Azərbaycan Dövlət İnformasiya Agentliyi

Pedaqoji Universitetdə “Türk odası”nın yaradılmasının 15 illiyi qeyd olunub

Bakı, 24 aprel, AZƏRTAC

Aprelin 24-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Türk odası”nın yaradılmasının 15 illiyinə həsr olunan tədbir keçirilib. Mərasimdən öncə ADPU-nun rektoru, professor Cəfər Cəfərov iştirakçılarla görüşüb.

Sonra tədbir iştirakçıları “Türk odası”nın, Türk Araşdırmaları Elmi-Tədqiqat Mərkəzinin, TÜRKSOY kafedrasının fəaliyyəti ilə tanış olublar.

AZƏRTAC xəbər verir ki, ADPU-nun Heydər Əliyev məktəbinin lektoriyasında keçirilən tədbirdə rektor Cəfər Cəfərov universitetdə “Türk odası”nın yaradılmasının 15 illiyinin qeyd edilməsini ali məktəbin həyatında əlamətdar hadisə kimi dəyərləndirib. Vurğulayıb ki, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral ADPU-ya qardaş ölkə ilə təhsil sahəsində əlaqələrin genişləndirilməsində böyük dəstək verir. Bu dəstək, həmçinin “Türk odası”nın fəaliyyətində öz əksini tapır.

Rektor bildirib ki, “Türk odası” ADPU-da 2004-cü ildə Türkiyə səfirliyi tərəfindən yaradılıb. Bu, ADPU-nun fəaliyyəti dövründə universitetdə təşkil olunmuş ilk beynəlxalq qurumdur. Onun yaradılmasını zəruri edən başlıca səbəb ADPU-da müstəqillik dövründə türk xalqları ədəbiyyatı və mədəniyyətinin geniş şəkildə araşdırılması, tədrisi və təbliği sahəsində əldə olunmuş nailiyyətlərlə bağlıdır. Belə ki, 1996-cı ildən sonra Azərbaycan universitetlərinin filologiya fakültələrində tədris planlarına yeni salınmış “Türk xalqları ədəbiyyatı” fənninin tədris proqramı, dərs vəsaiti və dərsliklərinin yazılmasında ADPU-nun göstərdiyi nəticələr digər ali məktəblərlə müqayisədə daha yüksək olub. Qürur hissi ilə qeyd etmək lazımdır ki, ADPU o zaman türk dünyası ədəbiyyatı və mədəniyyəti problemlərinin araşdırılmasında elmi mərkəzə çevrilmişdi. İndi olduğu kimi, həmin dövrdə də əksər universitetlərdə “Türk xalqları ədəbiyyatı” fənninin tədrisi ADPU-nun tədris proqramı, dərs vəsaiti və dərsliklərinə uyğun aparılırdı. Təbii ki, daha böyük uğurlar qazanmaq üçün türk xalqları ədəbiyyatı, geniş mənada isə türk mədəniyyətinin təbliği ilə bağlı universitetdə yeni bir qurumun yaranmasına ehtiyac var idi. Bu məqsədlə professor Elman Quliyevin ADPU-da “Türk odası” adlı qurumun yaradılması üçün Türkiyənin Azərbaycandakı səfirliyinə müraciəti nəticəsiz qalmadı. Qısa zaman ərzində ADPU-da “Türk odası” fəaliyyətə başladı və onun bütün maddi-texniki təchizatı Türkiyə səfirliyi tərəfindən təmin edildi. “Türk odası”nın fəaliyyət proqramı hazırlanarkən türkçülüyün, Türkiyə ədəbiyyatı və mədəniyyətinin, türk dünyası ədəbiyyatı və mədəniyyətinin təbliği istiqamətləri hədəf kimi planlaşdırıldı.

