Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Pekində Ulu Öndərin fikirləri əsasında hazırlanmış “Xalq öz dili ilə yaranır” adlı Azərbaycan dili dərsliyinin təqdimatı olub VİDEO

Pekin, 10 may, AZƏRTAC

Azərbaycanın Çin Xalq Respublikasındakı səfirliyində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə dahi liderin doğma dilimiz haqqında söylədiyi kəlamlar əsasında hazırlanan “Xalq öz dili ilə yaranır” adlı Azərbaycan dili dərsliyinin Çin dilindəki nəşrinin təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, Pekindəki diplomatik korpusun təmsilçilərinin, Çin Xarici Dillər Nəşriyyatının rəsmilərinin, Çinin nüfuzlu ali təhsil ocaqlarının müəllim və tələbələrinin, Çində təhsil alan və çalışan azərbaycanlıların iştirak etdikləri tədbirdə əvvəlcə Ulu Öndərin səfirlikdəki büstü önünə gül dəstəsi qoyulub, xatirəsi anılıb.

Azərbaycanın Çindəki səfiri Bünyad Hüseynov həyatını qüdrətli Azərbaycan dövlətinin qurulmasına və inkişafına həsr edən Heydər Əliyevin müasir tarixə müdrik rəhbər, böyük strateq və qlobal düşüncəli siyasi lider kimi düşdüyünü, dahi liderin Azərbaycan xalqını və dövlətini tarixin ağır və sərt sınaqlarından çıxardığını, işıqlı sabahın etibarlı bünövrəsini yaratdığını deyib.

Diplomat Ulu Öndərin istər sovet dövründə, istərsə də müstəqillik illərində Azərbaycan mədəniyyətinin və dilinin qorunmasına, inkişafına xüsusi diqqətlə yanaşdığını vurğulayıb. Bildirib ki, Ümummilli Liderin qətiyyəti ilə 1978-ci ildə Azərbaycan SSR-in Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi qeyd olunub. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xalqının iradəsinə tabe olaraq ölkə rəhbərliyinə qayıdan Heydər Əliyev Azərbaycan dövlətçiliyini məhv olmaqdan xilas edib. Ümummilli Liderin müdrikliyi, qətiyyəti, siyasi bacarığı və çoxillik idarəçilik səriştəsi ilə Azərbaycanda ictimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatda əsaslı dönüş başlanıb, xalqımızın həmrəyliyi və milli birliyi təmin edilib. 1995-ci ildə qəbul edilən Konstitusiyada Azərbaycan dili dövlət dili kimi təsbit olunub. Azərbaycan dilinin siyasi hüquqi statusunun möhkəmləndirilməsi istiqamətində atılan addımlardan biri də Ulu Öndərin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərmanı olub. Ümummilli Liderin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Fərmanı Azərbaycan dilinə, onun inkişafına dövlət qayğısının ən bariz nümunəsidir. Onun təşəbbüsü ilə hər il avqustun 1-i Azərbaycan Əlifbası və Dili Günü kimi qeyd olunur.

Səfir B.Hüseynov Azərbaycan dilinin inkişafı, onun tətbiqi sahəsinin genişləndirilməsi və yad təsirlərdən qorunması, habelə bu dilin saflığı, təmizliyi istiqamətində Heydər Əliyevin yeritdiyi siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. Bildirib ki, bu gün Azərbaycan Respublikası tarixi zəfərlərə imza atır, Azərbaycan xalqı öz tarixinin şanlı səhifələrini yaşayır. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub.

Diplomat görkəmli dövlət xadimi Heydər Əliyevin Çin Xalq Respublikası ilə münasibətlərə verdiyi əhəmiyyətdən danışıb, 1994-cü ildə Çinə rəsmi səfərinin iki dövlət arasında münasibətlərin inkişafı üçün möhkəm təməl olduğunu deyib. O, təqdimatı keçirilən dərsliyin həm Azərbaycan dilinin inkişafı və tanınması, həm də Azərbaycan-Çin xalqlarının dostluğunun möhkəmləndirilməsi və daha da yaxınlaşması istiqamətdə görülən işlərə əhəmiyyətli töhfə olacağını deyib.

