Azərbaycan Dövlət İnformasiya Agentliyi

Peşə bayramını qeyd edən travmatoloq: Həyatlarını xilas edə bilmədiyimiz cavan xəstələr bizə ağır təsir edir, yaddaşımızdan silinmirlər VİDEO

Peşə bayramını qeyd edən travmatoloq: Həyatlarını xilas edə bilmədiyimiz cavan xəstələr bizə ağır təsir edir, yaddaşımızdan silinmirlər VİDEO

Bakı, 20 may, Günel Türksoy, AZƏRTAC

Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun baş həkimi, baş direktorun müalicə işləri üzrə müavini Nizami Məmmədov mayın 20-si travmatoloqların peşə bayramı - Ümumdünya Travmatologiya Günü ilə əlaqədar AZƏRTAC-a müsahibə verib. O, institutun Azərbaycan səhiyyəsindəki rolu, burada aparılan elmi araşdırmalar və cərrahi əməliyyatlar, gündəlik müraciətlər, Vətən müharibəsində həkimlərin fəaliyyəti və digər məsələlərlə bağlı sualları cavablandırıb. Müsahibəni təqdim edirik.

- Əvvəlcə peşə bayramınız münasibətilə sizi təbrik edirik. İlk sualım belədir ki, Azərbaycan səhiyyəsində Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun rolunu necə qiymətləndirirsiniz?

- Təşəkkür edirəm ki, travmatoloq və ortopedlərlə maraqlanırsınız. AZƏRTAC olaraq bizə verdiyiniz dəyər üçün çox sağ olun. Travmatoloqların Azərbaycan səhiyyəsində rolu böyükdür. Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun da bu sahədə rolu əvəzolunmazdır. Bu institut travmatoloqların gələcək inkişafında, onların formalaşmasında böyük əhəmiyyət kəsb edir. Bilirsiniz ki, baş vermiş avtoqəzalarda, sınıqlarda, çıxıqlarda, müharibə dövründəki travmalarda bizim fəaliyyətimiz daha çox yada düşür. Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu 1946-cı ildən fəaliyyət göstərir. Əvvəllər bura daha çox müharibədən sonra əlillərin sağlamlıq vəziyyətinin bərpası üçün nəzərdə tutulmuş bir yer olub. Sonradan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu kimi fəaliyyət göstərib. Zamanla institutun strukturunda restrukturizasiyalar və daha da dar sahələr üzrə ixtisaslaşmalar həyata keçirilib. Yaradılmış bir sıra şöbələr sonradan dövrün və elmin tələblərinə uyğun olaraq daha dar sahələrdə ixtisaslaşmış bir neçə şöbə şəklində formalaşıb. Hazırda institutda 9 klinik şöbə fəaliyyət göstərir. İnstitut, həmçinin elmi baza olaraq həm elmi araşdırmaların aparılması, həm də Azərbaycan Tibb Universitetinin tələbələrinin rezidentura təhsili sahələrində aktiv iştirak edir. Burada ən son müalicə üsulları tətbiq olunur. Respublikanın hər yerindən: ucqar rayonlardan, kəndlərdən ağır travmalı, xüsusi spesifik travmatoloji və ortopedik müalicə tələb olunan xəstələr instituta müraciət edirlər. Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda Azərbaycan travmatologiyasının əsasını qoyan insanlar çalışır. Eyni zamanda, burada yetişdikdən sonra respublikanın rayonlarında fəaliyyət göstərən çoxsaylı həkimlər var. İnstitutda ənənəvi və müasir müalicə üsulları tətbiq edilir. Burada xüsusi avadanlıqların, müasir texnologiyanın tələb olunduğu məsələn, artroplastika, endoskopik əməliyyatlar, eləcə də, bir sıra sümük patologiyalarının yaratdığı xəstəliklərin və sınıqların müalicəsi də həyata keçirilir.

- Son illər institutda hansı yeniliklər olub?

