Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli Məclisin iclasında 16 məsələ müzakirə edilib YENİLƏNİB VİDEO

Bakı, 21 iyun, AZƏRTAC

İyunun 21-də Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, Sahibə Qafarova iyunun 17-də və 18-də Bakıda Milli Məclisin ev sahibliyi ilə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının bir sıra tədbirlərinin keçirildiyini xatırladıb. Bildirib ki, ötən yarım il ərzində bu beynəlxalq təşkilata Azərbaycan parlamenti sədrlik edib.

Sonra parlamentin sədri Sahibə Qafarova bugünkü iclasda 16 məsələnin müzakirə ediləcəyini, gündəliyin ilk 5 məsələnin üçüncü oxunuşda qanun layihələri olduğunu bildirib.

İclasda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov Vergi Məcəlləsində və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsi barədə məlumat verib. O, məsələyə ikinci oxunuşda baxıldıqdan sonra komitəyə hər hansı təklif və qeydin daxil olmadığını deyib, sənədin olduğu kimi səsə qoyulmasını xahiş edib.

Sənəddə hüquqi şəxsin və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin iflas prosesində olması barədə məlumatların reyestrinin aparılması təklif olunur. Digər dəyişikliyə görə vergi ödəyicisinin olduğu yer və ya yaşadığı yer dəyişdikdə, onun vergi orqanında uçota alınmaq üçün verdiyi ərizə formasında olan digər məlumatlarda hər hansı dəyişiklik baş verdikdə, o bu dəyişikliklər baş verdiyi gündən 15 gün müddətində vergi orqanına məlumat verməlidir. Eyni zamanda, hüquqi şəxslər təsis sənədlərinə edilən hər bir dəyişiklik barədə həmin dəyişikliyin baş verdiyi andan 15 gün müddətində qeydiyyat orqanına ərizə ilə müraciət etməlidirlər.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov Torpaq Məcəlləsində, Mülki Prosessual Məcəllədə, Mülki Məcəllədə, “Notariat haqqında” və “İcra haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsindən bəhs edib. Layihədə mirasın qəbul edilməsinin xüsusi müddətini və mirasın qəbul edilməsi vaxtının uzadılmasını nəzərdə tutan maddələrin ləğv edilməsi təklif olunur. Habelə mirasın siyahıya alınması üçün nəzərdə tutulan müddətin mirasın qəbulundan imtina müddəti ilə məhdudlaşdırılması, müvafiq hallarda müddətin axımının dayandırılmasını nəzərdə tutan əlverişli qaydalar müəyyən edilir.

İclasda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rövşən Muradov “Yaşayış minimumu haqqında” Qanunda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsinə dair məlumat verib. Qanuna təklif olunan dəyişikliklərdə ölkə ərazisində tibb, təhsil və sosial sahəyə aid müəssisələrdə şəxslərin qida normalarının yenilənməsinin hüquqi əsasının yaradılması və yeni qida normalarının müəyyən edilməsi nəzərdə tutulur.

Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev “Pambıqçılıq haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) təqdim edib. Komitə sədri sənədlə bağlı heç bir əlavə təklifin daxil olmadığını deyib və onun səsə qoyulmasını xahiş edib. Layihəyə əsasən, pambığın alqı-satqısı üçün nəzərdə tutulan "pambıq qəbulu sənədi"nin ləğvi və bu malın satışının elektron qaimə-fakturaları və ya malların alış aktları ilə sənədləşdirilməsi nəzərdə tutulur.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov "Qiymətli kağızlar bazarı haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) təqdim edib. Qanuna edilən dəyişikliklərdə bütün səhmləri dövlətə məxsus müəssisələrin səhmlərinin (növbəti səhmlərinin) buraxılışı və yerləşdirilməsi prosedurlarının sadələşdirilməsi nəzərdə tutulur.

Qanun layihələri ayrı-ayrılıqda müzakirə olunduqdan sonra üçüncü oxunuşda qəbul edilib.

