Peruda otelin divarının uçması nəticəsində azı 15 nəfər ölüb
Bakı, 27 yanvar, AZƏRTAC
Perunun Abankay vilayətində otelin divarının uçması çoxsaylı insan tələfatına səbəb olub.
AZƏRTAC xəbər verir ki, ölkənin mülki müdafiə institutunun Twitter səhifəsində yerləşdirdiyi məlumata görə, hadisə nəticəsində azı 15 nəfər ölüb, 29 nəfər isə yaralanıb.
RPP radiostansiyası bildirib ki, insident “Alambra” otelində toy mərasimi zamanı baş verib. Zərərçəkənlərin hamısı toya gələn qonaqlardır. Mərasimin keçirildiyi salonda ümumilikdə 100-ə yaxın insan olub.
İlkin məlumata əsasən, divarın uçmasına regionda son günlər müşahidə edilən güclü yağışlar səbəb ola bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [16:33]
Nigeriyada vəbadan ölənlərin sayı 74-ə çatıb
- 09.06.2026 [16:21]
Macyar və Orbanın gəlir bəyannamələri: yeni Baş nazir daha varlıdır
- 09.06.2026 [15:45]
Rusiyaya qarşı 21-ci sanksiyalar paketi: banklar və tankerlər hədəfdədir
- 09.06.2026 [15:44]
Yaponiyada H3 raketinin növbəti buraxılışı təxirə salınıb
- 09.06.2026 [15:30]
Filippindəki zəlzələ 145 mindən çox insana təsir göstərib
- 09.06.2026 [15:20]