- Azərbaycanda ilk olaraq Artroplastika şöbəsi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda tibb elmləri doktoru İlqar Qasımovun rəhbərliyi ilə yaradılıb. Digər özəl və dövlət xəstəxanalarında mövcud olan vahid Travmatologiya şöbəsi burada Artroplastika və oynaqların artroskopik cərrahiyyə, Travmatologiya, Əl cərrahiyyə və yaralar, Uşaq ortopediya və travmatologiya və Böyüklərin ortopediya şöbələri kimi fəaliyyət göstərir. Bunlar əsas şöbələrdir. Eyni zamanda, institutda Əməliyyatxana və reanimasiya, Klinik laboratoriya, Radiologiya, Kardiologiya, Terapiya, Təcili tibbi yardım, Poliklinika kimi yardımçı şöbələr var. Bundan başqa, müasir səhiyyənin və sığorta sisteminin tələb etdiyi Xəstə xidmətləri şöbəsi də fəaliyyətdədir. Sümük bankı və tədqiqatların həyata keçirilməsi üçün əvvəllər mövcud olmuş laboratoriya hazırda yoxdur. Bu, keçid dövründə yaranan çoxsaylı sosial problemlərlə əlaqədar olsa da, gələcəkdə biz bu laboratoriyaların və təcrübənin aparılması üçün lazım olan sahənin yaradılmasını planlaşdırırıq. 2017-ci ildə Səhiyyə Nazirliyinin dəstəyi ilə böyük əməliyyatxana və Reanimasiya şöbəsi təmir edilərək istifadəyə verilib. Hazırda institutda 8 əməliyyatxana fəaliyyət göstərir. Burada gün ərzində 30-40 xəstənin cərrahi əməliyyatı həyata keçirilir. Demək olar ki, institut ən müasir texniki avadanlıqlarla təchiz edilib. Burada 3 müasir rentgen müayinə aparatı, ən son kompüter tomoqrafiya cihazı, əməliyyatların həyata keçirilməsi üçün 3 skopiya cihazı da var. Laboratoriya müasir biokimya və ifa üsulu ilə analizlərin aparılması üçün aparatlarla təmin olunub Bu il Səhiyyə Nazirliyi tərəfindən institutun 2-ci binasının əsaslı təmir edilməsi, həmçinin 1.5 tesla MRT və əlavə olaraq 1 skopiya cihazları, eləcə də bütün fizioterapiya avadanlıqları ilə təmin edilməsi nəzərdə tutulur.

- İnstitutda həm də elmi araşdırmalar aparılır. Bilmək istərdik ki, son illər institutda hansı yeni elmi-cərrahi metodlar tədqiq edilib?

- İnstitutumuzda elmi araşdırmalar hər zaman aparılıb. Artroplastika şöbəsində endoprotez əməliyyatlardan sonra anadangəlmə çıxıqlarla və diz oynağının xüsusi patologiyası hallarında endoprotezləşmə zamanı yaranan problemlərin həlli ilə bağlı araşdırmalar həyata keçirilir. Bilirsiniz ki, ölkəmizdə anadangəlmə çıxıqlarla doğulan xəstələrin sayı çoxluq təşkil edir. Çıxıqlarla əlaqədar müraciət edən xəstələrdə nəticələrin analizi ilə bağlı müasir avadanlıqların tətbiqi ilə aparılan endoprotezləşmə əməliyyatından sonra oynaq hərəkət, həcminin klinik funksional göstəricilərlə bağlı elmi araşdırma aparılıb. Eyni zamanda, Travmatologiya, Ortopediya, Uşaq ortopediya və travma, Əl cərrahiyyə və yaralar şöbələrində müxtəlif bu tipli klinik işlər həyata keçirilir. Alimlərimiz davamlı olaraq xarici ölkələrdə elmi konfrans və konqreslərdə çıxış edirlər. Onların apardıqları elmi araşdırmalar xarici və yerli elmi jurnallarda dərc olunur. Beləliklə, alimlərimiz Azərbaycan travmatologiya və ortopediya elminə öz töhfələrini verirlər. Azərbaycanda elmi araşdırmaların aparılması və gənc həkimlərin bu işlərə cəlb edilməsi istiqamətində böyük işlər görülür. Buraya alimlərin və klinik fəaliyyət göstərən həkimlərin bir qrupda cəmlənməsi, institutdakı həkimlərin elmi işlərə aktiv qoşulması, eyni zamanda, institutdan kənarda işləyən savadlı həkimlərimizin elmi fəaliyyət sahəsində də fəal çalışması aiddir.

- Travmatologiya və ortopediyada hansı əməliyyatlar daha ağır hesab olunur?

- Stasionar müalicə tələb edən xəstələrimiz orta və ağır xəstə qruplarına aiddirlər. Təbii ki, əməliyyatlar həcminə görə kiçik, orta və böyük kimi qiymətləndirilə bilər. Bizim institutda aparılan bütün əməliyyatlar demək olar ki, orta və böyük həcmlidir. Bunlara çanaq və bud sınıqları, oynaq qığırdaqlarının aşınması, skolioz əməliyyatları, onurğada olan deformasiyalar daxildir. Gündəlik ən çox əl travmalarına rast gəlinir. Yüngül travma alanlara təcili yardım göstərilir və onlar ambulator nəzarətə buraxılırlar. Ağır travmalı xəstələr üçün isə stasionar müalicə təyin olunur, müalicə həkimi, şöbə müdiri və bir sıra digər elmi işçilərlə müzakirə edilərək cərrahi əməliyyatlar həyata keçirilir.

