Azərbaycan Dövlət İnformasiya Agentliyi

Parlamentin komitə sədri: Azərbaycan regional və qlobal müstəvidə təhlükəsizliyin qorunmasına, əməkdaşlığın gücləndirilməsinə töhfə verir

Parlamentin komitə sədri: Azərbaycan regional və qlobal müstəvidə təhlükəsizliyin qorunmasına, əməkdaşlığın gücləndirilməsinə töhfə verir

Bakı, 11 aprel, AZƏRTAC

Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə ölkəmizin keçdiyi böyük inkişaf yolu, qazanılan siyasi-iqtisadi uğurlar, reallaşdırılan qlobal əhəmiyyətli layihələr, regional və beynəlxalq müstəvidə qurulan nümunəvi əməkdaşlıq modeli, ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpası kimi mühüm amillər son illər Azərbaycanın nüfuzunu daha da yüksəldib, ölkəmizə olan marağı artırıb. Bu gün beynəlxalq ictimaiyyət Azərbaycanı güclü dövlət, etibarlı tərəfdaş kimi qəbul edir, ölkəmizlə əməkdaşlığa böyük önəm verir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov səsləndirib.

Komitə sədri qeyd edib ki, 44 ölkədən 80-dən çox beynəlxalq ekspertin, beyin mərkəzlərinin nümayəndələrinin iştirakı ilə keçirilən "Yeni dünya nizamına doğru" mövzusunda 7-ci ADA Siyasi Forumu beynəlxalq ictimaiyyətin ölkəmizə artan diqqətinin göstəricisidir. Bu onu göstərir ki, Azərbaycanın mövqeyi artıq beynəlxalq miqyasda öyrənilir və nəzərə alınır.

“Forumda iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev beynəlxalq ekspertlər tərəfindən ünvanlanan suallara səlis, əhatəli və faktlara əsaslanan cavablar verdi, önəmli mesajlar çatdırdı”, - deyən Şahin İsmayılov bildirib ki, Azərbaycan hər zaman ölkələrin bir-birinin suverenliyinə hörmət göstərmələrinin, dövlətlər arasında qarşılıqlı faydalı əlaqələrin qurulmasının vacibliyini bəyan edib. Bu gün dünyada baş verən müharibələr, artan gərginliklər fonunda ölkəmiz mühüm təşəbbüslərlə çıxış edərək regional və qlobal müstəvidə təhlükəsizliyin qorunmasına, əməkdaşlığın gücləndirilməsinə töhfə verir.

BMT-dən sonra ikinci ən böyük təsisat olan Qoşulmama Hərəkatına dörd il ərzində nümunəvi sədrlik edən Azərbaycanın qurumun fəaliyyətində mühüm dönüş yaratdığını söyləyən deputat deyib: “Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan sədrliyi dövründə Qoşulmama Hərəkatına yeni dinamika gətirdi, Hərəkatın Parlament Platforması və Gənclər Platforması yaradılması təşəbbüsü ilə çıxış etdi, təsisatın institusional inkişafı istiqamətində fəal işlər gördü”.

Ötən ilin noyabrında Azərbaycanın COP29 tədbirinə uğurlu ev sahibliyinin də ciddi nailiyyətlərlə yadda qaldığını xatırladan deputat bildirib ki, beynəlxalq birlik Azərbaycanın yaşıl dünya naminə həmrəylik çağırışına dəstəyini nümayiş etdirdi. Paris Sazişinin uzun illərdir razılaşdırılmayan 6-cı maddəsi üzrə Bakıda ümumi razılığa gəlinməsi, inkişaf etməkdə olan ölkələrə ildə 300 milyard dollar həcmində vəsaitin ayrılması ilə bağlı qərarın qəbulu Azərbaycanın COP29 sədrliyinin uğurlarındandır.