Parlamentin sədri gündəliyin növbəti 2 məsələsinin bir oxunuşda qəbul ediləcək qanun layihələri olduğunu bildirib. O, növbəti məsələnin “Azərbaycan Respublikası Hökuməti ilə Şimali Makedoniya Respublikası Hökuməti arasında diplomatik və xidməti/rəsmi pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi olduğunu deyib.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bu məsələ barədə məlumat verib. O, Şimali Makedoniyanın Azərbaycanla qarşılıqlı əlaqələrin möhkəmlənməsinə önəm verdiyini, beynəlxalq platformalarda ölkəmizi dəstəklədiyini və ardıcıl şəkildə həmrəylik nümayiş etdirdiyini söyləyib. COP29 konfransında da Şimali Makedoniyanın ən yüksək - Prezident səviyyəsində təmsil olunduğunu qeyd edib. Komitə sədri bildirib ki, təqdim olunan qanun layihəsi Şimali Makedoniya ilə münasibətlərin möhkəmlənməsi ilə yanaşı, həm də Avropa ilə əlaqələrin dərinləşməsi istiqamətində növbəti əhəmiyyətli bir addımdır.

Məsələ ilə bağlı müzakirələrdə deputatlar öz fikirlərini açıqladıqdan sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Sonra Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Bədəl Bədəlov “Elektroenergetika haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı məlumatı nəzərə çatdırıb. Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

S.Qafarova gündəliyin digər 6 məsələsinin birinci oxunuşda qanun layihələri olduğunu nəzərə çatdırıb. O, növbəti məsələnin “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsi (birinci oxunuş) olduğunu bildirib. O, bu məsələ ilə əlaqədar Azərbaycan Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədlinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri Ülvi Hüseynlinin, Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində Daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərovun iclasda iştirak etdiklərini söyləyib.

İclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsini təqdim edib.

Komitə sədri bildirib ki, Konstitusiya Qanunu layihəsində Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına 2 yeni maddənin əlavə edilməsi, 1 maddənin çıxarılması, bir sıra maddələrdə və Preambula hissəsində isə dəyişikliklər edilməsi nəzərdə tutulur. Layihəyə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 134-cü maddəsinin III hissəsində qeyd olunan Naxçıvan Muxtar Respublikasının Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olmağı ilə bağlı müddəa Naxçıvan Muxtar Respublikası Konstitusiyasının Preambulasında da öz əksini tapacaq.

Konstitusiyaya əlavə edilməsi nəzərdə tutulan "Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi" adlı 3-1-ci maddəyə əsasən, Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəliyi Naxçıvan Muxtar Respublikasının ərazisində Azərbaycan Prezidentinin müəyyən etdiyi vəzifələri yerinə yetirən icra orqanıdır və ona rəhbərliyi Azərbaycan Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən və birbaşa Prezidentə tabe olan Naxçıvan Muxtar Respublikasında Prezidentin səlahiyyətli nümayəndəsi həyata keçirir.

Layihəyə əlavə edilməsi nəzərdə tutulan "Naxçıvan Muxtar Respublikası Ali Məclisinin buraxılması" adlı 28-1-ci maddədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 31 deputatının tələbi ilə və ya Konstitusiyanın müvafiq maddələrində göstərilən vəzifələrini aradan qaldırıla bilməyən səbəblər üzündən icra edə bilmədikdə ölkə Prezidenti tərəfindən buraxılması qeyd olunur.

Diqqətə çatdırılıb ki, sənəddə nəzərdə tutulan dəyişikliklərdən biri də "Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi" adlı 5-ci maddənin çıxarılmasıdır. Digər dəyişikliyə əsasən, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin təklifləri əsasında Azərbaycan Prezidenti tərəfindən təyin ediləcək. Layihədə, habelə Azərbaycan Prezidentinin və ya Milli Məclisin təklifi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasının qapalı iclasının keçirilə bilməsi nəzərdə tutulur. Bununla yanaşı, layihəyə əsasən, Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər və Ali Məclisin deputatlarının statusuna dair qanunlar 31 səs çoxluğu ilə, qalan məsələlərə dair qanunlar isə 23 səs çoxluğu ilə qəbul ediləcək. Habelə Ali Məclisin sədri seçilmək üçün Naxçıvan Muxtar Respublikasının ərazisində beş ildən az olmayaraq daimi yaşamaq tələbi aradan qaldırılacaq.

Qeyd edilib ki, digər dəyişiklik Naxçıvan Muxtar Respublikasında yerli icra hakimiyyətləri başçılarının Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin təqdimatı əsasında Azərbaycan Prezidenti tərəfindən vəzifəyə təyin edilməsi ilə bağlıdır. Həmçinin layihəyə əsasən, Muxtar Respublikanın Nazirlər Kabineti Naxçıvan Ali Məclisinə tabe olmayacaq və iş qaydasını Azərbaycan Prezidenti ilə razılaşdırmaqla müəyyənləşdirəcək.

