Paytaxtda narkokuryerliyə cəlb olunan şəxs saxlanılıb VİDEO


Bakı, 12 may, AZƏRTAC
Nəsimi Rayon Polis İdarəsi 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı keçirilən əməliyyat nəticəsində əvvəllər narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 48 yaşlı Rəşad Məcidov saxlanılıb.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ondan 1 kiloqrama yaxın marixuana, heroin və psixotrop maddə - metamfetamin aşkarlanaraq götürülüb.
R.Məcidov ifadəsində şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduğunu və maddi gəlir qarşılığında narkotiklərin satışını planlaşdırdığını bildirib.
Faktla bağlı araşdırmalar aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.06.2025 [18:53]
AZAL bəzi istiqamətlər üzrə uçuşların sayını artırır
- 14.06.2025 [17:25]
Bu gün Bakının 550 küçəsi yuyulub
- 14.06.2025 [17:24]
DGK: 207 kiloqramdan artıq narkotik vasitə aşkar edilib
- 14.06.2025 [17:17]
Azərbaycan diasporunun Hallein şəhərində mühüm görüşü baş tutub
- 14.06.2025 [16:23]
Qaradağ rayonunda Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib
- 14.06.2025 [15:35]