Pau Qazol yenidən “Leykers”ə qayıtmaq istəyir
Bakı, 11 dekabr, AZƏRTAC
“Leykers”in heyətində 2010-cu ildə Milli Basketbol Assosiasiyasının (MBA) çempionu olan Pau Qazol yenidən Los-Anceles klubunda oynamaq istəyir.
AZƏRTAC xəbər verir ki, İspaniya mətbuatı onun yaxın vaxtlarda “Barselona”ya qayıdacağı haqda proqnozlar versə də, 40 yaşlı basketbolçunun başqa komandanın heyətində mübarizə aparmaq istəyi ortaya çıxıb. Belə ki, P.Qazol bu dəfə qardaşı Markla eyni komandada oynamağı arzulayır: “Yenidən “Leykers”ə keçsəm, bu mənim üçün tarixi an olacaq. Los-Anceles klubunda qardaşım Markla bir yerdə oynasam, mükəmməl olardı. Amma indi elə vəziyyətdəyəm ki, hansısa komandadan nəsə uma bilmərəm. On komandadan təklif almamışam ki, onlar arasında seçim edim. Sadəcə, mənə ehtiyacı olan komandada oynamaq və onun uğurları üçün əziyyət çəkmək istəyirəm. Hansısa komandanın sıradan bir oyunçusuna çevrilmək fikrində deyiləm. Mən meydanda oyundan həzz almaq istəyirəm”.
Xatırladaq ki, Pau Qazol ötən ilin martından MBA-da heç bir komandada çıxış etmir. Sonuncu dəfə “Miluoki”nin heyətində meydana çıxan ispaniyalı basketbolçu ilyarım ərzində ayağından iki dəfə əməliyyat keçirib. Hazırda o, fərdi şəkildə məşqlərini davam etdirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [23:30]
Dioqo Balau “Turan Tovuz”a keçib
- 09.06.2026 [23:28]
Seçmə mərhələ: Azərbaycan millisi Şimali Makedoniyanı məğlub edib
- 09.06.2026 [23:26]
“Zirə” Anatoli Nuriyev ilə vidalaşıb
- 09.06.2026 [20:32]
“Qarabağ”ın Avstriya toplanışındakı rəqibləri bəlli olub
- 09.06.2026 [19:57]
Azərbaycanın U-21 millisi yoxlama oyununda Qırğızıstana uduzub
- 09.06.2026 [19:24]
Azərbaycanın U-20 millisi pakistanlı həmyaşıdlarına qalib gəlib
- 09.06.2026 [19:08]
Dünya çempionatı: Azərbaycanın çövkən millisi Çili ilə heç-heçə edib
- 09.06.2026 [18:40]
Osloda Norveç Azərbaycan diasporunun ilk şahmat turniri baş tutub
- 09.06.2026 [18:13]