PAYTAXTDA VƏ FÜZULİ RAYONUNDA AVTOMOBİLLƏR AĞIR QƏZAYA UĞRAMIŞDIR
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, mayın 25-də Füzuli rayonunun Böyük Bəhmənli kəndi ərazisində Seyidmahmudlu kənd sakini Eynulla Əliyev idarə etdiyi “VAZ-21011” markalı avtomaşını qarşıda gedən Aşağı Yağlıvənd kənd sakini İbrahim Məhərrəmova məxsus “Belarus” markalı traktora vurmuş, sonra yoldan çıxaraq və qarşıdan gələn Qorqan kənd sakini Xalid Məmmədovun idarə etdiyi “VAZ-2106” markalı avtomaşınla toqquşmuşdur.
Xəsarət almış hər üç sürücü, habelə sərnişinlər - Mahmudlu kənd sakinləri Güloğlan Əhmədov, Nicat İbişov, Böyük Bəhmənli kənd sakinləri Nurəddin Əliyev və Ədalət Əliyev xəstəxanaya yerləşdirilmişlər. G.Əhmədovun həyatını xilas etmək mümkün olmamışdır.
Mayın 25-də Bakı şəhər sakini Razi Aslanov sürdüyü “Opel-Vectra” markalı avtomaşını Nəsimi rayonu ərazisindəki Neftçilər prospektində yolun kənarındakı ağaca vurmuşdur. Qəza zamanı R.Aslanov və avtomobilin sərnişini Elman Nəzərəliyev hadisə yerində ölmüşlər.
Faktlarla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]