Professor Cəfər Cəfərov vurğulayıb ki, “Türk odası”nın fəaliyyətinin səmərəsini artırmaq üçün, ilk növbədə, türkdilli dövlətlərin bir sıra elmi-mədəni qurumları, universitetləri, ictimai birlikləri və s. ilə əlaqələr quruldu. Bu gün “Türk odası” Türkiyənin Hacettepe, Uludağ, Orxon Qazi, Məhməd Akif Ərsoy, Ege və digər nüfuzlu universitetləri ilə sıx əməkdaşlıq edir. Eyni zamanda, Türk Ocaqlar Birliyi, Türk Dil Qurumu, TÜRKSOY, TİKA ilə yaradılmış əlaqələr “Türk odası”nın qarşıya qoyduğu məqsədlərə çatmasına kömək edir. Həmin qurumlar tərəfindən təşkil olunmuş beynəlxalq konfranslara “Türk odası”nın dəvət edilməsi həm odanın, həm də universitetimizin yeni imic qazanmasına, beynəlxalq nüfuzunun artmasına və beynəlxalq aləmdə tanınmasına mühüm təsir göstərib. Türkiyə, Şimali Kipr, Türkmənistan, Qırğızıstan, Qazaxıstan və başqa türk dövlətlərində təşkil olunmuş elmi-kütləvi tədbirlərdə “Türk odası”nın müntəzəm iştirakı həmin ölkələrdə bu quruma olan diqqət və marağı artırıb. Hazırda “Türk odası” bu ölkələrdə elmi və mədəni qurum kimi tanınır. Qeyd etmək lazımdır ki, Türkiyə səfirliyi və TİKA-nın “Türk odası”na xüsusi qayğısı var. Belə ki, 2004, 2007 və 2016-cı illərdə Türkiyə səfirliyi və TİKA-nın birgə təşəbbüsü ilə “Türk odası”nın texniki avadanlıqla təchiz edilməsi hər iki qurumun, bütünlükdə isə Türkiyə dövlətinin ADPU-ya və onun nəzdində fəaliyyət göstərən “Türk odası”na olan diqqət və marağının təzahürüdür.

“Türk odası”nda zəngin kitabxana yaradılıb. Türkiyənin Azərbaycandakı səfirliyi, Türkiyənin Mədəniyyət Nazirliyi və TİKA-nın birgə layihələri əsasında 2004-cü ildə 1000 kitabın, 2007-ci ildə 500, 2018-ci ildə 350 kitabın “Türk odası”na pulsuz hədiyyə edilməsi “Türk odası” kitabxanasının zənginləşməsinə səbəb olub. “Türk odası” həmin kitabların daha geniş istifadəsini təmin etmək məqsədilə kitabların böyük əksəriyyətini ADPU-nun Kitabxana-İnformasiya Mərkəzinə təqdim edib. “Türk odası” ADPU-da təhsil alan türkiyəli tələbələrlə də əlaqə saxlayır, həmçinin bir sıra tədbirlərin keçirilməsində onlarla birgə iş aparılır.

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral qeyd edib ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra Türkiyə ilə bütün sahələrdə geniş əlaqələr qurub. Bu əlaqələr elm, təhsil və mədəniyyət sahəsində daha sürətlə inkişaf edib. Böyük Mustafa Kamal Atatürk “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” deyib. Ulu öndər Heydər Əliyev isə “Biz bir millət, iki dövlətik” söyləyib. ADPU-da “Türk odası”nın fəaliyyət göstərməsi təqdirəlayiqdir. Bizim belə qurumlara ehtiyacımız var. Belə qurumlar bizim elm, təhsil və mədəniyyət sahəsindəki əlaqələrimizə böyük dəstək verir.

Professor Elman Quliyev “Türk odası”nın 15 ildəki fəaliyyəti haqqında hesabat məruzəsi ilə çıxış edib. O, “Türk odası”nın perspektivlərindən, daha böyük uğurlar qazanmaq naminə yeni layihələr üzərində iş aparıldığından danışıb. “Türk odası”nın bundan sonra da səmərəli fəaliyyəti ilə seçiləcəyinə və ADPU-nun şöhrətini daha da artıracağına ümidvar olduğunu bildirib.