- Bəs, xəstələr ən çox hansı travmalarla bağlı instituta müraciət edirlər?

- İnstituta ambulator müraciət edənlər çoxdur. Təbii ki, bu xəstələr özləri yeriyə bilən, fiziki aktiv insanlardır. Amma hər hansı bir oynağında və ya bədənin digər hissəsində patologiyası var. Buna qığırdaq, vətər, sümük zədələnmələri daxildir. Gün ərzində bizə 200-ə yaxın kəskin travması olan xəstə müraciət edir. Bununla yanaşı, təcili müraciət edən və təcili tibbi yardım maşını ilə gətirilən xəstələrə də xidmət göstəririk.

- Travmatologiyada “qızıl saat” anlayışının mahiyyəti barədə məlumat verməyinizi istərdik...

- Tutaq ki, xəstə hər hansı bir travmadan sonra xəstəxanaya müraciət edir. Bu zaman müəyyən vaxtda onun həyatı xilas oluna bilər. Bu anlayış da bununla bağlıdır. Yaxud bir xəstə amputasiya edilmiş vəziyyətdə təcili xəstəxanaya çatdırılır. Onun yarasının, damar və sinirlərinin bərpası təmin olunmalıdır. Bu işlər geciksə, arzuolunmaz nəticələr baş verə bilər. Ona görə müəyyən vaxt ərzində xəstənin xəstəxanaya çatdırılması çox vacibdir.

- Yeri gəlmişkən, bəzən digər nəqliyyat vasitələrini idarə edən sürücülərin biganəliyi və ya hansısa səbəblərdən təcili tibbi yardım maşınlarının yollarda rahat hərəkət edə bilməməsinin şahidi oluruq. Bu baxımdan nə demək istərdiniz ki, xəstələrin həyatını vaxtında xilas edə biləsiniz...

- Əslində, travma alan xəstəyə ilk yardım onun yanındakı şəxsdən başlayır. Bunlara travmalı şəxsə ilkin tibbi yardımın göstərilməsi, təcili tibbi yardım maşınının çağırılması, həyati göstəricilərin yoxlanılması, lazım gələrsə, avtomobildə sıxılmış şəxsin düzgün şəkildə xilas edilməsi və digər tədbirlər aiddir. Təbii ki, təcili tibbi yardım maşınlarına sürücülər tərəfindən hər zaman yol verilməlidir. Təcili tibbi yardım maşınının içərisində həyatla mübarizə aparan xəstə, ona kömək edən həkim və tibb personalın olduğu unudulmamalıdır. Onlar insan həyatını xilas etmək üçün tələsirlər. Ona görə də sürücülərdən bu məsələdə daha diqqətli davranmalarını xahiş edirəm. Ağır travmalı xəstənin xəstəxanaya vaxtında çatdırılması onun həyatının xilası üçün olduqca vacibdir.

- İnstitutun iş yükü barədə nə deyə bilərsiniz?

- İnstitutun bütün şöbələri təcili tibbi yardım üçün müraciət edən xəstələrin müalicəsinin aparılması, ilkin və sonrakı mərhələ müalicəsinin həyata keçirilməsi, ixtisaslaşmış tibbi yardımın göstərilməsi üçün günün bütün saatlarında hazırdır. Bu, iş yükümüzə o qədər də təsir etmir. Ambulator müraciətlərin sayı isə həddindən artıq çoxdur. Bu, iş yükümüzü iki-üç dəfə artırır. Məsələn, gün ərzində 400-450 nəfərə rentgen müayinəsi göstərilir. Rentgen üçün xüsusi personalımız olsa da, bu göstərici gündəlik limiti aşır. Buna baxmayaraq, instituta müraciət edən hər kəsə xidmət göstəririk, bunun üçün bütün heyətimizi işə cəlb edirik.

- Müraciət edən xəstələrə vaxtında xidmət göstərilməsi də vacib şərtlərdəndir. Bu işin öhdəsindən necə gəlirsiniz?