Sənədə əsasən, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa uyğun olaraq, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin aktlarının qərar deyil, sərəncam adlandırılması təklif olunur. Habelə Muxtar Respublikanın Konstitusiyasına dəyişikliklər və əlavələr haqqında Konstitusiya qanunları yox, qanunlar qəbul ediləcək. Layihədə, həmçinin Azərbaycan Konstitusiyasına uyğunlaşdırma, dəqiqləşdirmə və texniki xarakterli bir sıra dəyişikliklər nəzərdə tutulub.

Məsələ ilə bağlı müzakirələrdə deputatlar öz fikir və qeydlərini açıqlayıblar. Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Konstitusiya qanunu layihəsinin (birinci oxunuş) mahiyyəti barədə danışıb.

Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına dəyişikliklər edilməsi ilə əlaqədar olaraq, "Normativ hüquqi aktlar haqqında" Konstitusiya Qanununa müvafiq dəyişikliyin edilməsi təklif olunur. Burada məqsəd Naxçıvan Konstitusiyasına ediləcək dəyişikliklərdən sonra "Normativ hüquqi aktlar haqqında" Konstitusiya Qanununun 2.10-cu maddəsində yarana biləcək uyğunsuzluğun aradan qaldırılmasıdır.

Qanun layihəsi birinci oxunuşda qəbul edilib.

İclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Əminə Ağazadə “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim edib. O bildirib ki, layihə prokurorluq orqanlarında qulluq keçmənin təkmilləşdirilməsi məqsədilə hazırlanıb. Dəyişikliyə əsasən, prokurorluq işçilərinin qulluqda olmasının yaş həddi 60 yaşdan 65 yaşa qaldırılır və bu yaş həddinin son yaş həddi olması təklif edilir. Bu düzəlişin əsas məqsədi uzunmüddətli təcrübəyə malik prokurorluq işçilərinin prokurorluq orqanlarında fəaliyyətini davam etdirməsinə şərait yaradaraq, prokurorluq orqanlarının səmərəliyinin artırılmasıdır.

Qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Gündəliyin 11-ci məsələsi olan “Polis haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. Bildirilib ki, layihə polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədi ilə hazırlanıb.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Növbəti məsələ olan "Müdafiə haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı məlumatı Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev təqdim edib.

Komitə sədri qeyd edib ki, 44 günlük Vətən müharibəsi və lokal antiterror əməliyyatlarının təhlili dövlətimizin ərazi müdafiəsinin təmin edilməsini nəzərdə tutan qanunvericilik bazasının daha da təkmilləşdirilməsinin zəruri olduğunu göstərdi. Bundan irəli gələrək layihədə “Müdafiə haqqında” Qanunun 17-ci maddəsinin yeni redaksiyada verilməsi nəzərdə tutulur. Burada ilk növbədə “Ərazi müdafiəsi” anlayışı təsbit olunur.

Arzu Nağıyev diqqətə çatdırıb ki, qanunvericilik təşəbbüsü hüququ qaydasında Azərbaycan Prezidenti tərəfindən təqdim olunan və dövlətimizin müdafiəsinin təşkilinin hüquqi əsaslarını daha da təkmilləşdirən bu mühüm qanun layihəsi komitədə müzakirə edilib və Milli Məclisin iclasına tövsiyə olunub.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Gündəliyin 13-cü məsələsini - Mülki Məcəllədə, Cinayət Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Reklam haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) müzakirəyə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli təqdim edib.

O bildirib ki, Hüquq siyasəti və dövlət quruculuğu komitəsi tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim olunan layihədə bir çox qanunlarda və məcəllələrdə dəyişikliklər nəzərdə tutulub.

VI çağırış Milli Məclisin fəaliyyəti dövründə Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında qanun qəbul edildiyini deyən komitə sədri bu qanunla süni torpaq sahələrinə xüsusi status verildiyini, bu sahədə həm hüquqi bazanın gücləndirildiyini, həm də hüquqi boşluqların aradan qaldırıldığını bildirib. Qanunun qəbulundan sonra yaradılan süni torpaq sahələrində və ona bitişik sahilboyu zolaqda, yeni infrastruktur layihələrinin icra olunduğu deyən komitə sədri süni torpaq sahələrinin yaradılması ilə bağlı qanunun qəbulunun bütövlükdə ölkəmiz üçün pozitiv nəticələrini və iqtisadi səmərəliliyini vurğulayıb.