Heydər Əliyevin Çin xalqının əski dostu olduğunu vurğulayan Çin Xarici Dillər Nəşriyyatı Administrasiyasının baş redaktorunun müavini xanım Çen Şı bildirib ki, böyük şəxsiyyətin kəlamlarından ibarət Azərbaycan dili dərsliyinin Çində çap olunması çinlilərin Heydər Əliyevə olan xoş xatirələrini özündə əks etdirir, həm də müasir Çin-Azərbaycan mədəni münasibətlərində yeni bir irəliləyişin olduğunu göstərir. Bu cür layihələr xalqlarımızın bir-birini daha dərindən tanımasına, dostluq və əməkdaşlığı möhkəmləndirməyə sövq edir. Çen Şı görkəmli dövlət xadimi Heydər Əliyevin Çin-Azərbaycan münasibətlərinə böyük əhəmiyyət verdiyini, hazırda Sədr Si Cinpin və Prezident İlham Əliyevin uzaqgörən strateji rəhbərliyi altında iki ölkə münasibətlərinin sabit və sağlam şəkildə inkişaf etdiyini bildirib. Qeyd olunub ki, qarşılıqlı siyasi etimad günü-gündən möhkəmlənir, müxtəlif sahələrdə əməli əməkdaşlıq nəticəsində mühüm nailiyyətlər əldə edilir, xüsusilə “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində əməkdaşlıq dərinləşir. O, “Xalq öz dili ilə yaranır” dərs vəsaitinin Çin dilində nəşr olunmasının əhəmiyyətinə toxunaraq çinli oxucuların Heydər Əliyevin kəlamlar vasitəsilə Azərbaycanın rəngarəng mədəni irsinə daha dərindən bələd ola biləcəklərini vurğulayıb.

Pekin Xarici Dillər Universitetinin (PXDU) Asiya fakültəsinin dekan müavini Qu Ciayün, Mərkəzi Millətlər Universitetinin müəllimi Molla Niyazi Turniyazi, PXDU-nun Azərbaycan dili ixtisasının birinci kurs tələbəsi Cu Tiensü yaxşı dost və tərəfdaş olan Çin ilə Azərbaycan arasında əməkdaşlığın hazırda bütün sahələrdə, o cümlədən humanitar istiqamətdə inkişaf etdiyini, Azərbaycanda Çin dili və çinşünaslığa marağın geniş vüsət aldığını, Çində isə Azərbaycan dili ixtisası üzrə kadrlar hazırlandığını diqqətə çatdırıblar. “Azərbaycan dili” dərsliyinin təkcə Çinlə Azərbaycan arasında təhsil əlaqələrinə deyil, eyni zamanda Çində Azərbaycan dilli kadrların yetişdirilməsinə, ixtisasın təşkilinə böyük yardım edəcəyini, iki xalqın humanitar əlaqələrində yeni bir səhifə açdığını vurğulayıblar.

Azərbaycan Turizm və Menecment Universitetinin prorektoru, Azərbaycan dili dərsliyinin müəllifi, professor İranə Əliyeva bildirib ki, Heydər Əliyevin dərsliyin məzmununu təşkil edən hikmətli kəlamları dərin məna, müdriklik, təcrübə və yüksək mənəviyyat nümunəsidir. Əcnəbi tələbələr Azərbaycan dilini Heydər Əliyevin kəlamlarından öyrənməklə öz lüğət ehtiyatlarını genişləndirəcək, dil biliklərini təkmilləşdirərək, eyni zamanda, Azərbaycan xalqının mədəniyyətini, tarixini və dəyərlərini daha yaxşı dərk edə biləcəklər.

Sonra azərbaycanlı və çinli tələbələr Azərbaycan mahnılarını ifa ediblər.

Qeyd edək ki, “Xalq öz dili ilə yaranır” adlı Azərbaycan dili dərsliyini Çin dilinə PXDU-nun Azərbaycan dili kafedrasının müdiri filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyev tərcümə edib.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Pekində Ulu Öndərin fikirləri əsasında hazırlanmış “Xalq öz dili ilə yaranır” adlı Azərbaycan dili dərsliyinin təqdimatı olub VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin rəsmiləri Ankarada görüşlər keçirəcəklər

Əlli il sonra yenidən bir arada - ADPU-da məzunlarla görüş

Numan Kurtulmuş: Azərbaycanla həmrəyliyimiz və birliyimiz əbədi olacaq

Müstəqillik Gününü İstanbulda böyük coşqu ilə qeyd edilib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı şəhərində 15 çoxmənzilli binada təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olublar YENİLƏNİB

Müstəqillik Günü və Silahlı Qüvvələr Günü münasibətilə Vyanada rəsmi qəbul keçirilib

