Polimer Materialları İnstitutunun əməkdaşı Rusiyada elmi ezamiyyətdə olmuşdur
Bakı, 15 iyul (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Polimer Materialları İnstitutunun aparıcı elmi işçisi, kimya elmləri doktoru Nüşabə Qurbanova Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun 2013-cü il üçün birinci “Mobillik qrantı” müsabiqəsinin kimya elmləri sahəsinin kompozision materialların kimyası və texnologiyası istiqaməti üzrə qalibi kimi Rusiya Elmlər Akademiyasının N.Semyonov adına Kimyəvi Fizika İnstitutunda elmi ezamiyyətdə olmuşdur.
AMEA-dan AZƏRTAC-a bildirmişlər ki, ezamiyyət müddətində N.Qurbanova tərəfindən polipropilen əsasında yüksək istismar xassələrinə malik yeni nanokompozitlərin alınması sahəsində geniş elmi-tədqiqat işləri aparılmışdır.
Əldə edilən nəticələrin səmərəliliyini nəzərə alaraq tərəflər birgə elmi-tədqiqatlar aparmaq üçün 2013-2015-ci illər üzrə elmi əməkdaşlıq müqaviləsi bağlamışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]