- Stasionar şəraitdə müalicə edilən xəstələrimizə xidmətlə bağlı hər hansı gecikmələr baş vermir. Bir xəstənin əməliyyatının gec aparılması mümkün deyil. Bunun üçün xəstənin hər hansı problemi olmalıdır ki, o, əməliyyata alınmasın. Şöbələrə daxil olan xəstələrin 99 faizini əməliyyat edirik. Bir-iki hal ola bilər ki, əməliyyatın icra edilməsi mümkün olmasın, yaxud cərrahi əməliyyatın aparılması məqsədəuyğun hesab edilməsin. İnstitutun kifayət qədər: 513 nəfər personalı var. Onlardan 75-i həkimdir. Onların da 50 faizi aktiv cərrahi əməliyyatla məşğuldurlar. Onu da qeyd edim ki, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna I və II Qarabağ müharibələrində, Aprel döyüşlərində yaralanan qazilərimiz müraciət edirlər. Onların davamlı müayinə prosesi burada aparılır, son mərhələ müalicə metodları tətbiq olunur. Biz qazilərimizə xidmət etməkdən qürur duyuruq. Şəhid ailələrinə və qazilərimizə göstərilən tibbi xidmətlərə xüsusilə nəzarət edirik. Onların müraciətləri dərhal həllini tapır. Bu bizim borcumuzdur!

- Hazırda institutda neçə xəstə stasionar şəraitdə müalicə alır?

- 100 nəfər xəstə hazırda stasionar şəraitdə müalicə alır. Xəstələr gəlir, cərrahi əməliyyat olunur, vəziyyətləri normallaşandan sonra evə buraxılırlar. Bəzən xəstələrin 3-4 həftə burada müalicə edilməsi lazım gəlir. Ağır komada olan, yəni, çoxprofilli həkim tələb edən xəstələr bizim xəstələrimiz hesab olunmurlar. İl ərzində təxminən 6 minə yaxın ağır cərrahiyyə əməliyyatını icra edirik. Bu da ay ərzində təxminən 500 xəstənin əməliyyat olunması deməkdir. Bu göstəricinin yüksək olması tibbi sığortanın tətbiqi ilə bağlıdır. Vətəndaşlar üçün tibbi sığorta tətbiq edilməmişdən əvvəl bu göstərici iki dəfə aşağı idi. Qeyd edim ki, bizə əcnəbilər də müraciət edirlər. Məsələn, az öncə bir ingilisi əməliyyat etdik. O dedi ki, həmin əməliyyat Böyük Britaniyada çox baha olduğu üçün bizə müraciət edib. Ümumilikdə gündə 3-4 əcnəbi əməliyyat üçün instituta gəlir. Ən çox Gürcüstan, Rusiya, Türkiyə vətəndaşları tərəfindən bizə müraciət olunur. Əcnəbilərin icbari tibbi sığortası olmadığı üçün onlara pullu tibbi xidmət göstərilir ki, bu da elektron ödəniş hesabına həyata keçirilir.

- Pasiyentləriniz arasında başqa xəstəxanalarda əməliyyat edilən və narazı qaldığı üçün instituta müraciət edənlər olur?

- Praktikada belə hallara çox rast gəlirik. Ümumiyyətlə, xəstəxanadan xəstəxanaya vəziyyət dəyişir. Başqa yerdə əməliyyat olunub fəsadlaşma halında bizə müraciət edən xəstələrin sayı çoxdur. Bu müraciətlər bir neçə səbəbdən baş verir. Özəl tibb müəssisələrində əməliyyat xərclərinin çoxluğu, fəsad yarandıqda bir neçə dəfə əməliyyat olunduğuna görə həkimə inamın itməsi, vətəndaşın sığorta sistemindən yararlanmaq istəyi və ən önəmlisi - xüsusi peşəkarlığı ilə seçilən həkim komandasının institutda olması bu işə zəmin yaradır.

- Bəs, institutda əməliyyat olunub, fəsadlaşma riski yaşayan xəstələr var?

