Peşə Təhsil Mərkəzində “Mən səninləyəm, Ana Vətən” sənədli filmi təqdim edilib
Bakı, 6 aprel, AZƏRTAC
Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində (BDPTM) Aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş Əbdülməcid Axundovun xatirəsinə həsr edilən anım tədbiri keçirilib.
Peşə Təhsil Mərkəzindən AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən Ə.Axundovun anası Ceyran Həsənova oğlu ilə fəxr etdiyini deyib. Vurğulayıb ki, Əbdülməcid kimi oğullarımız unudulmadıqca Vətənimiz var olacaq.
Tədbirdə Əbdülməcid Axundovun həyatına həsr olunmuş “Mən səninləyəm, Ana Vətən” sənədli filmi təqdim edilib. Filmin quruluşçu rejissoru mərkəzin videoçəkilişi üzrə operator ixtisasının istehsalat təlimi ustası, kinorejissor Elşən Zeynallıdır.