“Eyni zamanda, qeyd etmək istərdim ki, Türk dünyası ölkələri ilə uğurlu əməkdaşlıq Azərbaycanın xarici siyasət kursunun əsas istiqamətlərindəndir. Dövlətimizin başçısının bildirdiyi kimi, Azərbaycan Türk dünyası ölkələri arasında əməkdaşlıqda çox mühüm rol oynamış ölkədir. Bu xüsusda, əlbəttə ki, qardaş Türkiyə ilə münasibətlər xüsusi önəm daşıyır. Qardaş ölkələrimiz bütün istiqamətlərdə sıx əməkdaşlıq əlaqələrinə malikdirlər. Həmçinin son illər Azərbaycanın qardaş Özbəkistan, Qazaxıstan və Qırğızıstan ilə münasibətləri ciddi şəkildə genişlənib. Yüksəksəviyyəli qarşılıqlı səfərlər, aparılan danışıqlar, imzalanan sənədlər əlaqələrimizin inkişafına müsbət təkan verir. COP29 tədbiri çərçivəsində “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması yeni əməkdaşlıq imkanları yaradır və bu, regionun enerji təhlükəsizliyinə dəyərli töhfə verəcək”, - deyə Milli Məclisin komitə sədri vurğulayıb.

Azərbaycan Prezidentinin Forumdakı çıxışında qlobal çağırışlar fonunda ölkəmizin həyata keçirdiyi uğurlu enerji siyasəti barədə də fikirlərini bölüşdüyünü, bu barədə ünvanlanan sualları ətraflı cavablandırdığını qeyd edən komitə sədri deyib: “İlk növbədə, onu bildirmək lazımdır ki, bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verir. Hazırda Azərbaycan qazı 10-u Avropa ölkəsi olmaqla, dünyanın 12 ölkəsinə ixrac edilir. Eyni zamanda, Azərbaycan tərəfdaşları ilə birgə yaşıl enerji layihələrini də uğurla reallaşdırır”.

Azərbaycan Prezidentinin çıxışının beynəlxalq mətbuatın da diqqət mərkəzində olduğunu söyləyən deputat bildirib ki, dövlətimizin başçısının səsləndirdiyi əsas mesajlar dünya mediasının gündəmini zəbt etdi, manşetlərdə yer aldı. Bu, Azərbaycanın və onun Liderinin mövqeyinə olan marağın təzahürüdür.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər

Nazir müavini: Gənclərin texnologiyaların yalnız istifadəçisi deyil, həm də yaradıcısı olmağını istəyirik

Türkiyə millisi dünya çempionatında mübarizəyə başlayır

Bu saata olan əsas xəbərlər

Ankarada “Səda” musiqi kurslarının hesabat konserti təşkil edilib

Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlza

Füzuli şəhər məktəbində “Son zəng” sevinci

Muxtar respublikanın təhsil naziri: Naxçıvan məktəblərində təmayül tədris modeli tətbiq olunacaq

Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub

ÜST Ümumdünya Qan Donoru Günü ilə bağlı hesabat hazırlayıb

Şimal bölgəsində 6 minə yaxın şagird məzun olub - FOTOLAR

Azad edilmiş ərazilərdə 47 müəssisədə əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri aparılıb

Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir

Qarabağ və Şərqi Zəngəzurda iki yeni qan bankı fəaliyyət göstərəcək

Ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA

Şuşada Türk Dövlətləri Rəqabət Forumu: Regional inteqrasiyada yeni mərhələ - YENİLƏNİB

TDT-yə üzv və müşahidəçi ölkələrin ümumi ÜDM-i 2,4 trilyon ABŞ dollarını ötüb

TDT-yə üzv dövlətlərlə qarşılıqlı investisiyaların həcmi 40 milyard dollara yaxındır

Paytaxtdakı 6 nömrəli məktəb-liseydən 144 nəfər məzun olur VİDEO

Paytaxtdakı 6 nömrəli məktəb-liseydən 144 nəfər məzun olur VİDEO

Azərbaycan qəhrəman ukraynalı uşaqlara yardım edib

TDT-yə üzv ölkələrin rəqabət orqanları arasında qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi strateji əhəmiyyət kəsb edir

2025-ci ildə Azərbaycanın TDT dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7,3 milyard ABŞ dolları olub

