SİYASƏT
Peru paytaxtı Limanın mərkəzində Azərbaycanın Zəfər Günü təntənəsi VİDEO
Bakı, 8 noyabr, AZƏRTAC
Azərbaycan səfirliyinin təşəbbüsü və yerli icra hakimiyyəti orqanlarının dəstəyi ilə Perunun paytaxtı Lima şəhərinin ən populyar "Circuito Mágico Del Agua" mərkəzi parkının musiqili fəvvarələri xüsusi lazer işıqlandırma texnologiyası ilə Zəfər Gününə həsr olunmuş videoproyeksiya nümayiş olunub, park Azərbaycan Bayrağının rənglərinə bürünüb.
AZƏRTAC-a səfirlikdən verilən məlumata görə, parkı ziyarət edən minlərlə şəhər sakininə Azərbaycanın Zəfər Günü, işğaldan azad edilmiş torpaqlarında aparılan genişmiqyaslı bərpa işləri, "Xarıbülbül" beynəlxalq musiqi festivalı, eləcə də ölkəmizin tarixi, mədəniyyəti və incəsənəti barədə videoçarxlar nümayiş etdirilib. Azərbaycan bəstəkarlarının musiqiləri səsləndirilib.
Nümayiş parkın çoxsaylı qonaqları tərəfindən böyük maraqla qarşılanıb.