28 May - Müstəqillik Günü Bosniya və Herseqovinada qeyd olunub

Köndələnçay su anbarlarında 11 milyon kubmetrdən çox su ehtiyatı yığılıb

Nardaran bağ massivi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq

Cevdet Yılmaz: Azərbaycanlı qardaşlarımızın coşqusunu ürəkdən bölüşürəm

Dördqat dünya çempionu: Rafael Ağayevlə eyni pillədə olmaq fəxrdir

Bakıda həftənin sonunadək hava şəraiti sabit keçəcək, rayonlarda intensiv yağıntılar olmayacaq

Ağdam rayonunun Şotlanlı kəndinin təməli qoyulub YENİLƏNİB

BSU-da 28 May - Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı şəhərinə köçən sakinlərlə görüşüblər YENİLƏNƏCƏK

TÜRKSOY-un Baş katibi Sultan Raevdən

Türkiyənin Milli Müdafiə Nazirliyi: “Bir millət, iki dövlət” anlayışı ilə hər zaman bir olmağa davam edəcəyik

Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçsdən

Prezident İlham Əliyev Ağdam rayonunun Nəmirli kəndinin təməlini qoyub YENİLƏNİB

Ağdam rayonunun Güllücə kəndinin təməli qoyulub YENİLƏNİB

Selçuk Bayraktar: Birliyimiz və həmrəyliyimiz əbədi olsun

Prezident İlham Əliyev Ağdam rayonunun Tağıbəyli kəndinin təməlini qoyub YENİLƏNİB

General-mayor Dadaş Rzayev son mənzilə yola salınıb

Peruca Universitetində Azərbaycan - İtaliya münasibətləri mövzusunda tədbir keçirilib

Ağdamda mina partlaması nəticəsində xəsarət alan ANAMA əməkdaşının vəziyyəti açıqlanıb

Sabah Bakıda 24-29 dərəcə isti olacaq, rayonlarda bəzi dağlıq ərazilərdə yağış yağacaq

Azərbaycanın paraatletika üzrə milli komandası Vətənə dönüb VİDEO

Baş Prokurorluq: Ağdamda ANAMA əməkdaşının minaya düşməsi faktı ilə bağlı araşdırma aparılır

Nizami rayonunda 4 min manatlıq lotereya biletləri oğurlayan şəxs saxlanılıb

Azərbaycanın Müstəqillik Günü Təl-Əviv şəhərində qeyd edilib

28 May - Müstəqillik Günü münasibətilə Dövlət Sərhəd Xidmətində silsilə tədbirlər keçirilib

Macarıstanın Prezidenti Tamaş Şuyokdan

İtaliya Respublikasının Prezidenti Sercio Mattarelladan

Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun direktoru Qriqori Trubnikovdan

Botanika İnstitutu və Azərbaycan Dövlət Pedaqoji Universiteti əməkdaşlığa başlayır

Moldova Respublikasının Qaqauziya Muxtar Ərazi Qurumunun (Qaqauz Yeri) rəhbəri Yevgeniya Qutsuldan

GUAM-ın Baş katibi Altay Əfəndiyevdən

“Ukrayna Azərbaycanlıları Alimlər Şurası” İctimai Təşkilatının sədri Arif Quliyevdən

Ulu Öndər Heydər Əliyevin Tbilisidəki abidəsi ziyarət olunub

Kanadalı deputat parlamentdə Azərbaycanın Müstəqillik Günü münasibətilə çıxış edib

Hacıqabulda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü aşkarlanıb

Türkiyə XİN: Azərbaycanlı qardaşlarımızın qürur və coşqusuna ürəkdən qatılırıq

FHN: Ötən gün 5-i azyaşlı olmaqla 7 nəfər xilas edilib

Azərbaycanın Müstəqillik Günü Astana şəhərində də qeyd olunub

Tozlu hava şəraiti davam edir

Milli Məclisin sədri İnkişaf etməkdə olan kiçik ada dövlətləri ilə bağlı beynəlxalq konfransda iştirak edib

Müdafiə Nazirliyi 28 May - Müstəqillik Günü münasibətilə videoçarx hazırlayıb VİDEO

Dövlət Komitəsi erkən uşaqlıq dövründə inkişafla bağlı üçgünlük təlimlərə başlayıb

DİN: Dələduzluğa görə axtarışda olan 8 nəfər saxlanılaraq istintaqa təhvil verilib

Ağdamda mina partlayışı olub: ANAMA-nın əməkdaşı xəsarət alıb

28 May - xalqımızın qürur və şərəf tarixi

Ötən gün təhvil götürülən silah-sursatın sayı açıqlanıb

Əlcəzairdə Azərbaycanın Müstəqillik Günü qeyd edilib

DİN: Ötən gün cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanılıb

Cümhuriyyət dövründə dil məsələlərinə xüsusi diqqət yetirilməsi xalqımızın tarixində əhəmiyyətli iz qoyub