Elnur Bağırov: TDT-yə üzv ölkələrin əməkdaşlıq təşəbbüsləri Qarabağın və Şərqi Zəngəzurun dirçəlişinə töhfə verir

AZAL Naxçıvana uçuşları bərpa edib

Elm və təhsil naziri Gəncədə "Son zəng" mərasiminə qatılıb

İlin 5 ayı ərzində donor sayı 50 mindən artıq olub

FHN çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı əhaliyə müraciət edib

Qəbələdə Milli Qurtuluş Gününə dair məktəbdə görüş: Müstəqilliyimizin Heydər Əliyev strategiyası

Balakəndə yaş barama tədarükünə başlanılıb - artıq kümçülər 2 ton barama təhvil verib

Neftçilər Milli Qurtuluş Gününü qeyd ediblər

Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan gün - ŞƏRH

İyunun 13-ü Beynəlxalq Albinizm haqqında Məlumatın Yayılması Günüdür

ABŞ Avropadakı qırıcı təyyarələrinin üçdəbirini geri çəkməyi planlaşdırır

Milli Qurtuluş Günü xalqımızı nicata aparan dönüş nöqtəsi oldu

Cari ildə tədris prosesində iştirak edən müəllimlərin sayı açıqlanıb

Tramp “Tren de Aragua” təşkilatının liderinin öldürüldüyünü açıqlayıb

ABŞ millisi dünya çempionatına qələbə ilə başladı

ABŞ Mərkəzi Komandanlığı Hörmüz boğazında İrana məxsus kamikadze dronlarını vurub

Azərbaycan məktəblərində “Son zəng” sədaları VİDEO

Azərbaycan məktəblərində “Son zəng” sədaları VİDEO

Qusarın Avaran kəndində 384 ev mərkəzləşdirilmiş içməli su şəbəkəsinə qoşulub

İran XİN: Tehran Vaşinqtonla memorandumun razılaşdırılmasının son mərhələsindədir

Dünyanın ən təhlükəli 7 vulkanı

Konqo Demokratik Respublikasında “Ebola” virusundan ölənlərin sayı 139 nəfərə çatıb

Əraqçi: ABŞ memorandumda yeni münaqişəyə başlamamaq öhdəliyi götürür

Qafar Qənizadə: Hər bir insanın özünü tanımaq və mənəvi sağalma üçün vasitələrə ehtiyacı var

Dünya çempionatı: Neymar Mərakeşlə oyunu buraxacaq

Kanada millisi dünya çempionatları tarixində ilk xalını qazanıb

Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 54-cü buraxılış mərasimi olub

Dünya çempionatı: Kanada - Bosniya və Herseqovina oyununda qalib müəyyənləşməyib

Natalya Jukova: Bu il “Nine Senses Fest” mindən çox iştirakçını bir araya gətirəcək

Misirdə təlim təyyarəsi qəzaya uğrayıb, pilot ölüb

Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib

Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb

BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir

“Sabah” braziliyalı müdafiəçini transfer edib

Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib

Fırat Arapoğlu: “Proqramlaşdırılmış izlər” sərgisində texnologiyanın yaratdığı yeni reallıq təqdim olunur

Azərbaycan və Slovakiya arasında siyasi məsləhətləşmələrin növbəti iclası olub

Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib

Qərbi Azərbaycan İcmasında “Zərkənd əmanətimizdir” kitabının təqdimatı olub

AZAL-ın Naxçıvan reyslərini icra edən təyyarələri hava şəraiti ilə əlaqədar Bakıya geri qayıdıb

Lənkəran və Astarada güləş zallarına baxış keçirilib

BDU-nu ən yüksək Ümumi Orta Müvəffəqiyyət Göstəricisi ilə bitirən məzunların adları açıqlanıb

Bakıda “Nine Senses Fest 2026” Beynəlxalq Festivalına start verilib VİDEO

Bakıda “Nine Senses Fest 2026” Beynəlxalq Festivalına start verilib VİDEO

Balakəndə möhtəşəm konsert proqramı VİDEO

Balakəndə möhtəşəm konsert proqramı VİDEO

MEDİA: Fransanın bəzi media qurumlarının Azərbaycana qarşı qarayaxma kampaniyasını qəti şəkildə pisləyirik

