentlik rəhbəri: Məktəbəqədər təhsil müəssisələrində aparılan monitorinqlərin yekun hesabatı hazırlanır

Deputat: Qərbi Azərbaycana qayıdış bizim siyasi və strateji hədəfimizdir

“AzerGold” Qvineya-Bisauda ilkin qiymətləndirilmə işləri aparacaq

"Şuşa Yaradıcılıq Emalatxanası" layihəsi çərçivəsində ustad dərsləri keçirilib

Dövlət Əmək Müfəttişliyi Xidməti beynəlxalq müsabiqədə iki mükafata layiq görülüb

Azərbaycan bəzi ölkələrdən heyvandarlıq və quşçuluq məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyub

“Kiçik elektrik nəqliyyat vasitəsinin icarəyə (istifadəyə) verilməsinə, habelə onların sürətinə və lokasiyasına nəzarətin həyata keçirilməsi məqsədilə kiçik elektrik nəqliyyat vasitələrinin operatorları tərəfindən ötürülən səfər və operator barədə məlumatların siyahısı”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Tural Əhmədov: Bu günə qədər 50 məktəbəqədər təhsil müəssisəsində monitorinq aparılıb

Pakistan Rusiyadan xam neft idxalına başlaya bilər

Prezident İlham Əliyev Türkiyənin sabiq xarici işlər naziri Mövlud Çavuşoğlunu qəbul edib VİDEO

NİİM: Qəzalar bəzi sürücülərin diqqətsizliyi və məsuliyyətsizliyi səbəbindən də baş verir VİDEO

NYT: ABŞ və Cənubi Koreya arasında nüvə məsələlərinə dair görüş təxirə salınıb

Müstəqilliyimiz əbədidir: Ordumuz ancaq Azərbaycanı müdafiə etmək məqsədi daşıyır, işğalçılıq məqsədi daşımır

UNEC-in MBA Proqramı CFA İnstitutunun akkreditasiyasını əldə edib

“Ulduz” jurnalının xüsusi nömrəsi Məhəmməd Füzulinin 530 illiyinə həsr olunub

“Qarabağ”ın hücumçusu ilə maraqlanan klublardan biri bəlli olub

Nazir: 2026-cı ilədək məktəbəqədər təhsil sahəsində müəllimlərin sertifikatlaşdırılması nəzərdə tutulur