Əli Hüseynli diqqətə çatdırıb ki, təqdim olunmuş qanun layihəsində “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Qanuna yeni 3-1-ci fəslin (“Süni torpaq sahələrində sahibkarlıq fəaliyyəti” adlı) əlavə olunması təklif edilib. Bu qanunun məqsədi konseptual baxımdan başlıca olaraq süni torpaq sahələrində sahibkarlığın və investisiya fəaliyyətinin həyata keçirilməsinin təşviq olunmasıdır.

Layihənin 8-1-ci maddəsi süni torpaq sahələrində bütövlükdə sahibkarlığın inkişafına şərait yaradılmasını ehtiva edir, 8-2-ci maddəsində isə kazino oyunlarının yalnız süni torpaq sahələrində, qanunvericiliyin tələbləri nəzərə alınmaqla təşkil edilməsinə icazə verilir. Komitə sədri vurğulayıb ki, qanun layihəsi mövcud normativ bazanın dəqiqləşdirilməsinə, eləcə də oyun biznesinin leqallaşdırılması yolu ilə dövlət nəzarətinin artırılmasına xidmət edir. Bu qeyd olunan məsələlərin tənzimlənməsi məqsədilə layihədə digər qanunvericilik aktlarına müvafiq dəyişikliklər təklif edilir.

Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov qanun layihəsi barədə çıxış edib. O bildirib ki, təqdim edilən layihəyə görə, süni torpaq sahələrində qanunla qadağan olunmayan bütün sahibkarlıq fəaliyyəti növləri həyata keçirilə bilər. Qeyd olunub ki, süni torpaq sahəsi dedikdə, Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində yaradılan torpaq sahəsi başa düşülür. Bu sahədə isə ən perspektivli fəaliyyət istiqaməti məhz premium və elit turizmin inkişaf etdirilməsi ilə bağlıdır. Ölkəmizdə premium seqmentli turizmin inkişafı və müvafiq infrastrukturun qurulması üzrə təşəbbüslər və perspektivlər var. Turizmin bu seqmenti yüksək keyfiyyət standartları, müasir infrastruktur, komfort istirahət şəraiti ilə yanaşı, əyləncə xarakterli tamamlayıcı elementlərin olmasını da tələb edir. Təqdim edilən layihə süni torpaq sahələrində sahibkarlıq fəaliyyətinə hərtərəfli şərait yaratmaqla yanaşı, premium turizmin bir komponenti olaraq “oyun turizmi”nin təşkili üçün də hüquqi əsaslar yaradır. Belə bir hüquqi bazanın yaradılması təşəbbüsü heç də ölkə ərazisində “oyun biznesi”nin təşviqi və ya təbliği anlamına gəlmir. Komitə sədri vurğulayıb ki, layihədə 9 normativ-hüquqi akta edilən dəyişikliklərin heç biri bu cür oyunların keçirilməsini təşviq etmir. Əksinə, xüsusi reqlamentləşmə və məhdudiyyətlərin tətbiqi gözlənilir. Bir çox ölkələrdə “oyun biznesi” üçün liberal iqtisadi və hüquqi rejim formalaşdırıldığı halda, layihəyə görə ölkəmizdə bu sahə üzrə ciddi nəzarət və tənzimləmə nəzərdə tutulur. Eyni zamanda, 21 yaşadək şəxslərin uduşlu oyunlara buraxılmasına yol verilmir. Bütün bunlar onu göstərir ki, layihədə bu məsələyə liberal deyil, mühafizəkar yanaşma var. Belə bir mövqe həm də həssas vətəndaş kateqoriyalarını qorumaq niyyətindən irəli gəlir.

İkincisi, layihəyə əsasən bu cür oyunlar xüsusi və məhdud bir ərazidə - yalnız və yalnız süni yaradılmış torpaq sahələrində təşkil edilə bilər. Bu artıq coğrafi məhdudiyyətin tətbiq edilməsi deməkdir.