Tədbirdə “Türk odası” ilə bağlı slaydlar təqdim edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Uşaqların erkən yaşlarda sosial şəbəkələrdən istifadə etməsi özünəinam problemlərini dərinləşdirə bilər - MÜSAHİBƏ

® “Lexus RZ” – Elektrikli lüksün yeni erası

“Ümumi istifadədə olan dəmiryol nəqliyyatının infrastrukturunun saxlanması və ondan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Turan Tovuz” kapitanı ilə vidalaşıb

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 21 noyabr tarixli 533 nömrəli Fərmanının icrasının təmin edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Nigeriyada vəbadan ölənlərin sayı 74-ə çatıb

® Qızıl kreditini bu banka gətirənlərə endirim var

Macyar və Orbanın gəlir bəyannamələri: yeni Baş nazir daha varlıdır

Səudiyyə Ərəbistanı və Türkiyə dəmir yolu əlaqələrinin inkişafı ilə bağlı memorandum imzalayıb - YENİLƏNİB

Azərbaycanı güləş üzrə dünya çempionatında iki hakim təmsil edəcək

DÇ-2026: Azarkeşlər ödəniş müqabilində adlarını stadionlardakı monitorlarda nümayiş etdirə biləcəklər

Qazaxıstan və Azərbaycan maliyyə nəzarəti üzrə təcrübə mübadiləsi aparıb

Azərbaycanın kənd təsərrüfatı və qida məhsullarının Çin bazarına çıxış imkanları genişləndiriləcək

Sloveniya Respublikasının Prezidenti Nataşa Pirts Musardan

BDU-da Misir və Azərbaycan Mədəniyyət Günü təşkil olunub

Astanadakı xatirə lövhəsi Qazaxıstan-Azərbaycan dostluğunu xatırladır

Beynəlxalq Enerji Agentliyi: Qlobal elektrik enerjisi istehlakının üçdə ikisi qazıntı yanacaqlarından asılıdır

Premyer Liqanın yeni iştirakçısı 3 futbolçu ilə yollarını ayırıb

Aktiv ƏDV ödəyicilərinin sayı 4,2 faiz artıb

Təcili tibbi yardım əməkdaşları üçün praktiki təlim təşkil olunub

Milli Məclisin növbəti iclasında 10 məsələ müzakirə ediləcək

Dünya çempionatında İran azarkeşləri üçün ayrılan bilet kvotası ləğv edilib

Fidan Hacıyeva: Rəşid Behbudovun repertuarı gənc ifaçılar üçün əsas mənbədir

Uşaq Filarmoniyasında “Nağılılar aləminə səyahət” adlı konsert təşkil edilib

Sosial Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq tədbirlərdə iştirak ediblər

Ülviyyə Bəbirli: Mahnı Teatrı böyük sənətkar Rəşid Behbudovun irsini davam etdirir

Kamil Şahverdiyev: Rəşid Behbudovun zəngin yaradıcılığı və bənzərsiz səsi bu gün də yaşayır

Vyetnamın Baş prokuroru “ASAN xidmət”də

Rusiyaya qarşı 21-ci sanksiyalar paketi: banklar və tankerlər hədəfdədir

Siyasi etimad və strateji tərəfdaşlıq enerji və nəqliyyat layihələrinin davamlılığını təmin edən əsas amildir ŞƏRH

Yaponiyada H3 raketinin növbəti buraxılışı təxirə salınıb

Zərdabda barama təhvilinə başlanılıb - tədarük həcminin bu il də yüksək olacağı gözlənilir

Bank kartı və mobil nömrə ilə identifikasiya - ekspert risklərdən danışıb

Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb VİDEO

Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb VİDEO

BMT ekspertləri Avropa Şurasının miqrasiya bəyannaməsi ilə bağlı narahatlıq ifadə ediblər

