Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Poçt operatorları ilə “Effektiv tənzimləmə sağlam rəqabətin əsası kimi” mövzusunda görüş keçirilib

Bakı, 9 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasının telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) ölkədə fəaliyyət göstərən poçt operatorları ilə “Effektiv tənzimləmə sağlam rəqabətin əsası kimi” mövzusunda görüş keçirib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşün keçirilməsində əsas məqsəd poçt operatorlarının qarşılaşdıqları problemlərin operativ qaydada həll edilməsi üçün tənzimləyici çərçivələrin formalaşdırılmasında zəruri addımların atılması, poçt rabitəsinin tənzimlənməsi sahəsində toplanmış xarici təcrübənin ümumiləşdirilməsi və təcrübəyönümlü yanaşmaların işlənib hazırlanması, eləcə də poçt rabitəsi sahəsində işin səmərəliliyinin artırılmasında operatorların rəy və təkliflərinin dinlənilməsidir.

Görüşdə İKTA və poçt operatorları arasında əməkdaşlıq çərçivəsində bu kimi müzakirələrin əhəmiyyəti vurğulanaraq poçt rabitəsi sahəsində tənzimlənmənin, buradakı xidmət bazarlarının təhlili və formalaşdırılmasının, hər bir bazar iştirakçısı üçün şəffaflığın və ədalətli yanaşmanın təmin edilməsinin vacibliyi vurğulanıb.

Görüşdə iştirakçılar tərəfindən müzakirə edilən məsələlərlə bağlı fikirlər səsləndirilib. Qeyd edilib ki, poçt rabitəsi sahəsində hazırkı qanunvericilik daha çox universal poçt xidmətlərini əhatə edir və xidmət bazarlarında daha rəqabətli və müasir poçt xidmətlərinin tələblərinə cavab verən yeni qanunvericilik bazasının yaradılmasına ehtiyac yaranıb.

Bu istiqamətdə ilk addım olaraq hazırda İKTA tərəfindən poçt operatorlarının xidmət bazarında fəaliyyətinin tənzimlənməsi məqsədilə “Sürətli poçt xidməti üzrə lisenziya şərtlərinə dair Qaydaları”n layihəsinin hazırlanması və təsdiq edilməsi, “Poçt haqqında” mövcud qanuna zəruri dəyişiklik layihəsinin hazırlanması istiqamətində işlərin aparıldığı, növbəti mərhələlərdə isə “Poçt haqqında” yeni qanun layihəsinin hazırlanacağı diqqətə çatdırılıb.

Poçt operatorları lisenziya alınması zamanı üzləşdikləri çətinliklərdən danışıblar. Bildirilib ki, lisenziya alınması zamanı onlara qoyulan bəzi tələblər regionlarda poçt obyektlərinin fəaliyyəti üçün uyğun məkanların tapılmasında çətinliklər yaradır. Bundan başqa, poçt bağlamaları daşıyan nəqliyyat vasitələri tərəfindən dayanma, durma və parklanma qaydalarının pozulmasına görə ödənilən cərimələrə imtiyaz və ya güzəşt tətbiq olunması məsələsi də nəzərdən keçirilib.

Müzakirələrdə agentlik nümayəndələri tərəfindən xidmət bazarında keyfiyyətə müsbət təsir göstərəcək bir sıra vacib məsələlərə toxunulub. Poçt operatorları öz növbəsində qeyd ediblər ki, rəqabət mühitinin formalaşdırılması və xidmət keyfiyyətinin yaxşılaşdırılması məqsədilə poçt operatorlarına qarşı qoyulan tələblər sərtləşdirilməli, eləcə də xidmət bazarında haqsız rəqabətin qarşısını almaq məqsədilə lisenziyasız fəaliyyət göstərən poçt operatorlarına qarşı yoxlamalar artırılmalı və cəza tədbirləri görülməlidir.

İştirakçılar tərəfindən bu kimi görüşlərin gələcəkdə də keçirilməsi və poçt operatorları ilə əməkdaşlığın daha da gücləndirilməsinin önəmi vurğulanıb.