Üçüncüsü, ölkəmizin quru ərazisində, başqa sözlə, materik hissəsində “oyun biznesi”nin təşkili və keçirilməsi qadağan edilib. “Azərbaycan Respublikasında iqtisadi cinayətkarlığa qarşı mübarizə sahəsində bəzi tədbirlər haqqında” 1998-ci il 27 yanvar tarixli Prezident Sərəncamı bu gün də qüvvədədir. Həmin Sərəncam ölkə ərazisində pul uduşlu oyunların keçirilməsinə qarşı sərt tədbirlərin görülməsi ilə bağlı tapşırıqlardan ibarətdir. Buna görə də, layihə heç də qeyri-qanuni fəaliyyət göstərən ənənəvi və ya virtual kazinoların leqallaşdırılmasını nəzərdə tutmur. Hər bir halda bu leqallaşma deyil. Əksinə, təqdim edilmiş layihənin qəbul edilməsi qeyri-qanuni pullu oyunların təşkilinə qarşı mübarizəni həm aktuallaşdıracaq, həm də sərtləşdirəcək.

Dördüncüsü, pul uduşlu oyunların keçirildiyi əyləncə yerləri sərt lisenziyalaşma əsasında fəaliyyət göstərəcəklər. Bu “Lisenziyalar və icazələr haqqında” Qanuna dəyişikliklərdə əksini tapır. Lisenziyaların alınmasına görə yüksək məbləğdə dövlət rüsumunun müəyyən edilməsi də bu sahədə məhdudiyyətin bir göstəricisidir. Belə ki, rüsumun təklif edilən məbləği hər il təkrar ödənilmək şərti ilə 340 min manat təşkil edir. Bu məqsədlə “Dövlət rüsumu haqqında” Qanuna dəyişikliklər təklif olunur. İcazə və lisenziya tələb olunan fəaliyyət sahələrindən heç biri bu məbləğdə dövlət rüsumuna cəlb edilmir.

Komitə sədri bildirib ki, reallıqda əyləncə və oyun turizmi bölgəyə xarici turist axınını artırır, otellər, restoranlar və digər xidmət sahələri üçün yeni iş yerlərinin açılmasına səbəb olur, xarici və yerli investisiyaların turizm infrastrukturuna cəlb edilməsinə imkan verir, büdcə üçün əlavə gəlir mənbəyi yaradır, ölkəyə xarici valyuta axını kanallarından birinə çevrilir. Bununla belə, müzakirə etdiyimiz layihə qətiyyən ölkəmizdə “kazino iqtisadiyyatı”nın və ya şəbəkəsinin qurulmasını nəzərdə tutmur. Əgər belə təsəvvürlər varsa, tamamilə yanlışdır. “Oyun biznesi” yalnız və yalnız elit turizmin sadəcə bir tamamlayıcı elementi və ya komponentidir. Oyun biznesinin gələcəkdə iqtisadiyyatımıza müəyyən dolayı təsirləri olsa da, o Azərbaycanda nə sahibkarlıq fəaliyyətinin, nə qeyri-neft sektorunun əsasını təşkil etmir. Nə dövlətimiz, nə də cəmiyyətimiz ölkəmizin gələcək iqtisadi inkişafı ilə bağlı gözləntilərini tamamilə bu sahə ilə bağlamır. Oyun biznesi ölkəmizdə lisenziyalaşdırılan və icazə tələb edən 160-a yaxın sahibkarlıq və iqtisadi fəaliyyət növündən yalnız biridir. Bundan başqa, Azərbaycanda 2024-cü ilin nəticələrinə əsasən, fəaliyyətdə olan sahibkarlıq subyektlərinin sayı 322 mindən çoxdur. Bunun təkcə 76 mini hüquqi şəxs olan sahibkarlardır. Bir çox hallarda “oyun biznesi”nin təşkili çirkli pulların yuyulması təsəvvürünü yaradır. Lakin təqdim edilən layihənin müddəalarına əsasən, “oyun biznesi” “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanunun təsir dairəsinə düşür. Bu məqsədlə, adıçəkilən qanuna bununla bağlı müvafiq dəyişikliklərin edilməsi təklif olunur.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Milli Məclisin sədri gündəliyin son 3 məsələsinin ikinci oxunuşda qanun layihələri olduğunu deyib. O, növbəti 2 məsələnin Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olduğunu və mahiyyətcə bir-birinə yaxın olduğunu bildirib.