Rəşid Behbudovun anım günündə xatirə otağı yeni eksponatlarla zənginləşdirilib

EPIC son illər Azərbaycanda əmək qanunvericiliyi ilə bağlı aparılan islahatlara dair məlumat dərc edib

Naxçıvanın təhsil müəssisələrində yeni laboratoriyalar yaradılıb

Filippindəki zəlzələ 145 mindən çox insana təsir göstərib

Azərbaycan ali təhsilində ilk: UNEC-də APTIS əsaslı ingilis dili imtahanları təşkil olunub

2026-cı ilin mayı tarixə qlobal daşqınlar ayı kimi daxil olub

Türkiyənin ixtisaslaşmış texnologiya şirkətinin nümayəndəsi MEK-in qonağı olub

Azərbaycan və Türkiyə Şərq-Qərb dəhlizinin inkişafında həlledici rol oynayır ŞƏRH

Azərbaycan və Özbəkistan antidopinq agentlikləri arasında əməkdaşlıq memorandumu imzalanıb

Azərbaycanı Millətlər Kubokunda təmsil edəcək boksçular bəlli olub

Qırğızıstan BMT-nin Kağızsız Ticarət Şurasına yenidən sədr seçilib

Londonda təhsil alan azərbaycanlı tələbə: Mənim üçün ən böyük uğur ölkəmə fayda verə bilməkdir - MÜSAHİBƏ

Uşaqların rəqəmsal təhlükəsizliyinin təmin olunması prioritet məsələdir ŞƏRH

Pakistan mənbələri: ABŞ-İran müharibəsinin iki-üç gün ərzində başa çatması ehtimalı çox azdır

Böyük Britaniyaya getmək istəyən 300-dən çox miqrant Liviyada girov götürülüb

Milli Qurtuluşdan Zəfərə aparan şanlı yol

Almaniya və Niderlandda kokain qaçaqmalçılığı şəbəkəsinə qarşı genişmiqyaslı əməliyyat təşkil olunub

“ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən dövlət qulluqçuları üçün təlim təşkil olunub

İndoneziyada Levotobi vulkanı yenidən püskürüb: hava limanı bağlanıb

FHN: Araz çayında batdığı ehtimal olunan şəxsin axtarışları davam etdirilir VİDEO

FHN: Araz çayında batdığı ehtimal olunan şəxsin axtarışları davam etdirilir VİDEO

Kreml Ermənistan seçkilərinin rəsmi nəticələrini gözləyir

İKTA və ICANN internet idarəçiliyinin gücləndirilməsi sahəsində anlaşma memorandumu imzalayıb

Filippində dağıntılar altında sağ qalanların axtarışı davam edir

Deputat: Türk dünyası bizim ailəmizdir

Almaniyada hərbi çağırış yaşında olan ukraynalıların sayı kəskin artıb

Mərkəzi Bank ilin sonunadək "Data Lakehouse" sisteminə keçəcək

Ufuk Turganer: Türk dünyasına mənsub ölkələrin mədəniyyəti ilə tanış olmaq xoş təəssürat yaratdı

Pentaqonun qara siyahısındakı Çin şirkətlərinin sayı 100-ü ötüb

Nüvə silahlarına çəkilən xərclər rekord həddə - 119 milyard dollara çatıb

BDU ilə Misir universitetləri arasında əlaqələr genişlənir

Qadın güləşi üzrə milli komandanın üzvləri yeni antidopinq qaydaları ilə tanış olublar

Səfir: Birlik və qardaşlıq ruhunun yeni nəslə aşılanması böyük əhəmiyyət daşıyır

Qadınlardan ibarət 3x3 basketbol millisinin baş məşqçisi: Dünya Kubokundakı çıxışımızla qürur duyuram

Azərbaycan Gürcüstan iqtisadiyyatına investisiya yatıran ölkələrin siyahısında dördüncüdür

Macarıstan parlamentində miqrasiya mövzusu digər məsələləri kölgədə qoyur

Türkiyədəki “Akkuyu” AES-də nüvə yanacağının yüklənməsi həyata keçirilib

“Türk dünyasına səyahət” - Türk xalqlarının irsi, ortaq mənəvi dəyərləri və qardaşlıq əlaqələri təbliğ olunur