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin Nizamnaməsi Azərbaycan Respublikası Prezidentinin 21 oktyabr 2022-ci il tarixli 1861 nömrəli Fərmanı ilə təsdiqlənib. Agentlik ölkədə informasiya kommunikasiya texnologiyaları (İKT) və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“AzerGold”un sədri 3-cü “Yüksəliş” müsabiqəsinin qalibi ilə növbəti görüşünü keçirib

Saatlıda növbəti Aqrar Biznes Festivalı keçirilib

Azərbaycan bankı ötən il ölkədə ilk dəfə əmtəə fyuçers müqaviləsi imzalayıb

“EducationUSA” sərgisi keçiriləcək

“Avro-2024”: Niderland millisinin yekun heyəti bəlli olub

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti TBMM-də olub

Çexiya Azərbaycanı enerji sahəsində çox mühüm və dəyərli tərəfdaş hesab edir

“İrəvan” klubu I Liqadan kənarlaşdırılıb

Brüsseldə “Orta Dəhliz Təşəbbüsü - Avropa və Asiyanın qovuşduğu yer” mövzusunda tədbir keçirilib

Türkiyə “Altay” tankının kütləvi istehsalına başlayır

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin iyun ayında vətəndaşların qəbulu CƏDVƏLİ

Azərbaycan Qlobal Texnologiya Forumunda təmsil olunub

Fövqəladə hallar könüllüləri təltif edilib

Anaklia limanının investorları Çin şirkətləri olacaq

“Səbail” klubu Şahin Diniyevlə müqaviləni yeniləyib

İngiltərədə gənc həkimlər növbəti tətilə hazırlaşırlar

Bakıda ilk dəfə padel tennisi üzrə beynəlxalq turnir keçirilir

Azərbaycanın Müstəqillik Günü Batumidə qeyd olunub

Süni intellekt ilə yeni dövrə qapı aç - seminar

Açıq Büdcə İndeksi üzrə Hesablama Palatasının fəaliyyəti çox yüksək qiymətləndirilib

Qulluqda olmanın son yaş həddinə çatmış prokurorluq işçiləri təltif edilib

® “Nar”ın dəstəyi ilə hazırlanan “jestdili.az” saytının istifadəçilərinin sayı ikiqat artıb

Qarabağ Universitetinə fakültə dekanları seçilib

Politoloq: Avropa İttifaqı və İtaliya ilə Azərbaycanı bir çox layihələr birləşdirir

İngiltərə klubu 5 oyunçu ilə yollarını ayırıb

Elm və təhsil naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Mərakeşli nazir: Azərbaycanla əlaqələrin inkişafında geniş potensial var

AYNA paytaxtda hərəkətin yenidən təşkili ilə bağlı növbəti layihənin icrasına başlayıb

8 aya yaradılan möcüzə - Böyük Qayıdışın Xocalı səhifəsi REPORTAJ

“Evdə tək” filmindəki ev satışa çıxarılıb

İyunun 3-dən BDU-da yaz imtahan sessiyası başlanacaq

Etibar Əsədlinin caz triosunun Brüsselin tanınmış “The Music Village” caz klubunda konserti olub

“Hitachi” və “Google Cloud” süni intellekt sahəsində əməkdaşlıq edəcəklər

Azərbaycanın dəstəyi ilə Bişkek şəhərindəki Heydər Əliyev adına məktəb-gimnaziyada STEAM Mərkəzi açılıb

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində jurnalistlər arasında müsabiqə elan edilib

“Araz-Naxçıvan” “Neftçi”nin yetirməsi ilə müqavilə imzalayıb

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəhbərliyi Türkiyəyə işgüzar səfər edib

Frensis Bekonun rəsm əsəri oğurlandıqdan 9 il sonra tapılıb

Londonda Fələstinə dəstək aksiyası zamanı 40 nəfər saxlanıb

Kənd təsərrüfatı nazirinin müavini Salyanda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

ATU-da əmək yarmarkası: 50-yə yaxın şirkət, 500-dən çox vakansiya

Azərbaycanın Müstəqillik Günü Limada da qeyd olunub VİDEO

Azərbaycanın üç idmançısı qrapplinq üzrə Avropa çempionatında medal qazanıb

"GameSummit"in marketinq direktoru: "Bu festivala maraq böyükdür”

Vyetnamlılar ölkələrinin azadlığı və inkişafında Azərbaycan xalqının dəstəyini heç vaxt unutmayacaq

Müxtəlif vaxtlarda bank kartlarından pul vəsaitlərini talayan şəxs saxlanılıb

“PAŞA Bank” son üç ildə Qarabağdakı layihələrə ayırdığı kreditin həcmini açıqlayıb

Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Can Mindən

Fələstin qəzeti Azərbaycanın Müstəqillik Günü haqqında məqalə dərc edib

İtaliyada fəaliyyət göstərən Napoli-Bakı Assosiasiyasının sədri Cuzeppe Kaniliadan

“Azərişıq” cənub rayonlarında yenidənqurma işlərini davam etdirir

Azərbaycanın xarici işlər naziri Pakistana rəsmi səfərə yola düşüb

Avropa Liqasında mövsümün ən yaxşı qolu müəyyənləşib VİDEO

Azərbaycan və İran Araz su anbarının iş rejimi və iki ölkə arasında su bölgüsünü müəyyənləşdiriblər

