Paytaxt üzrə “Eko-təqdimatlar” layihəsində beş mindən çox şagird iştirak edib
Bakı, 10 yanvar, AZƏRTAC
Ötən tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumtəhsil müəssisələrində “Eko-təqdimatlar” layihəsi həyata keçirilib. Təqdimatlarda 5000-dən çox şagird iştirak edib.
BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, layihə çərçivəsində ekoloji mühazirələr, ekskursiyalar təşkil olunub. 2018-ci ilin mart ayından etibarən 40-dan çox ümumtəhsil məktəbində müxtəlif ekoloji mövzularda təqdimatlar keçirilib.
Layihənin əsas məqsədi məktəblilərin ekoloji maarifləndirilməsi, milli sərvətlərimiz və digər aktual ekoloji mövzular üzrə məlumatlandırılması, şagirdlərdə ətraf mühitə həssas münasibətin formalaşdırılmasıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [16:07]
BDU-da Misir və Azərbaycan Mədəniyyət Günü təşkil olunub
- 09.06.2026 [14:28]
BDU ilə Misir universitetləri arasında əlaqələr genişlənir
- 09.06.2026 [13:57]