- İl ərzində əməliyyat etdiyimiz xəstələrin vəziyyəti ilə bağlı bir faizə yaxın fəsadlaşma riski mövcuddur. Belə bir risk dünyanın hər yerində var. Bu cür hallarda xəstələrin müalicəsini yenidən həyata keçiririk. Ümumiyyətlə, fəsad olduqda bunu geniş müzakirəyə çıxarmaq, ixtisaslı həkimlərin iştirakı ilə xəstələrin sonrakı müalicəsini planlaşdırmağın ən effektli müalicə üsulu olduğunu düşünürük. Xəstələrin sağalması fərqli anlayışdır. Yəni, xəstəni evə buraxmaq hələ o demək deyil ki, o sağlamdır. Belə bir statistik analizin aparılması üçün hər zaman elmi tədqiqatlar aparılır. Bu işə nəzarətin yalnız institut deyil, digər qurumlar tərəfindən həyata keçirilməsi də doğru olardı. Məsələn, Norveç artroplastika qeydiyyatı dünyada tanınmış bir sistemdir. Bu sistemdə cərrahi əməliyyat keçirmiş xəstələrin məlumatlarının toplanması sonrakı dövrlərdə analizlərin statistik təhlilini asanlaşdıran və fəsadların qarşısını alan yolların işlənib hazırlanmasına kömək edir. Əvvəllər İnstitutun Tədris metodik şöbəsində bu işlərlə bağlı geniş araşdırma aparılırdı. İndi isə bunların həyata keçirilməsi üçün ciddi proqram təminatına ehtiyac yaranır. Belə qeydiyyat sistemlərinin qurulması isə günün tələbidir. Çünki yaşadığımız əsr texnologiya dövrüdür.

- Xəstələrin institutdan məmnunluq səviyyəsi necədir?

- Əvvəllər institutda Keyfiyyətə nəzarət şöbəsi var idi. Onların işi xəstə məmnuniyyətinin qeydə alınması ilə bağlı idi. Amma bu, özünü doğrultmadı. Hesab edirəm ki, bu məsələ ilə bağlı başqa üsullardan istifadə olunmalıdır. Bilirsiniz, müraciət edən xəstələrin sayı çoxdur, biz onların məmnun qalmasına çalışırıq. Amma xəstələrin hamısını məmnun etmək mümkün deyil. Bəzən yer çatışmazlığı, iş yükünün çox olması, yaxud institutla əlaqəli olmayan digər bir səbəbdən keyfiyyət haqqında yanlış informasiya formalaşır. Bu hal digər sahələrdə olduğu kimi, bizim sahədə də mövcuddur. Hər yerdə bu problemlərlə qarşılaşa bilərsiniz. Fikrimcə, düzgün müalicə və sağlamlığa qovuşma xəstə üçün ən böyük məmnunluq hesab edilməlidir.

- Vətən müharibəsi zamanı institutun həkimləri, o cümlədən də siz ön cəbhədə xidmət etmisiniz...

- Vətən müharibəsində həkimlərimizin əksəriyyəti ön cəbhədə idi, sentyabrın 27-dən yaralılara ilkin tibbi yardım göstərirdik. İnstitutda yaşlı professorlar və qocaman həkimlər qalmışdılar. Sentyabrın 27-si səhər mən də Ağdamda idim. Biz Quzanlıda xəstəxanada idik. Bir gün orada qaldıqdan sonra məni Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına apardılar. Orada çoxlu yaralı var idi. Ağır yaralılar həmin xəstəxanaya gətirilirdilər. Ön cəbhədə yaralılara yardımlar fərqli yanaşma tələb edirdi. Son mərhələdə onlar instituta göndərilirdilər. İnstitut demək olar ki, yaralılarla dolu idi. Burada onlara hər cür xidmət göstərilirdi, böyük əməliyyatlar icra edilirdi. Müharibə dövründə daha çox qapalı cərrahi əməliyyatlar icra olunurdu. Digər həkimlər də yardımçı həkimlər kimi fəaliyyət göstərirdilər. Həmin günlər yaddaşımda silinməz izlər buraxıb. Sentyabrın 27-si günorta saatlarında Ağdamın Baharlı deyilən ərazisində yaralanmış 19 yaşlı gəncin təcili tibbi yardım maşını ilə xəstəxanaya gətirilməsi, bizdən kömək istəməsi, əməliyyat otağına aparsaq da, həyatını xilas edə bilməməyimiz gözümün qarşısından getmir. Mən Aprel döyüşlərində yaralananlara da xidmət etmişəm. Qarın boşluğunu və döş qəfəsini dəlib keçən qəlpə yaraları, eləcə də ağır beyin travmaları alan şəxsləri həyata qaytarmaq çox çətin işdir. Müharibədə bu cür yaralananlar cərrahların yaddaşında ağır iz buraxırlar. Təbii ki, travmaları çox görürük. Amma həyatlarını xilas edə bilmədiyimiz cavan xəstələr bizə ağır təsir edir, yaddaşımızdan silinmirlər. Qazilərimiz müharibədə çox ağır travmalar alıblar. Hazırda instituta müraciət edən qazilərimiz var. Qazilər, əsasən, uzatmalarla bağlı müraciət edirlər. Məsələn, 23-24 santimetr ətrafı uzadılmış qazilərimiz var.

