Peter Siyarto: Macarıstan NATO-ya nəzərdə tutulandan artıq töhfə verir
Budapeşt, 5 aprel, AZƏRTAC
“Macarıstan NATO-nun fəaliyyətinə nəzərdə tutulandan artıq töhfə verir və bundan sonra da onun sədaqətli müttəfiqi kimi qalmaq niyyətindədir”.
AZƏRTAC xəbər verir ki, Macarıstanın xarici işlər naziri Peter Siyarto bu fikri Şimali Atlantika blokunun 70 illiyi münasibətilə nazirlər səviyyəsində keçirilən görüşdə söyləyib.
Nazirin sözlərinə görə, Macarıstan son 20 ildə NATO-nun əməliyyatlarında iştirak etdiyinə görə tamamilə haqlı olaraq fəxr edə bilər.
“Kütləvi hal almış qeyri-leqal miqrasiya və terrorizm təhlükəsinin artması qlobal təhlükəsizlik üçün böyük təhdid mənbəyidir. Buna görə də Macarıstan NATO-nun sədaqətli müttəfiqi kimi, ölkənin müdafiəsinə və Avropada təhlükəsizliyə kömək göstərilməsinə yönəlmiş səylərini artırır”, - deyən Siyarto daha sonra əlavə edib ki, Macarıstan ordusunun modernləşdirilməsi üçün bir sıra tədbirlər görülüb və hazırda ölkə öz müdafiə büdcəsinin 20 faizdən çox hissəsini məhz bu modernləşdirmə tədbirlərinə sərf edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [19:10]
Çin süni intellektə 255 milyard avro sərmayə yatırmağı planlaşdırır
- 09.06.2026 [18:42]
Yaponiyada icazəsiz tikilən məscidin sökülməsinə dair qərar verilib
- 09.06.2026 [17:56]
Almaniyada siyasi motivli cinayətlərin sayı ən yüksək səviyyəyə çatıb
- 09.06.2026 [17:26]
ABŞ Federal məhkəməsi H-1B vizaları üçün yüz min dollarlıq rüsumu ləğv edib
- 09.06.2026 [17:22]
Apple “Siri”nin süni intellekt əsaslı yeni versiyasını təqdim edib
- 09.06.2026 [16:33]
Nigeriyada vəbadan ölənlərin sayı 74-ə çatıb
- 09.06.2026 [16:21]