Albaniyada Milli Qurtuluş Gününə həsr olunan tədbir baş tutub

Naxçıvanda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Bakı Dövlət Universitetinin “Məzun günü” qeyd olunub YENİLƏNİB VİDEO

Bakı Dövlət Universitetinin “Məzun günü” qeyd olunub YENİLƏNİB VİDEO

Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb

Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır

Alparslan Bayraktar: TANAP Avropanın enerji təhlükəsizliyinin əsas təminatçısıdır

Ekspert: Azərbaycan “ağıllı şəhərlər”i və dayanıqlı infrastrukturu fəal şəkildə inkişaf etdirir - MÜSAHİBƏ

Rafael Hüseynov: BDU Azərbaycanın inkişafına xidmət edən nəsillər yetişdirib

Fransalı vəkil “ayrı-seçkilik” və “nifrətə təhrik” ittihamları üzrə Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edib

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası: müzakirəyə 10 məsələ çıxarılıb VİDEO

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası: müzakirəyə 10 məsələ çıxarılıb VİDEO

YARAT Müasir İncəsənət Məkanında britaniyalı və bolqar rəssamların sərgiləri açılıb

Nəzrin Atakişiyeva: Kəlbəcərin ilk məzunu olmaq mənim üçün böyük qürurdur

Azərbaycan Beynəlxalq Xizək Konqresində təmsil olunub

Bu saata olan əsas xəbərlər

BDU-da magistratura səviyyəsində ixtisas və ixtisaslaşmalar yenilənir VİDEO

BDU-da magistratura səviyyəsində ixtisas və ixtisaslaşmalar yenilənir VİDEO

Qəbələyə gələn əcnəbi turistlər arasında hindistanlılar üstünlük təşkil edir STATİSTİKA VİDEO

Qəbələyə gələn əcnəbi turistlər arasında hindistanlılar üstünlük təşkil edir STATİSTİKA VİDEO

Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktaydan

Ağdamda Milli Qəhrəman Allahverdi Bağırovun xatirəsi anılıb

Yeni təsdiqlənən subsidiya qaydalarında heyvandarlıq sektoru üçün genişmiqyaslı dövlət dəstəyi alətləri təsbit olunub VİDEO

Yeni təsdiqlənən subsidiya qaydalarında heyvandarlıq sektoru üçün genişmiqyaslı dövlət dəstəyi alətləri təsbit olunub VİDEO

Zeynep Özdemir: Azərbaycan-Türkiyə enerji əməkdaşlığı Avrasiyada sabitlik və güc mərkəzi formalaşdırıb

Aİ İspaniyanın müdafiə xərclərini artırmasına imkan verən xüsusi büdcə mexanizminin tətbiqini təsdiqləyib

® Vətəndaş müraciətlərinin elektron qaydada təqdim edilməsi və cavablandırılması imkanları genişləndirilib

Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA

Türkiyə və Azərbaycan gələcəyini elm, təhsil və texnologiya ilə birlikdə quracaq

HDQ-də döyüş atışlı taktiki təlim olub

Milli Qurtuluşdan Zəfərə: Müstəqil Azərbaycanın yüksəliş yolu

Tramp mediada yayılmış şərtlərin İranla razılaşdırılmış şərtlərlə əlaqəsi olmadığını açıqlayıb

Son iyirmi ildə BDU-dan Koreya dili ixtisası üzrə 110-dan çox tələbə məzun olub

Azərbaycanı Dünya Kubokunda 8 boksçu təmsil edəcək

Böyük Britaniyanın Baş naziri: Hökumət sərt qərarlar qəbul etməyə məcburdur

Səbinə Əliyeva: Bakı Dövlət Universitetinin məzunu olmaq həm qürur, həm də şərəfdir

Yeni təmayül tədris modeli çərçivəsində yay düşərgəsi təşkil olunub

Azərbaycandan Qazaxıstana məhsul ixracının dəyəri 21 faizdən çox artıb