Sonra Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov "Qaz təchizatı haqqında" Azərbaycan Respublikasının qanun layihəsi (ikinci oxunuş) barədə məlumatı təqdim edib.

Komitə sədri birinci oxunuşda məsələ barədə ətraflı məlumat verildiyini nəzərə çatdıraraq xatırladıb ki, bu qanun layihəsi qazın nəqli, paylanması, saxlanması, satışı, idxalı, istehlakı və qaz qurğularının istismarı ilə bağlı qaz təchizatı subyektləri, istehlakçılar və qaz təchizatı sektorunda fəaliyyət göstərən dövlət orqanları (qurumları) arasında yaranan münasibətləri tənzimləyir və qaz təchizatının hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir.

Komitə sədri Azər Əmiraslanov "Lisenziyalar və icazələr haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) diqqətə çatdırıb. O qeyd edib ki, layihə "Qaz təchizatı haqqında" qanun layihəsinə uyğun olaraq hazırlanıb və "Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı"nın 61-ci maddəsinin yeni redaksiyada verilməsini nəzərdə tutur.

Müzakirələr zamanı deputatlar öz fikir və qeydlərini diqqətə çatdırıblar.

Sonra Sadiq Qurbanov "Elektroenergetika haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) ilə bağlı məlumat verib. Hər üç qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Milli Məclisin iclasında 16 məsələ müzakirə edilib YENİLƏNİB  VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Qərbi Azərbaycana qayıdış tarixi və beynəlxalq hüquqi kontekstdə” mövzusunda elmi-praktik dəyirmi masa keçirilib

Prezident İlham Əliyev: Azərbaycan mülki müdafiə sahəsində beynəlxalq əməkdaşlığa böyük önəm verir

Nazir: MİQ imtahanlarında son 5-7 ildə Azərbaycan bölməsində 80 baldan yuxarı nəticə adi hal sayılır

“Sabah”ın keçmiş baş məşqçisi: Azərbaycana gedişim karyeramda yeni mərhələnin başlanğıcı oldu

Naxçıvan Muxtar Respublikasında “e-rüsum” sisteminin tətbiqi ilə bağlı təlim keçirilib

Gənclər Kitabxanasında Xalq yazıçısı Sabir Əhmədlinin xatirəsi yad edilib

Azərbaycanda rus bölmələrinin bağlanması məsələsi gündəmdə deyil RƏSMİ

Ersin Tatar: Şimali Kipr Azərbaycanla əməkdaşlığı genişləndirməyə hazırdır

Emin Əmrullayev: İmtahanda 3 sualın çıxarılması 46 nəfərin göstəricisinə müsbət təsir edib

Bakıda Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş Assambleyasının 3-cü növbədənkənar sessiyası işə başlayıb

Müəllimlərin təxminən 45 faizi gələn ildən 1000 manat və daha yüksək əməkhaqqı alacaq RƏSMİ

Nazir: Sertifikatlaşdırma prosesində yüksək nəticə göstərən müəllimlərin orta aylıq əməkhaqqı 1320 manatdır

İkili diplom proqramı çərçivəsində Ege Universitetində təhsil alan tələbələrin Məzun günü keçirilib

Baş prokuror Zaqatalada vətəndaşların müraciətlərini dinləyəcək

Nazir: Sertifikatlaşdırma prosesində iştirak edən xarici dil müəllimlərinin 12 faizi uğur qazanıb

“Könüllü DOST” proqramına 800-dən çox şəxs cəlb olunub

Lefkoşada “Türk dünyası ailəmizdir” mövzusunda konfrans keçirilib

Riyaziyyat müəllimləri üçün sertifikatlaşdırmanın nəticələri açıqlanıb RƏSMİ

Avropa Liqası: Bu gün səkkiz oyun keçiriləcək

Cəfər Qarayev: Səfər prosedurlarının sadələşdirilməsi gediş-gəlişin asanlaşmasına və ziyarətçilərin çoxalmasına səbəb olacaq

Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 10 faizədək artıb

Emin Əmrullayev: Uğur qazanmayan müəllimlərin əvəzlənməsi dərs yükünə təsir edib

Texas ştatının rəsmiləri ölümcül daşqına qarşı tədbirlərlə bağlı çoxsaylı sualdan yayınır

Nazir: 7318 müəllim sertifikasiya prosesindən uğurla keçə bilmədiyi üçün əmək müqaviləsinə xitam verilib