Blinken Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib

Professor Musa Qasımlı: Bu il Cümhuriyyətin ildönümü tamamilə fərqli bir əhvali-ruhiyyədə qeyd olunur

Keniya Respublikasının Prezidenti Uilyam Samoi Rutodan

Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessodan

Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqillik Günü ilə bağlı paylaşım edib

Azərbaycan Xalq Cümhuriyyəti – 106 il: Dövlət müstəqilliyi ən böyük dəyərimiz və sərvətimizdir

Adrian Efros: Azərbaycan beynəlxalq arenada öz mövqeyini möhkəmləndirmək üçün güclü bacarıq nümayiş etdirib VİDEO

Bu gün Xalq artisti Habil Əliyevin doğum günüdür

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi

Azərbaycan gimnastı: Rəqabət bizi qorxutmur, əksinə daha güclü edir

İsveçin təhsil naziri: Məktəblərimizdə cinayətkarlar çalışır

Səməd Seyidov Rusiya Federasiya Şurası sədrinin müavini ilə görüşüb

“Qız qalası əfsanəsi” filminin 100 ili tamam olur

“Google”un törəmə şirkəti Hindistanda PUA istehsalına başlamağı planlaşdırır

Yığma üzvü: Nəticəmizi dəstək sayəsində əldə etdik

Qulaq təmizləyici çöpdən istifadə infeksiyaya səbəb ola bilər

Bakı və Moskva Rusiyanın Xankəndidə baş konsulluğunun yaradılması məsələsini müzakirə ediblər

Qum fırtınası haqqında bilmədiklərimiz

Avropa çempionatında çıxışını başa vuran qrup hərəkətləri üzrə Azərbaycan komandası Vətənə qayıdıb VİDEO

Malta və Kosovo NATO Parlament Assambleyasına assosiativ üzv qəbul edilib

Türkiyədə Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140-cı ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

Bakıda Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş mühazirə təşkil olunub

Gənc gimnastlar: Azərbaycanı Avropa çempionatında təmsil etmək əla hissdir

Bakıdakı Rus evində “Slavyan yazısı və mədəniyyəti günü” qeyd edilib

Zaqatalada 44 yaşlı qadın qətlə yetirilib

Azərbaycan Prezidenti: “Yaşıl dünya naminə həmrəy olaq” şüarı bizim COP29 missiyamızın ruhunu əks etdirir

Prezident: İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin səslərinin yüksək və aydın eşidilməsi üçün əlimizdən gələni edəcəyik

Prezident İlham Əliyev: Azərbaycan həmişə İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin legitim maraqlarını və narahatlıqlarını müdafiə edib

Türk Dövlətləri Təşkilatı 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycanı təbrik edib

İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin “Dayanıqlı firavanlıq üçün istiqamətin müəyyən olunması” mövzusunda 4-cü Beynəlxalq Konfransının iştirakçılarına

Yığmanın məşqçisi: Vətənə medalla dönmək qürurverici hissdir

Budapeştdə Azərbaycanın Xalq rəssamı Arif Hüseynovun fərdi sərgisi açılıb

Azərbaycan millisinin yoldaşlıq oyunları üçün heyəti açıqlanıb

Azərbaycanın dörd idmançısı Batumidə keçirilən turnirin qalibi olub

Prezident İlham Əliyev Müstəqillik Günü münasibətilə paylaşım edib

Səfir: Azərbaycanın COP29-a ev sahibliyi etməsi ölkəmizin və bütün region üçün mühüm mərhələdir

Laçında 32 ildən sonra keçirilən futbol yarışının qalibi müəyyən olub

Autizmli şəxslər üçün sosial xidmətlərin Malta modeli ilə tanışlıq səfəri olub

Azərbaycan diplomatları Cümhuriyyətin qurucularının Fransadakı məzarlarını ziyarət ediblər VİDEO

Nizami Kino Mərkəzində “Qarabağın cizgiləri” adlı sərgi açılıb

28 May - Müstəqillik Günü Bişkekdə qeyd olunub

Avropa çempionatında uğurlu çıxış edən Azərbaycan gimnastları Vətənə dönüblər VİDEO

Bakı İlahiyyat Kollecinin loqosunun müəyyən edilməsi üçün müsabiqə elan olunur

Vəkillərin lazımi biliyə və peşə hazırlığına yiyələnmələrinə diqqət yetirilir