- İnstitutun əlillik dərəcəsinin təyin olunmasındakı rolu barədə nə deyə bilərsiniz?

- Əlillik dərəcəsi almaq istəyən xəstə əvvəlcə yaşadığı rayon mərkəzi xəstəxanasına müraciət edir. Əgər sahə travmatoloquna diaqnozun təsdiqi üçün kömək lazımdırsa, xəstəni instituta göndərir. Xəstə Poliklinika şöbəsinə müraciət edir, qeydiyyata alınır. Xəstə əlilliyin təyin olunması və ya hər hansı bir arayışın alınması ilə bağlı müraciət edibsə, müvafiq olaraq seqment üzrə və ya yaşa görə həkimə yönləndirilir. Məsələn, vətəndaş müraciət edir ki, ayağı sınıb və əlillik dərəcəsi almalıdır. Bu zaman həkimlər xəstənin üzərində klinik radioloji müayinələr aparırlar. Lazım gəldikdə digər müayinə üsullarından istifadə olunur. Yekunda xəstəyə arayış təqdim edilir. Əgər xəstə əvvəllər müəyyən xəstəliklərdən əziyyət çəkibsə, ondan müvafiq sənəd tələb olunur. Məsələn, siz uşaq yaşlarından etibarən revmatizm xəstəliklərindən əziyyət çəkirsinizsə, bunun sənədi, yəni, epikrizi tələb edilir. Çünki ortoped-travmatoloq bütün xəstəliklərin diaqnozunu qoya bilməz. Yalnız həkimin rəyi və ya epikriz varsa, məlumatları sənədlərə əlavə edirik. Sonda sənədlər möhürlənərək xəstəyə təqdim olunur. Gündə təxminən 100 xəstə bu məsələ ilə bağlı instituta müraciət edir. Onların əksəriyyəti regionlardan gələnlər olur.

Peşə bayramını qeyd edən travmatoloq: Həyatlarını xilas edə bilmədiyimiz cavan xəstələr bizə ağır təsir edir, yaddaşımızdan silinmirlər VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İƏT-in 51-ci sessiyasında Ermənistan-Azərbaycan normallaşma prosesini təhdid edən çağırışlardan danışılıb

XİN nümayəndəsi: “İqlim Fəaliyyəti naminə Su üzrə Bakı Dialoqu” qlobal miqyasda mühüm tərəfdaşlıq platformasına çevrilib

Azərbaycanın xarici işlər naziri İstanbulda malayziyalı həmkarı ilə görüşüb

Sammit iştirakçıları Azərbaycanda elm və təhsil sahəsində həyata keçirilən islahatlar barədə məlumatlandırılıb

Startap və innovasiya festivalı “Baku ID 2025” yekunlaşıb

“Azərbaycan və Türkiyə dünya siyasətində” mövzusunda simpoziumun bağlanış mərasimi olub

Dövlət Neft Fondu SFBF-nin dayanıqlılıq seminarında təmsil olunub

Bakıda keçirilən yerli şirkətlərin sərgisi başa çatıb

Azərbaycan mobil xidmətlər üzrə qabaqcıl ölkələr sırasındadır

Prorektor gələcək təhsil liderləri ilə görüşüb

Qlazqo və Edinburq Universitetlərinin Azərbaycan cəmiyyətinin üzvləri Şotlandiya Parlamentini ziyarət ediblər

Avropalılar 2040-cı ilədək kosmosun mənimsənilməsi konsepsiyasını təqdim ediblər

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2025-ci ilin iyul ayında vətəndaşların qəbulu CƏDVƏLİ

Naxçıvan Dövlət Universiteti Acıbadem Universiteti və xəstəxanaları ilə əməkdaşlıq edəcək

Quş qripi xəstəliyinə qarşı monitorinqin nəticələri açıqlanıb

Bakıda vinq çun döyüş sənəti üzrə beynəlxalq seminar keçirilir

Filologiya fakültəsinin məzunları 30 il sonra yenidən BDU-da

Xarici diplomatlar Ağdamda həyata keçirilən tikinti-quruculuq işləri ilə tanış olublar - YENİLƏNİB FOTO VİDEO

Xarici diplomatlar Ağdamda həyata keçirilən tikinti-quruculuq işləri ilə tanış olublar - YENİLƏNİB FOTO VİDEO

Zelenski: Ukraynada dronları ələ keçirən texnologiyaların istehsalı üzərində dörd şirkət çalışır