“Karvan” beş futbolçusu ilə vidalaşıb

İyulun 13-də 34 mindən çox abituriyent imtahan verəcək

2022–2025-ci illər ərzində 80 mindən çox müəllim sertifikatlaşdırma imtahanlarında iştirak edib

Dünya səyyahları Şuşa şəhəri ilə tanış olurlar FOTO

BDYPİ yağmurlu hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib

Azərbaycanın stolüstü tennisçiləri Avropa çempionatında iştirak edəcəklər

DİN: Ötən gün 13 kiloqramdan çox narkotik vasitə aşkarlanıb

Məhəmməd Əfəndiyev. Məktəb anketindən Harvarda qədər: “Mən kiməm?” sualı ilə başlayan yol

Donald Tramp Braziliyaya 50 faizlik rüsumlar tətbiq edir

Azərbaycan və Səudiyyə Ərəbistanı karbohidrogen sektorunda əməkdaşlıq potensialını nəzərdən keçirib

“815” Çağrı Mərkəzinə 70 mindən çox zəng daxil olub

Türkiyənin Ali Məhkəməsinin sədr müavini "ASAN xidmət"də olub

Kiyevə dron və raketlərlə hücum edilib, ölənlər və xəsarət alanlar var VİDEO

Kiyevə dron və raketlərlə hücum edilib, ölənlər və xəsarət alanlar var VİDEO

Dünya bazarında qızıl və gümüş bahalaşıb

Lionel Messi MLS-də rekorda imza atıb

Dünya birjalarında neft qiymətləri müxtəlif istiqamətlərdə dəyişib

Azərbaycan neftinin qiyməti 76 dolları ötüb

Bu gün Xalq yazıçısı Sabir Əhmədlinin doğum günüdür

UEFA Avropa Liqası: “Sabah” bu gün Sloveniya klubunu qəbul edəcək

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb

İyulun 10-u Ümumdünya Hüquq Günüdür

ADY və Çin Dəmir Yolları Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin potensialının artırılmasına dair razılığa gəlib

Ağdərədə mina hadisəsi zamanı bir nəfər xəsarət alıb - YENİLƏNİB

SOCAR-ın prezidenti 9-cu OPEC beynəlxalq seminarında iştirak edib

Beynəlxalq səyyahlar Füzuliyə gəliblər VİDEO

Beynəlxalq səyyahlar Füzuliyə gəliblər VİDEO

Əbu-Dabidə Prezident İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü başlayıb YENİLƏNƏCƏK VİDEO

Əbu-Dabidə Prezident İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü başlayıb YENİLƏNƏCƏK VİDEO

Dünya səyyahlarının Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb

BMT: Dünyada hər il 12 milyon qız uşağı erkən evliliyə məcbur edilir

İsveçin miqrasiya naziri ifrat sağçılarla əlaqəsi olan qohumuna görə təzyiq altındadır

Aİ gələcək böhranlara hazır olmaq üçün vacib tibbi ləvazimatların ehtiyatını yaratmağı planlaşdırır

Konfutsinin vətənində sivilizasiyalar forumu keçirilir

Avropa Mərkəzi Bankı: İqlim böhranları avrozonada ÜDM-in 5 faizi həcmində ziyan vuracaq

Az miqdarda qəbul edildikdə belə, emal olunmuş qidalar xroniki xəstəlik riskini artırır - ARAŞDIRMA

Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinə yeni rəhbər təyin edilib

Vyanada OPEC Beynəlxalq Seminarı çərçivəsində rəsmi ziyafət verilib

Klublararası dünya çempionatı: PSJ finalda "Çelsi" ilə qarşılaşacaq

Muxtar Babayev: OPEC ölkələrinin dekarbonizasiya və yaşıl enerji yanaşmaları maraq doğurur

Avropa Komissiyası: Çexiyada korrupsiya cinayətlərinin araşdırılmasındakı problemlər hələ də aradan qaldırılmayıb

UEFA Çempionlar Liqası: “Qarabağ”ın potensial rəqibləri qarşılaşıb

Rusiya Azərbaycandan iki şirkətin süd məhsullarının idxalını qadağan edib

“UTair” aviaşirkətinin Gəncə–Moskva reysi təxirə salınıb

2025-ci ilin ilk yarısında Türkiyədə 18 mindən çox zəlzələ olub

Gürcüstanda İkinci Qarabağ müharibəsindən bəhs edən “İstiqamət Şuşadır” kitabı təqdim edilib