Azərbaycanda ilk dəfə olaraq Naxçıvanda regional sığorta forumu keçirilib - YENİLƏNİB

® ABB-dən tam rəqəmsal təcrübə ilə “İnvoysların maliyyələşdirilməsi”

Türkiyədə “EFES-2024” hərbi təlimləri davam edir

Bakı-Şamaxı-Yevlax yolunda nəqliyyatın hərəkəti zolaqlar üzrə məhdudlaşdırılacaq

Professor Qəzənfər Kazımovun “Azərbaycan dilinin qrammatikası” dərsliyi çap olunub

Əlilliyi olan şəxslərin təqdimatında moda nümayişi təşkil edilib

Varşavada “Azərbaycanın multikultural kimliyində xristian mirası” adlı fotosərgi təşkil edilib

Olimpiya lisenziyası qazanan Anna Başta: Məşqçim dedi ki, hazırlaş, Parisə gedirik

David Karapetyan Ermənistan XİN-in baş katibi təyin edilib

Hans-Diter Flik “Barselona”da

Azərbaycan alimləri Türkiyədə

Bakıda saxlanılan narkokuryerdən 7 kiloqram marixuana aşkarlanıb

Akademik Milli Dram Teatrı ölkəmizi Beynəlxalq forumda təmsil edəcək

Azərbaycanda ilk dəfə Qəmbər Hüseynli adına I “Cücələrim” Uşaq Festivalı keçiriləcək

Səudiyyə Ərəbistanı və Bəhreyn mediası Azərbaycanın Müstəqillik Günündən yazıb

Uzunoba Su Anbarının yuxarı hissəsində təmizlik və dərmanlama işləri aparılıb

Kiyevdə Azərbaycanın Müstəqillik Günü münasibətilə qəbul keçirilib

Film layihələri müsabiqəsində qalib gələn filmləri tələbələr çəkəcək

BMU tələbələri “Zəfər festivalı-2” idman yarışlarında uğurlu nəticələr qazanıblar

“Kapitan və Xəzər dənizi” sənədli-animasiya filmi maliyyələşdirilir

Azərbaycanın Müstəqillik Günü Qahirədə də qeyd edilib

Milli Kitabxanada növbəti treninq təşkil olunub

Kənd Təsərrüfatı Nazirliyi və Dövlət İdarəçilik Akademiyası arasında əməkdaşlıq memorandumu imzalanıb

AQTA: Monitorinqlər zamanı 78 müəssisədə nöqsanlar aşkarlanıb

Dövlət Komitəsinin sədri Qobustanda vətəndaş qəbulu keçirib

Coğrafiya İnstitutu Hacı Zeynalabdin Şirvaninin “Səyahət bağları” kitabını nəşr etdirib

Fərid Şəfiyev: Rasional siyasətinə görə Azərbaycan mənfi təsirlərə daha az həssasdır

Azərbaycan Prezidentinin Xocalıya səfəri Türkiyə mətbuatında geniş işıqlandırılıb

Türkiyədə HDQ-nin ehtiyacları üçün müasir döyüş idarəetmə paneli təqdim edilib

“Qəbələ” klubunu daha bir futbolçu tərk edib

Xocalıda 24 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB VİDEO

Litva Respublikasının Prezidenti Zati-aliləri cənab Gitanas Nausedaya

Pilotsuz helikopter Türkiyə müdafiə sənayesinin yeni uğurudur

Dünyada ilk dəfə insanlara dişi bərpa edən dərman veriləcək

Keniya Respublikasının Prezidenti Zati-aliləri cənab Uillyam Samoei Rutoya

Rusiya Federasiyası Dövlət Dumasının deputatı Dmitri Savelyevdən

“Mir” Dövlətlərarası Teleradio Şirkətinin sədri Radik Batırşindən

Beynəlxalq Rusdilli Vəkillər Assosiasiyasının prezidenti Həsən Mirzəyevdən

Ottavada parlament binasının önündə Azərbaycan Bayrağı ucaldılıb

Azərbaycanlı Tələbələr və Məzunlar Platforması xarici ölkələrdə Müstəqillik Gününə həsr olunan tədbirlər keçirib

BANM-də beynəlxalq elmi konfransların qalibləri mükafatlandırılıb

Kanadanın Regina şəhərində Müstəqillik Günü münasibətilə Azərbaycan Bayrağı qaldırılıb

“Aşıq dastanları” kitabı işıq üzü görüb

Bakı metrosuna məxsus vaqonların təkərləri çıxarılmadan təmir olunacaq

Dövlət Gənc Tamaşaçılar Teatrında hesabat konserti - Sülh göyərçinləri

Romada İtaliya-Avropa İttifaqı-Azərbaycan əlaqələri ilə bağlı tədbir keçirilir