Plenar iclasın iştirakçısı: Hüquq-mühafizə orqanlarının səmərəli və təhlükəsiz şəkildə birgə işləməsi çox vacibdir

Bakı, 20 may, AZƏRTAC
Bu tədbir hamının, xüsusən də hüquq-mühafizə orqanlarının bir-biri ilə əlaqə qurması üçün çox vacib platformadır. Eyni zamanda, beynəlxalq əməkdaşlıq baxımından da çox effektivdir.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Bakıda keçirilən BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin Korrupsiyaya qarşı Mübarizə üzrə Hüquq-Mühafizə Orqanlarının Qlobal Əməliyyat Şəbəkəsinin (GLOBE Şəbəkəsi) 6-cı Plenar iclasının iştirakçısı, Honkonqun Korrupsiyaya qarşı mübarizə üzrə Müstəqil Komissiyasının nümayəndəsi Pol Çi Ho Lau deyib.
Qonaq bildirib ki, bu günlərdə çoxsaylı vacib görüşlər keçiriləcək. "Bizim bir-birimizlə əlaqə qura biləcəyimiz təhlükəsiz rabitə platformalarımız və şəbəkəmiz var. Biz bu platformaya çox güvənirik, çünki təhlükəsizdir. Hər şey şifrələnir. Hüquq-mühafizə orqanlarının səmərəli və təhlükəsiz şəkildə birgə işləməsi çox vacibdir. Bu şəbəkənin müxtəlif maraqlı tərəflərlə birlikdə böyüməsi üçün ona fəal şəkildə töhfə verməliyik", - deyə o vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.06.2025 [20:26]
Azərbaycan Aktauda keçiriləcək beynəlxalq tibb konqresində iştirak edəcək
- 18.06.2025 [19:37]
Francesco Corvaro: İtaliya Bakı Platformasının fəaliyyətinə sadiqdir
- 18.06.2025 [19:19]
Azərbaycanda şəxsi avtomobillərdən istifadə artıb VİDEO
- 18.06.2025 [18:56]