PENSİYALAR İNDEKSASİYA OLUNACAQ
Milli Məclisin sosial siyasət daimi komissiyasının sədri Hadı Rəcəbli AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, sovet dövründə pensiyaya çıxmış vətəndaşların 640 min nəfərinin pensiyası indeksasiyalaşdırılmışdır. Lakin komissiyaya ərizələr daxil olmaqdadır. Son 8 ildə pensiyalarla bağlı 8 min 200 şikayət ərizəsi alınmışdır. 1989-1993-cü illərdə pensiyaya çıxmış bu adamların pensiyaları o vaxtlar aldıqları əmək haqqına uyğun hesablanmışdır. Onların da pensiyaları indeksasiyalaşdırılmalıdır. Komissiya ərizə və şikayətləri qanunauyğun hesab edərək əlaqədar təşkilatlara müraciət etmişdir.
Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov müxbirimizlə söhbətində demişdir ki, həqiqətən də, pensiyaları hələ də indeksasiyalaşdırılmamış şəxslər qalmaqdadır. Hazırda bu məsələ ilə bağlı yeni qanun layihəsi hazırlanır və yaxın vaxtlarda parlamentə təqdim olunacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.04.2025 [16:34]
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
- 17.04.2025 [15:57]