Azərbaycan İlahiyyat İnstitutunda “Məzun günü” keçirilib

AQTA: Yeni qida normalarının tətbiqi sağlam inkişafa müsbət təsir göstərəcək

Yaponiyada inflyasiyanın səviyyəsi son iki ilin rekord həddinə çatıb

Azərbaycan və Türkiyə əlaqələrinin inkişafı regionun tərəqqisinə mühüm töhfələr verir ŞƏRH

UNEC-də “Abituriyent aylığı”na start verilib

Lüksemburqun Böyük Hersoqu Anridən

Sosial Xidmətlər Agentliyi əfv edilənlərlə sosial-reabilitasiya işlərinə başlayıb

Moldovanın səfiri: Qarabağ Azərbaycan xalqının birlik və firavanlıq rəmzinə çevrilib VİDEO

Moldovanın səfiri: Qarabağ Azərbaycan xalqının birlik və firavanlıq rəmzinə çevrilib VİDEO

Aleksandr Vuçiç: Rəqəmsal ordu yaradırıq

BANM ilə İstanbul Texniki Universiteti arasında akademik əməkdaşlıq imkanları müzakirə olunub

Belqradda Avropa Ravvinləri Konfransı keçiriləcək

İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşiddən

PMS imtahanının I mərhələsi üzrə qeydiyyat elan edilib

Müstəqil aqrar sığorta ekspertliyinə namizədlər üçün sənəd qəbulunun müddəti uzadılıb

Azərbaycan Prezidentinin islamofobiya ilə bağlı beynəlxalq konfransın iştirakçılarına müraciəti BMT-nin sənədi kimi yayılıb

Muzdlu silahlı dəstə Nigerdə 14 hərbçini qətlə yetirib

BMU-nun magistratura səviyyəsi və MBA proqramı üzrə qəbul planı təsdiqlənib

Müasirlik, peşəkarlıq, təbiətlə harmoniya və rahatlıq

Robert Levandovskinin “Barselona”dan ayrılacağı tarix müəyyənləşib

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

FHN-in Qarabağ Regional Mərkəzi nümunəvi mülki müdafiə məşqi təşkil edib

Beynəlxalq simpoziumun bölmə iclaslarında Azərbaycan-Türkiyə həmrəyliyindən bəhs olunub

Politoloq : “Azərbaycan” məhəlləsinin açılışı ikitərəfli münasibətləri simvolizə edən mühüm addımdır

BANM ilə Koç Universiteti arasında əməkdaşlıq məsələləri müzakirə edilib

® “Kapital Bank”ın tərəfdaşlığı ilə keçirilən “Yerli şirkətlərin tanıtım sərgisi” başa çatıb

Azərbaycan ilə İordaniya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri müzakirə olunub

Dövlət Dəniz və Liman Agentliyində ixtisas imtahanlarının keçirilməsi ilə bağlı yeniliklər tətbiq edilir

Ali Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirilib

2027-ci ilədək Orta Dəhlizin ötürücülük qabiliyyəti illik 10 milyon tona çatdırılacaq

"YAŞAT" düşərgəsinin birinci həftəsi başa çatıb

Kahramanmaraşda Azərbaycan məhəlləsinin açılışı Azərbaycan-Türkiyə qardaşlığının yeni səhifəsidir ŞƏRH

Suriyada Bəşər Əsədin yaxın qohumu həbs olunub

Çexiyada valyutadəyişmə məntəqələri ciddi nəzarət altındadır

Diplomatik korpusun nümayəndələri Ağdam dəmir yolu vağzalından Bakıya yola düşüblər FOTO VİDEO

Diplomatik korpusun nümayəndələri Ağdam dəmir yolu vağzalından Bakıya yola düşüblər FOTO VİDEO

İnformasiya Texnologiyaları İnstitutunda yerinə yetirilən elmi-tədqiqat layihəsinə dair fəaliyyət planı müzakirə olunub

Macarıstanın mülki hava donanması yay mövsümünə hazırdır

® Mərkəzi Gömrük Hospitalında “Xoledoxolitiazis müalicə alqoritmi” mövzusunda elmi-praktik seminar keçirilib

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi valideynlərə və məktəblərə təşəkkür edib

İtaliyanın 10 şəhərində hava şəraiti ilə əlaqədar sarı xəbərdarlıq verilib

Milli Məclisin iclasında 16 məsələ müzakirə edilib YENİLƏNİB

Yaxın vaxtlarda Körfəzin ərəb ölkələrinə vahid turist vizası tətbiq olunacaq

İran İsrailə raket buraxılışının azaldılmasını taktika dəyişikliyi ilə izah edir

Ağdama səfər edən Serbiyanın səfiri: Azərbaycan dövlətini qısa müddətdə yüksək səviyyəli işlərin öhdəsindən gələ bildiyi üçün təbrik edirəm VİDEO