Azərbaycan millisinin futbolçusu zədəsinin müalicəsi üçün Madridə yollanıb

Bu il 87 mindən çox şagird paytaxt məktəblərinin buraxılış siniflərini bitirir

Laçın, Xocavənd və Xocalıda əkin sahələrinin vəziyyəti qiymətləndirilib, sakinlərə məsləhətlər verilib

Çingiz Hüseynzadə: Türkiyə millisi dünya çempionatında bütün rəqiblərə qarşı çox yaxşı mübarizə aparacaq

AzMİU Almaniyada beynəlxalq platformada təmsil olunub

Yaxın Şərqdəki münaqişə Avropa İttifaqının enerji xərclərini 47 milyard avro artırıb

2026-cı ilin ikinci yarısında qızıl, enerji və valyuta bazarlarını nə gözləyir? VİDEO

2026-cı ilin ikinci yarısında qızıl, enerji və valyuta bazarlarını nə gözləyir? VİDEO

Bahar Özsoy: BTQ-nin modernləşdirilməsi Orta Dəhlizin qlobal rəqabət qabiliyyətini əhəmiyyətli dərəcədə artıracaq

Vüsal Xəlilov: Dələduzluğa qarşı mübarizə Mərkəzi Bankın diqqət mərkəzindədir VİDEO

Vüsal Xəlilov: Dələduzluğa qarşı mübarizə Mərkəzi Bankın diqqət mərkəzindədir VİDEO

Vüqar Gülməmmədov: 2025-ci ilin dövlət büdcəsinin icrası prosesində ikili uçot halına rast gəlinməyib

Azərbaycan və Mərkəzi Asiya Fintex assosiasiyaları arasında memorandum imzalanıb

MOK-un vitse-prezidenti: Ronaldunun dünya çempionu olacağını yaşayıb görəcəyik

Belçika plastik qablaşdırma tullantılarının təkrar emalında artım əldə edib

Zakir Nuriyev: Türk dövlətlərində maliyyə inteqrasiyası üçün yeni İşçi qrupları yaradılmalıdır VİDEO

Zakir Nuriyev: Türk dövlətlərində maliyyə inteqrasiyası üçün yeni İşçi qrupları yaradılmalıdır VİDEO

Çingiz Hüseynzadə: Biz çalışırıq ki, Olimpiya hərəkatını təbliğ etməyə davam edək

Azərbaycan Dillər Universiteti ilk dəfə RUR beynəlxalq reytinqində yer alıb

Nazir: Dövlət büdcəsinin gəlir və xərclərinə nəzarət məqsədilə maliyyə hesabatlılıq portalı istifadəyə verilib

Nəsli kəsildiyi düşünülən albatroslar Yaponiyada yenidən çoxalır

AzTU və TAU-dan abituriyentlərə xüsusi təqdimat - rektorla görüş

Baş Prokurorluğun idarə və şöbə rəisləri canlı yayımda sualları cavablandıracaqlar

Şəkidə taxıl biçininə start verilib

Milli Olimpiya Komitəsi ilə “Visa” arasında əməkdaşlıq müqaviləsi imzalanıb VİDEO

Milli Olimpiya Komitəsi ilə “Visa” arasında əməkdaşlıq müqaviləsi imzalanıb VİDEO

Ekspert: Orta Dəhlizin qlobal logistika sistemində çəkisi artır

Sabah hava Bakıda dəyişkən buludlu, bəzi rayonlarda isə fasilələrlə yağıntılı olacaq

Rəsmi Bakının məqsədi regionda sülhə nail olmaq və iqtisadi inkişafa təkan verməkdir

Fransa AASM bombalarının istehsalını 6 dəfə artırır

Çin XİN: Yaxın Şərqdə problemlərin həlli hərbi yolla mümkün deyil