Şuşa Dövlət Musiqili Dram Teatrında “Ümid işığı” tamaşasının premyerası keçirilib

“Zirə” yoxlama matçında Türkiyə klubuna qalib gəlib

Ukraynalı uşaqlardan ibarət növbəti qrup reabilitasiya üçün Azərbaycana yola salınıb

Babək Quliyevə UEFA-dan növbəti təyinat

Çindən Orta Dəhliz vasitəsilə Avropaya daha bir qatar marşrutu açılıb

Qazaxda Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlməsinin 56 illiyinə həsr olunmuş tədbir keçirilib - FOTO

Rejissor: “Söz” filminin kadrları birdəfəyə çəkilib VİDEO

Rejissor: “Söz” filminin kadrları birdəfəyə çəkilib VİDEO

Baku TV-nin “Söz” filminin təqdimatı keçirilib VİDEO

Baku TV-nin “Söz” filminin təqdimatı keçirilib VİDEO

Pərviz Şahbazov: Azərbaycan ilk gündən OPEC+ formatında fəal iştirak edir VİDEO

Pərviz Şahbazov: Azərbaycan ilk gündən OPEC+ formatında fəal iştirak edir VİDEO

Baş katib: Azərbaycan effektiv, loyal və etibarlı tərəfdaşdır VİDEO

Baş katib: Azərbaycan effektiv, loyal və etibarlı tərəfdaşdır VİDEO

Volodimir Zelenski Romada italiyalı həmkarı və Papa Leo ilə görüşüb

OPEC-in Baş katibi: AZƏRTAC xəbər agentliyinə media tərəfdaşlığına görə təşəkkür edirəm VİDEO

OPEC-in Baş katibi: AZƏRTAC xəbər agentliyinə media tərəfdaşlığına görə təşəkkür edirəm VİDEO

Almaniya müdafiə xərclərini bir neçə il ərzində iki dəfədən çox artıracaq

Rəşad Nəbiyev “WSIS+20 Yüksək Səviyyəli Tədbir 2025” çərçivəsində nazirlərin dəyirmi masasında iştirak edib

“DOST Müfəttiş” layihəsi çərçivəsində ATİB üzvü olan şirkətlərlə görüş keçirilib

Albert Riera: "Sabah" klubuna hörmət edirik

Qəbələ Beynəlxalq Musiqi Festivalı başlayır

Pərviz Şahbazov Vyanada OPEC, GECF-in Baş katibləri və misirli həmkarı ilə görüşlər keçirib

Diplomatik xidmət orqanlarının rəhbərləri Şuşa şəhəri ilə tanış olublar VİDEO

Diplomatik xidmət orqanlarının rəhbərləri Şuşa şəhəri ilə tanış olublar VİDEO

Azərbaycanda plastik boru kəmərləri sahəsində yeni dövlət standartları qəbul edilib

Almaniyanın Silahlı Qüvvələrin büdcəsi 86 milyard avroya yüksəlib

Sosial xidmət sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

Tofiq Bəhramov adına Respublika Stadionu beynəlxalq assosiasiyaya üzv qəbul edilib

Saatlıda “Qərbi Azərbaycan irsi” kitabının təqdimat mərasimi keçirilib

DMA-nın həmtəşkilatçılığı ilə Malayziyada beynəlxalq tədbir keçirilib

Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri ÜƏMT-nin Baş Assambleyasında onlayn rejimdə çıxış edib

NİİM moped, motosiklet və skuter sürücülərinə müraciət edib

“Lion”un Fransa Liqa 1-də qalacağı dəqiqləşib

Abşeron rayonunda “Qərbi Azərbaycan irsi” kitabının təqdimatı olub

Azərbaycan Prezidenti İlham Əliyevin Əbu-Dabidə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti ilə görüşü olub VİDEO

Azərbaycan Prezidenti İlham Əliyevin Əbu-Dabidə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti ilə görüşü olub VİDEO

“Araz-Naxçıvan”ın baş məşqçisi: Yoxlama oyunlarında nəticə önəmli deyil

BƏƏ kapitallı şirkətə “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının rezidentliyi statusu verilib

“Roma”nın futbolçusu İstanbul klubuna keçib