Ağdama səfər edən Serbiyanın səfiri: Azərbaycan dövlətini qısa müddətdə yüksək səviyyəli işlərin öhdəsindən gələ bildiyi üçün təbrik edirəm VİDEO

Azərbaycan və Özbəkistan XİN başçıları İstanbulda regional təhlükəsizlik məsələlərini müzakirə ediblər

İtaliya böyük şəhərlərdə və turizm bölgələrində təhlükəsizliyi gücləndirir

Azərbaycan Kahramanmaraşda yeni məhəllə salmaqla Türkiyə ilə münasibətlərdə daha bir möhkəm bünövrənin əsasını qoydu ŞƏRH

Ukraynada yerli pilotsuz yerüstü kompleks istismara verilə bilər

2025-2026-cı tədris ili üzrə məktəbəhazırlıq qruplarına qəbul zamanı prioritet tətbiq olunan məktəblər

Numan Kurtulmuş: “Terrorsuz Türkiyə” parlament qrupu yaradılacaq

Müstəqilliyimiz əbədidir: Azərbaycan Respublikası dünya birliyində artıq özünə layiq yer tutubdur

Qarabağ - Azərbaycanın dilbər guşəsi, musiqimizin beşiyi

Azərbaycan və Türkiyənin ortaq istehsalı olan daha bir film

Azərbaycan Aktauda keçirilən beynəlxalq müsabiqədə təmsil olunur

Prezident İlham Əliyev bir qrup dövlət qulluqçusunu mükafatlandırıb - SƏRƏNCAM

COP30 iqlim konfransında “qlobal müəyyən edilmiş töhfə” təşəbbüsü irəli sürüləcək

Azər Əmiraslanov: Oyun biznesi turizmin inkişafına xidmət edəcək

"Sabah" klubu fransalı müdafiəçini transfer edib

Dövlət qulluqçularının təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.Ş.Şəkiliyevin Qax Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

® “Bakcell”in brend strategiyası nüfuzlu Filip Kotlerin nəşrində

Azərbaycan və Türkiyə Milli Müdafiə universitetlərində təhsil alan zabitlərin birgə hərb oyunu keçirilib

Azərbaycanın kişi boksçuları Astanada təlim-məşq toplanışı keçəcəklər

Dövlət qurumlarında süni intellektin tətbiqi üçün hazırlıq işləri aparılır

“Bakıdan Belemə: İqlim Dəyişmələrinə Uyğunlaşma Əzmini Danışıqlardan Fəaliyyətə Daşımaq” mövzusunda tədbir keçirilib VİDEO

“Bakıdan Belemə: İqlim Dəyişmələrinə Uyğunlaşma Əzmini Danışıqlardan Fəaliyyətə Daşımaq” mövzusunda tədbir keçirilib VİDEO

Macarıstan şirkəti Azərbaycanın kosmik təcrübəsini öyrənir

BMU məzunları sertifikasiya imtahanında maksimal nəticə göstəriblər

Onlayn və çap media subyektlərinə dəstək layihəsi çərçivəsində müsabiqənin nəticələri açıqlanıb

İRİA-nın yenilənmiş veb-saytı istifadəyə verilib

AzMİU THE “Impact Rankings 2025”də mövqeyini gücləndirib

İtaliyanın müdafiə naziri: NATO dəyişmiş zamana uyğunlaşmalıdır

Bərdədə “Ay Pizza” restoranında sanitariya norma və qaydaları pozulub

Bako Sahakyan “Hayastan” ümumerməni fondunun üzvlərindən biri olduğunu məhkəmədə təsdiqləyib

“SİMA İmza” ilə elektron səhiyyə xidmətləri daha əlçatan olub

May ayında aylıq sosial müavinət və təqaüd alanların sayı açıqlanıb

AQTA: Dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər görülür

Britaniya Kralı İdris Elba ilə “Netflix”in sənədli filmi layihəsi üzərində işləyib

Herontoloji Mərkəz Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında tibbi aksiya keçirib

Azərbaycan cüdoçuları dünya çempionatlarında ən yaxşı ikinci göstəriciyə imza atıblar

Sahibkarlar üçün HACCP təlimi keçirilib

“Amerikanın səsi” radiostansiyasının ləğvi praktiki olaraq tamamlanıb

Bu günədək zəmilərdən 1087507 ton taxıl yığılıb – operativ məlumat