POLİS ƏMƏKDAŞLARI CİNAYƏTKARLARI YAXALAMIŞLAR
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Mingəçevir şəhəri ərazisində, Yevlax rayon sakini Səfər Rzayev idarə etdiyi “BMW” markalı avtomaşınla Şaiq Məmmədovun idarə etdiyi “Nissan” markalı avtomaşını təqib edərək, arxadan onu vurmuşdur.
Nəticədə “BMW”-nin sərnişini, Gəncə şəhər sakini Feyruz Nəsibov ölmüşdür. S.Rzayev və sərnişinlər - Yevlax rayon sakini İlham Seyidov və Bərdə rayon sakini Saleh Əliyev isə hadisə yerindən qaçmağa cəhd göstərmiş, lakin Mingəçevir Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində tutulmuşlar. Hadisə yerinin yaxınlığından S.Rzayev tərəfindən atılmış “ME-38 Kompakt” markalı tapança aşkar edilərək götürülmüşdür.
Faktla bağlı cinayət işi açılmışdır, araşdırmalar aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]